RİTM

[yun.] ритм (1. са карда, кьуьлуьна, музыкада, манида ва мс. са зарбвал ва явашвал, къативал ва зайифвал сад-садан гуьгъуьнлай нубатдалди сад хьиз дегиш хьун; 2. сад-садав кьурвал, везин).
riştə-riştə
RİTMİK
OBASTAN VİKİ
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Ritm tezliyi
Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir. Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir. Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq, ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz). Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır. Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Ritm-ənd-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Abşeron ritmləri (film, 1970)
Abşeron ritmləri tammetrajlı bədii musiqili televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Məzmun == Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Musiqili filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Film haqqında == 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır. === Filmin heyəti === == Filmin üzərində işləyənlər == Rejissor: Eldar Quliyev Ssenari müəllifi: İmran Qasımov Operator: Rasim Ocaqov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Azərbaycanın melodiya və ritmləri (film)
Azərbaycanın melodiya və ritmləri sənədli filmi "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. Filmdə Polad Bülbüloğlunun, tarzən Həmid Vəkilovun, kamança ustası Habil Əliyevin ifaları da yer almışdır.
Bioloji ritmlər
Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. Orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır: Sutkalıq ritmlər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir.Temperaturun da sutka ərzində dəyişməsi sutkalıq ritmə aiddir.İşığın təsiri ilə gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir.Gündüz həyat tərzi keçirən canlılar sutkanın işıqlı şəraitində fəal olurlar. Gecə həyat tərzi keçirənlər isə gecə fəal olurlar.
Yanar qəlbin ritmləri (film, 1989)
Film məşhur musiqiçi, cazmen Vaqif Mustafazadəyə həsr olunmuşdur. Burada onun caz kompozisiyaları səslənir. Filmdə V.Mustafazadə barəsində anası Zivər xanım, arvadı Elza xanım, həkim Ələkbər Nəzərov, yazıçı və rejissor Rüstəm İbrahimbəyov, daşkəndli musiqiçi Sergey Qilev, bioloq Tamaz Kuraşvili, xarici ölkə musiqiçiləri onun barəsində söz deyirlər. Filmdə V.Mustafazadənin sağlığında çəkilmiş kinoxronikadan, fotoşəkillərdən, şəxsi arxiv sənədlərindən istifadə edilmişdir.
Şəhərin Ritmləri (1964)
Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. Filmdə diktor mətni yoxdur. 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Şəhərin ritmləri (film, 1964)
Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. Filmdə diktor mətni yoxdur. 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Sirkad ritmi
Sirkad (sirkadian) ritmi (lat. circa "tədricən, ətrafında" + dies "gündüz") — gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalar. Sirkad ritmlərin müddəti adətən 24 saata yaxındır. Xarici stimullarla əlaqəyə baxmayaraq, sirkad ritmi endogen mənşəlidir və bununla da bədənin bioloji saatını təmsil edir. Sirkad ritmi siyanobakteriyalar, göbələklər, bitkilər və heyvanlar kimi orqanizmlərdə mövcuddur.

Digər lüğətlərdə