Reflektor (teleskop)
Reflektor (lat. reflect - əks etdirmək) optik teleskopların bir növüdür. Onun obyektivi çökük güzgü və ya güzgülər sistemindən ibarətdir. Reflektorun iş prinsipi işığın əks olunmasına əsaslanır. Reflektor XVII əsrdə refraktora bir alternativ olaraq yaradılmışdır, o zaman o xromatik aberrasiyaya məruz qalan bir sistem idi. Reflektorun digər optik aberrasiyalar meydana gətirməsinə baxmayaraq, çox geniş diametrli obyektivlər üçün istifadə olunur. Demək olar ki, astronomik müşahidələrdə istifadə olunan bütün böyük teleskoplar reflektordur. Reflektorların bir çox növləri mövcuddur, bundan başqa görüntü keyfiyyətini yaxşılaşdırmaq və ya görüntünü mexaniki cəhətdən uyğun yerə salmaq məqsədilə əlavə optik elementlərdən istifadə oluna bilir. Reflektorlarda güzgüdən istifadə olunduğundan bu cür teleskoplar bəzən katoptrik də adlandırılır.
Çökük güzgülərdən linza əvəzinə istifadə etmək fikri İbn əl-Haytəm -in XI əsrdə apardığı optika tədqiqatlarından sonra erkən müasir Avropada Latın tərcümələrində geniş büsət aldı.Refraktonun kəşfindən qısa bir müddət sonra Qaliley, Civanni Fransisko Sadeqo və başqaları çökük güzgülərin prinsipləri haqqında bilikləri genişləndirərək, obyektivi güzgü olan teleskopun yaradılması fikrinini ortaya çıxardılar.