rayx

is. Reich [[t]rajʃ[/t]] m

raund
rayxskansler
OBASTAN VİKİ
Zinaida Rayx
Zinaida Nikolayevna Rayx (rus. Райх, Зинаида Николаевна; 3 (15) iyul 1894, 3 iyul 1894 və ya 21 iyun (3 iyul) 1894, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 15 iyul 1939 və ya 14 iyul 1939, Moskva) — sovet teatr aktrisası. RSFSR-in əməkdar artisti Sonradan Vsevolod Meyerholdun arvadı olan Sergey Yeseninin ilk həyat yoldaşı. Zinaida Rayx 21 iyun (3 iyul) 1894-cü ildə Odessada Yaxın Dəyirman rayonunda dəmiryolçu Nikolay Andreyeviç Rayxın (əsl adı — Avqust Rayx (1862–1942), Sileziya əsilli) və yoxsullaşmış zadəgan qadın Anna İvanovnanın (qızlıq soyadı Viktorova, 1868–1948) ailəsində anadan olub. Zinaidanın atası sosial demokrat, 1897-ci ildən RSDLP üzvü idi. Qızı atasının siyasi görüşlərini dəstəkləyirdi. 1907-ci ildə atasının inqilabi proseslərdə iştirakına görə ailə Odessadan qovulur. Gənc Zinaida ailəsi ilə Benderıda məskunlaşır. Atası burada dəmir yolu emalatxanalarında mexanik kimi işə düzəlir. Burda Zinaida Vera Gerasimenko adına qızlar üçün gimnaziyaya daxil olub.
Frans Rayxelt
Frans Karl Rayxelt (alm. Franz Karl Reichelt‎, Almanca tələffüz: [fʁants kaʁl ˈʁaɪ̯çl̩t]; 16 oktyabr 1878, Şteti[d] – 4 fevral 1912, Paris) — Avstriya doğumlu dərzi, ilk paraşütün ixtiraçısı. Bəzən özünün düzəltdiyi paraşütlə Eyfel qülləsindən tullanaraq həyatını itirdiyi üçün uçan dərzi ləqəbi ilə də yad edilir. Rayxelt təyyarəçilərin təyyarələrini tərk etmək məcburiyyətində qalması halında onların sağ-salamat yerə enməsini təmin edəcək bir alət düzəltməyə çalışırdı. binanın 5-ci mərtəbəsindən kuklalar ilə testlər uğurlu olsa da sonrakı əlavələrində bəzi uğursuzluqlar oldu. Kifayət qədər hündür test platformasının olmamasını ən böyük problem hesab edən Rayxelt dəfələrlə icadını Eyfel qülləsində test etmək üçün Paris polisindən icazə istəmişdi. Nəhayət 1912-ci ilin əvvəllərində icazə almasına baxmayaraq Fevralın 4-də artıq test üçün qülləyə çatanda testi kukla yerinə özü edəcəyi qərarını aldı. Dostlarının və onu izləməyə gələnlərin Rayxelti qərarından daşındırmaq istəməsinə baxmayaraq o Eyfel qülləsinin ilk mərtəbəsindən tullandı. Paraşüt müvazinətini itirdi və Rayxelt buz kimi yerə yapıştı. Yerə dəyərək öldüyü aşıq-aydın görünməsinə baxmayaraq Rayxelti ən yaxın xəstəxanaya aparıb həkimlər tərəfindən ölü olması elan edildi.
Henrix Qotlib Lüdviq Rayxenbax
Henrix Qotlib Lüdviq Rayxenbax (alm. Heinrich Gottlieb Ludwig Reichenbach‎, 8 yanvar 1793[…], Leypsiq, Saksoniya elektoratlığı – 17 mart 1879[…], Drezden) — XIX əsr Alman botaniki-sistematik və zooloqu. == Elmi əsərləri == Pharmaceutische Flora von Leipzig, Leipzig, 1817 (alm.) Monografie der Aconitum und Myosotis, Leipzig, 1820 (alm.) Monographia generis Aconiti, 1820 (с 19 таблицами) (lat.) Magazin der ästhetische Botanik, Leipzig, 1821–1826 (alm.) Abbildung und Beschreibung der für Gartenkultur empfehlenswerten Gewächse, 1821–1826 (с 96 таблицами) (alm.) Illustratio specierum Aconiti generis, 1823–1827 (с 72 таблицами) (lat.) Iconographia botanica seu Plantae criticae, 1823–1832 (с 1 000 таблиц; книга выдержала 10 изданий) (lat.) Iconographia botanica exotica, 1827–1830 (lat.) Conspectus regni vegetabilis per gradus naturales evoluti tentamen, Leipzig, 1828 (lat.) Übersicht des Gewächsreichs und seiner natürlichen Entwickelungsstufen, 1828 (alm.) Flora germanica excursoria Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine ex affinitate regni vegetabilis naturali disposita, sive principia synopseos plantarum in Germania terrisque in Europa media adjacentibus sponte nascentium cultarumque frequentius / auctore Ludovico Reichenbach, Consil. aul. Reg. Saxon. Dr. Philos. Medic. Chir.
Henrix Qustav Rayxenbax
Henrix Qustav Rayxenbax (alm. Heinrich Gustav Reichenbach‎, 3 yanvar 1824, Drezden – 6 may 1889, Hamburq) — Almaniya botaniki, pterodoloq və ornitoloqu, bitkilərin sistematiki. == Əsərləri == Reichenbach, H. G. Orchideae in Flora Germanica... Tentamen Orchidographiae Europaeae. 1850—1851 (lat.) Reichenbach, H. G. De pollinis Orchidearum genesi ac structura et de Orchideis in artem ac systema redigendis. Commentatio quam ex auctoritate amplissimi philosophorum ordinis die mensis julii decimo hora decima MDCCCLII illustris ictorum ordinis concessu in auditorio juridico pro venia docendi impetranda publice defendet. Lipsiae, F. Hofmeister, 1852 (lat.) (doktorluq dissertasiyası) Deutschlands Flora… 13/14-22, 1850–1886 (alm.) Reichenbach, H. G. Pescatorea. Iconographie des Orchidees. Bruxelles. 1854—1855.
Oksana Rayxel
Oksana Rayxel (d. 24 fevral 1977) — Ukraynanı təmsil edən həndbolçu. Oksana Rayxel Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Rayxenbax süsəni
Rayxenbax süsəni (lat. Iris reichenbachii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Rayxsbrük
Rayxsbrük (alm. Reichsbrücke‎ – "imperiya körpüsü" ) — Avstriya, Vyanada Dunay çayı üzərində böyük körpü. Körpü Leopoldştadtdakı Mexikoplatz meydanını Donauştadtdakı Donauinzel adası ilə əlaqələndirir. Rayxsbrük gündə 50.000 nəqliyyat vasitəsi tərəfindən istifadə olunur və altı hərəkət zolağı, U-Bahn cığırları, iki piyda səkisi, iki velosiped və iki kommunal tunel daşıyır. Mövcud Rayxsbrükün yerində quurulan ilk körpü, 1872–1876-cı illərdə Kronprinz-Rudolph-Brücke ( Vəliəhd Şahzadə Rudolf Körpüsü) adı ilə Vyanada Dunayın nizamlanmasından əvvəl inşa edilmişdir. Köpü rəsmi olaraq 21 Avqust 1876-cı ildə açıldı və Avstriya respublika olandan sonra, 1919-cu ildə adı Rayxsbrük olaraq dəyişdirildi. 1930-cu illərdə işsizliyin səviyyəsini azaltmaq üçün bir tədbir olaraq köhnə Rayxsbrükün yerində bir asma körpünün inşası planlaşdırılırdı. Texniki planlar memarlar Siegfried Theiz və Hans Yaks tərəfindən tərtib edildi, bədii nəzarət Clemens Holzmeisterə verildi. Köhnə körpünün dirəkləri aşağıya doğru uzadıldı və tikili yeddi saatdan az bir müddətdə 26 m hərəkət etdi. Beləliklə, yeni körpü köhnə körpünün xəttində nəqliyyatda uzun müddət davam edən fasilələr olmadan inşa edilə bildi.