RİYAZİYYATÇI

сущ. математик, математикадин специалист.
RİYAZİYYAT
RİYAZİYYATŞÜNAS
OBASTAN VİKİ
Riyaziyyatçı
Riyaziyyatçı — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəsisdir. Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur. == Ümumi məlumat == Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,…riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir. Riyaziyyatçı dərəcəsini ali məktəbdə təhsil yolu ilə almaq mümkündür. Universitetlərdə bu iki pilləli sistemdə həyata keçirilir. Birinci pillədə riyaziyyat üzrə bakalavr (4 illik təhsil), ikinci pillədə isə magistr (iki illik daha ixtisaslaşmış və tədqiqata meyilli təhsil) dərəcələrinə yiyələnmək olur.
Arif Babayev (riyaziyyatçı)
Arif Əliheydər oğlu Babayev (11 noyabr 1934 – 5 iyun 1998) — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1976), əməkdar elm xadimi (1992), fikiza-riyaziyyat elmləri doktoru. == Həyatı == Babayev Arif Əliheydər oğlu 11 noyabr 1934-cü ildə anadan olmuşdur. Arif Əliheydər oğlu Babayev – 1952-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin "Riyaziyyat" bölməsinə daxil olmuş və 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. O,həmin il "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafelrasının aspirantı olmuşdur. A.Ə. Babayev aspiranturada oxuyarkən qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmişdir. A.Ə.Babayev 1960-cı il-də akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Qeyri-xətti sinqulyar inteqral tənliklərə dair tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. === Əmək fəaliyyəti === Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979–1994) vəzifələrində çalışmışdır. Uzun müddət ərzində A.Ə.Babayev elmi dərəcələr verən Elmi Şuraların üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin dekanı (1979–1994) kimi, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri kimi uğurlu və hərtərəfli fəaliyyəti respublikada riyaziyyatın inkişafına böyük təsir göstərmişdir. === Elmi fəaliyyəti === A.Ə.Babayev qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş və bu tədqiqatların xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiqlərini vermişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun öyrənilməsi üçün o, yeni metod vermişdir ki, bu metod əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır.
Asəf İsgəndərov (riyaziyyatçı)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Asəf İskəndərov (riyaziyyatçı)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Hüseyn Hüseynov (riyaziyyatçı)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977–1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980–1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982–1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993–2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Kazım Həsənov (riyaziyyatçı)
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Kərim Kərimov (riyaziyyatçı)
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. == Həyatı == Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950–1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K. Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X. A. Raxmatulinin və prof.
Oqtay Əfəndiyev (riyaziyyatçı)
Qabil Əliyev (riyaziyyatçı)
Qabil Qəribxan oğlu Əliyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir. == Təhsili == 1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə 1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant == Elmi dərəcələri, elmi adları == 1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası) Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей" 1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası). Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor. == Əmək fəaliyyəti == •1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1967–1970-ci illərdə böyük elmi işçi. •1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri, •1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru, •2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.
Rauf Hüseynov (riyaziyyatçı)
Rauf Vəli oğlu Hüseynov (12 iyun 1940, Göyçay – 21 fevral 2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri (2007-2019), fizika-riyaziyyat elmlər doktoru (1999), professor (2009), AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Rauf Hüseynov 12 iyun 1940-cı ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyat fakültəsini bitirib. 1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-ci illərdə isə həmin universitetin doktorantı olub. == Əmək fəaliyyəti == Rauf Hüseynov 1972-1979-cu illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. O, 1979-1990-cı illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dosent, Ali riyaziyyat kafedrasının müdiri olub. 1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, Funsional analız şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləyib. Rauf Hüseynov 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyib. Alim 2007-2019-cu illərdə isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri vəzifəsini icra edib. == Akademik fəaliyyəti == Rauf Hüseynov 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru, 1999-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, 2009-cu ildə professor elmi adını alıb.
Sabir Mirzəyev (riyaziyyatçı)
Sabir Mirzəyev (tam adı: Mirzəyev Sabir Sultan oğlu; 23 sentyabr 1948, Masallı, Azərbaycan SSR, SSRİ) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1994). == Həyatı == Sabir Mirzəyev 1948-ci il sentyabrın 23-də Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1956–1966-cı illərdə Masallı rayonunun Bədirli kənd orta məktəbində oxuyub. 1966–1971-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin təhsil alıb. 1978-ci ildən BDU-da çalışır. 74 elmi məqalənin, 10 dərslik və 11 dərs vəsaitin müəllifidir. 18 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. Ailəlidir, üç övladı var. == Pedaqoji fəaliyyəti == 2015-ci ildən Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışır, BDU 1994 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1978–1993, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU Həmçinin 1974-h/h kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin baş elmi işçisidir. İnstitutun nəzdindəki Dissertasiya şurasının Elmi Tematik seminarının sədridir.
Sergey Abramov (riyaziyyatçı)
Sergey Mixayloviç Abramov (rus. Сергéй Миха́йлович Абра́мов; 25 mart 1957, Moskva) — informasiya texnologiyaları və kompüter sistemləri sahəsində Rusiya alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2006-cı ildən), fizika-riyaziyyat elmləri doktoru (1996). 1980-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. 1986-cı ildən Proqram Sistemləri İnstitutunda (Pereslavl-Zalesski), 1991-ci ildən bu İnstitutun Çoxprosessorlu Sistemlər üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Federasiyası Təhsil Nazirliyinin Rusiya Regional Problemlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Абрамов, Сергей Михайлович (учёный) на официальном сайте РАН Биография Сергея Михайловича Абрамова Электроника — Наука. Технология. Бизнес. 2009, № 1, с.
Tahir Abdullayev (riyaziyyatçı)
Tahir Həsən oğlu Abdullayev (1904, Qıraq Kəsəmən, Qazax qəzası – Bakı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. == Həyatı və elmi fəaliyyəti == Tahir Abdullayev 1904-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Qıraq Kəsəmən kənd məktəbini bitirdikdən sonra ikiillik Pedaqoji İnstituta daxil olmuşdur. 1924-cü ildə institutu bitirib Qazax müəllimlər seminariyasında riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər döyüşən orduda qulluq etmişdir. Müharibədən sonra ali təhsil almışdır. Dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetində müəllim işləmiş, sonralar isə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasında əvvəlcə dosent, sonra professor, ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır. 100-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə ona qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Uilyam Brounker (riyaziyyatçı)
Vilyam Brounker (ing. William Brouncker; təq. 1620[…] – 5 aprel 1684, London, İngiltərə krallığı) — İngilis riyaziyyatçısı; London krallıq cəmiyyətinin yaradıcılarından biri və ilk prezidentidir; 1668-ci ildə rasional ədədin loqarifminin sonsuz sıraya ayrılma qaydasını vermiş və bununla da (Merkator və Nyutonla bərabər) funksiyanın sonsuz sıralar şəklində ayrılışının əsasını qoymuşdur.
Vaqif Abdullayev (riyaziyyatçı)
Vaqif Maarif oğlu Abdullayev (18.08.1973) — riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları" laboratoriyasının aparıcı elmi işçisi. == Həyatı == Vaqif Maarif oğlu Abdullayev 1973-cü il 18 avqustda Lerik rayonunun Şinəbənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və Kibernetika" fakültəsini bitirmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 164 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 95 Respublikada çıxmış elmi əsərlərinin sayı: 69 === Əsas elmi nailiyyətlər === Çoxnöqtəli ayrılmamış şərtlərlə verilmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (sürüşdürmə üsulunu) təklif etmişdir; Çoxnöqtəli yüklənmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan Koşi və ayrılmamış şərtlərlə verilmiş sərhəd məsələlərin ədədi həll üsullarını təklif etmişdir; Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (bükülmə üsulunu) təklif etmişdir; Müşahidələr əsasında toplanmış və paylanmış parametrli sistemlərin əks əlaqə ilə idarə olunması məsələlərini tədqiq etmiş, onların ədədi həlli üçün düsturlar almış və həlli üçün yanaşma təklif etmişdir; Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan proseslər üçün optimal idarəetmə məsələlərə baxmış, zəruri şərtlər almış və ədədi həll alqoritmini təklif etmişdir; Qeyri-lokal nöqtəvi və inteqral şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən sərhəd məsələlərin ədədi həlli üçün yanaşma vermişdir; Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün yanaşma vermişdir; Qeyri-lokal şərtlərlə verilmiş paylanmış parametrli sistemlərdə optimal idarəetmə məsələlərini tədqiq etmiş, zəruri şərtlər almış və məsələlərin ədədi həll alqoritmlərini vermişdir. Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün üsul vermişdir. === Əsas elmi əsərlərinin adları === Optimization of the right-hand sides of nonlocal conditions of a controllable system with multipoint and integral objective functional // "Optimization", 2024, Vol. 73, No.1, P. 205-228, https://doi.org/10.1080/02331934.2022.2098125 Rod temperature regulation using current and time-delayed feedback // "Quaestiones Mathematicae ", 2023, Vol.46, No.10, pp.1991–2011. Optimizing the Placement and Number of Measurement Points in Heating Process Control // "Autom. Remote Control", 2023, Vol.84, No.6, pp.726–742 Optimization of Control Points for Controlling the Heating Temperature of a Heating Medium in a Furnace// Part of the book series. Edited By: Panos M Pardalos (University of Florida, USA) and Themistocles M Rassias (National Technical University of Athens, Greece).
Vilyam Brounker (riyaziyyatçı)
Vilyam Brounker (ing. William Brouncker; təq. 1620[…] – 5 aprel 1684, London, İngiltərə krallığı) — İngilis riyaziyyatçısı; London krallıq cəmiyyətinin yaradıcılarından biri və ilk prezidentidir; 1668-ci ildə rasional ədədin loqarifminin sonsuz sıraya ayrılma qaydasını vermiş və bununla da (Merkator və Nyutonla bərabər) funksiyanın sonsuz sıralar şəklində ayrılışının əsasını qoymuşdur.
Vüqar İsmayılov (riyaziyyatçı)
Vüqar Elman oğlu İsmayılov — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, Xəzər Universitetində “Riyaziyyat və onun tətbiqləri” elmi-tədqiqat mərkəzinin direktoru, riyaziyyat üzrə elmlər doktoru, professor. == Həyatı == Vüqar Elman oğlu İsmayılov 26 sentyabr 1971-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1988-1993 cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1995-1998-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. 2000-ci ildə "Dəyişənlərinin sayı az olan funksiyaların cəmi ilə yaxınlaşma" adlı namizədlik dissertasiyasını, 2014-cü ildə isə "Qeyd edilmiş istiqamətli ridge funksiyalarla yaxınlaşma" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən 2013-cü ilə kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) kiçik elmi işçisi, elmi işçisi, böyük elmi işçisi, aparıcı elmi işçisi vəzifələrini icra etmişdir. 2007 və 2008-ci illərdə Texnion - İsrail Texnologiya İnstitutunun riyaziyyat bölməsində "dəvətli alim" (visiting scholar) vəzifəsində çalışmışdır. 2013-cü ildən AMEA RMİ-nin "Funksiyalar nəzəriyyəsi" şöbəsinin müdiridir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının üzvü, həmin institutun nəzdindəki doktorluq dissertasiya şurasının üzvüdür. 2014-cü ildən "Proceedings of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan" jurnalının məsul redaktorudur.
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. == Həyatı == Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Yusif Məmmədov (riyaziyyatçı)
Yusif Məmmədov (Yusif Əbülfət oğlu Məmmədov; 24 yanvar 1950, Dəstəgird, Sisian rayonu) — Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri (2016), Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (2006—2016), əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2017), fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Yusif Məmmədov 24 yanvar 1950–ci ildə Qərbi Azərbaycanın Sisyan rayonu Dəstəgird qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun riyazi-fizika tənlikləri kafedrasında saxlanılmış, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlmişdir. 2000-2004-cü illərdə BDU-nun birinci prorektoru vəzifəsində çalışmışdır. 1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Riyaziyyatçıdır, riyazi fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. 100-dən artıq elmi əsərin müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkərin nüfuzlu jurnallarında çap olunmuşdur.
Yusif Qasımov (riyaziyyatçı)
Yusif Qasımov (8 iyun 1968, Cəbrayıl) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Qasımov Yusif Soltan oğlu 1968-ci il iyun ayının 8-də Cəbrayıl rayonunda anadan olmuşdur. 1985-ci ildə Cəbrayıl rayonu Süleymanlı kənd orta məktəbini bitirmişdir.1992-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə edib. 2010-cu il doktorluq dissertasiyasını müdafiə etmişdir. [1] == Təhsili, elmi dərəcə və elmi adları == 1985-1992-Mexanika Riyaziyyat fakültəsi, BDU 1996 - fizika-riyaziyyat elmləri namizədi 2010- fizika-riyaziyyat elmləri doktoru == Əmək fəaliyyəti == 1992-1995- Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu kiçik elmi işçi 1995-1997- Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu böyük elmi işçi 2006-cı il may-iyun - dəvətli professor, Nant Universiteti, Fransa [2] 1997-hal-hazırda- Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu,“Tərs məsələr və qeyri-xətti tənliklər” şöbəsinin müdiri 2009-cu il may-iyun - dəvətli professor, Nant Universiteti, Fransa 2017-hal-hazırda- Azərbaycan Universiteti, elmi işlər üzrə prorektor === Tədqiqat sahəsi === Spektral nəzəriyyə, dəyişən oblastlı məxsusi ədəd məsələləri, „shape“ optimallaşdırma == Təltiflər == Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Fəxri Fərmanı Təhsil Nazirliyinin Fəxri Fərmanı Fırat Universiteti (Türkiyə) rektorunun Fəxri Fərmanı BDU rektorunun Fəxri Fərmanı === Qrantlar və nailiyyətlər === “Applied and Computattional Mathematics” Beynəlxalq jurnalının aparıçı redaktoru. www.science.az/acm; COİA-2005 Beynəlxalq konfransın elmi katibi; COİA-2008 Beynəlxalq konfransın elmi katibi; Tərs məsələlər və formanın optimallaşdırılması- Beynəlxalq konfransın həmtəşkilatçısı, Nant Universiteti, Fransa, 2007; Tərs məsələlər və formanın optimallaşdırılması- Beynəlxalq konfransın həmtəşkilatçısı, Nant Universiteti, Fransa, 2008; Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü; III Türk dünyası Riyaziyyat simpoziumunun təşkilat komitəsinin üzvü, Almatı, Qazaxıstan; Dəvətli məruzəçi, III Türk dünyası Riyaziyyat simpoziumu, Almatı, Qazaxıstan (Layihəni Qazaxıstan Elm və Təhsil Nazirliyi maliyələşdirir); Acıq Cəmiyyət İnstitutu –SOROS fondu Qrant No 500481HE61,(Layihəni SOROS fondu maliyələşdirir); Acıq Cəmiyyət İnstitutu –ZUG fondu Qrant No 17013(Layihəni SOROS fondu maliyələşdirir); EGIDE-ECONET Qrant No. 16362VB;(Layihəni Fransa Xarici İşlər Nazirliyi maliyələşdirir); PİCS Layihə, No.4962-koordinator (Layihəni CNRS və AMEA maliyələşdirir); Scientific Committee Member of the 1st Eurasian Conference on Mathematical Sciences and Applications, September 03-07, 2012, Pristine, Kosovo; 2015- BDU-nun İlin alimi müsabiqəsinin qalibi. === Beynəlxalq seminar, simpoium və konfranslarda iştirakı === 1998 – Proceedings of the conference dedicated to the 80th anniversary of prof. G.T. Ahmatov, Baku; 1998 – International Conference Dedicated to the 90th Anniversary of L.S. Pontyagin, Moscow; 1999 – „Tools or Mathematical Modeling“ International Conference, Saint-Peterburg; 2000 – The second Joint Seminar on Applied Mathematics, Zanjan University, Iran; 2007 – Conf.
İlham Məmmədov (riyaziyyatçı)
İlham Tofiq oğlu Məmmədov (1 iyul 1955, Bakı – 10 dekabr 2003, Bakı) — riyaziyyat elmləri doktoru (1981), professor (1988), AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Lenin komsomolu mükafatı laueratı (1982). == Həyatı == İlham Məmmədov 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonundan olan Məmmədov 1970-ci ildə orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə daxil olub və 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == İlham Məmmədov əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlayıb. 1975-1982-ci illərdə Azər­­bay­­can Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat kafedrasında assistent olaraq çalışıb. O, 1982-ci ildən həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə bağlayıb. Belə ki, 1982-2001-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə isə direktor vəzifəsini icra edib. İlham Məmmədov 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının Rəyasət Heyətinin, Azərbaycan Riyaziyyat Cəmiy­yətinin üzvü olub. 2000–2002-ci illərdə NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti olan Məmmədov AMEA Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri" jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini olub.
İlqar Məmmədov (riyaziyyatçı)
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi" laboratoriyasının müdiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin "Diferensial tənliklər və optimallaşdırma" kafedrasında 0,5 ştat dosent vəzifəsində müəllim, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü == Həyatı == İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur. O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. == Elmi fəaliyyəti == 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.
Əkbər Əliyev (riyaziyyatçı)
Əliyev Əkbər Bayram oğlu (4 yanvar 1950, Qaracalar, Qardabani rayonu – 21 aprel 2024) — Azərbaycan alimi. == Həyatı == Əkbər Əliyev 1950-ci ildə Gürcüstan Res., Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 3 övladı var. [1] == Elmi fəaliyyəti == Elmi rütbəsi- professor İxtisasın adı- Diferensial tənliklər Namizədlik dissertasiyasının mövzusu: Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərin həllərinin asimptotikası Doktorluq dissertasiyasının mövzusu: Hiperbolik operatorlar üçün qlobal həll olunan məsələlər Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 150 xaricdə çıxmış elmi əsərlərinin sayı- 50 Əsas elmi nailiyyətləri Qeyri-xətti hiperbolik operatorlar üçün birtərəfli məsələlərin qlobal həll olunması şərtlərini müəyyən etmiş. Yarımxətti hiperbolik tənliklər sisteminin və psevdohiperbolik tənliklərin qlobal həll olunması üçün Fucita tipli kriteriyalar müəyyən etmişdir. == Seçilmiş Elmi Əsərləri == Глобальная разрешимость задачи Коши для одного класса систем полулинейных гиперболических уравнений. //Funksiyal nəzəriyyəsi və harmonik analizin problemləri. Akademik İ. İ. İbrahimovun 100-illik yubileyinə həsr olunmuş beynəlxalq konf.materialları.-Bakı 2012.- s.11/ Казимов А.А. Existence, non-existence and asymptotic behavior of global solution to the Cauchy problem for systems of semilinear hyperbolic equations with damping terms. // Nonlinear Anal.: Theory, Meth.
Əli Əhmədov (riyaziyyatçı)
Əli Əhmədov (25 dekabr 1943, Əfəndilər, Cəbrayıl rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Əli Əhmədov 25 dekabr 1943-cü il Cəbrayıl rayonunun Əfəndilər kəndində anadan olub. 1950–1960-cı illərdə Füzuli rayonunun Arayatlı kənd orta məktəbdə oxuyub. 1961–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1966-cı ildən BDU-da çalışır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Təhsili, elmi dərəcə və adları == 1961–1966 — tələbə, Mexanika-riyaziyyat fakültəsi, == Əmək fəaliyyəti == 1996 — h/h, kafedra müdiri, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1972–1995, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1978–1979, elmi stajor, ABŞ-nin Viskonsin Universiteti 1966–1972, kiçik elmi işçi, Azərbaycan EA-nın Kibernetika İnstitutu Apardığı dərslər: Funksional analiz, Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, Operatorlar nəzəriyyəsi (İxtisas kursu). 150-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın və 6 kitabın müəllifidir. 2 elmlər доктору вя 7 elmlər namizədi yetişdirmişdir. == Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı == 1969 — Bakı, Azərbaycan:Funksional analiz üzrə beynəlxalq konfrans 1982 — Minsk, Belorusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1985 — Novosibirsk, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1988 — Voronej, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1989 — Russe, Bolqarıstan:Diferensial tənliklər və tətbiqləri üzrə IV beynəlxalq konfrans 1995 — Bəhreyn:Xalis və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans 1997 — Təbriz, İran:İran riyaziyyatçılarının illik konfransı 2000 — Barselona,İspaniya:Riyaziyyatçıların III Avropa konqresi 2001 — Elazığ,Türkiyə: Türkdilli dövlətlərin riyaziyyat üzrə I beynəlxalq konfrans 2006 — Təbriz, İran: İran riyaziyyatçılarının illik konfransı 2006 — Ujqorod, Ukrayna:Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri üzrə beynəlxalq elmi konfrans 2007 — Zəncan, İran:İran riyaziyyatçılarının illik konfransı 2007 — Sakariya, Türkiyə: Türk dünyası matematik simpoziumu 2008 — Aliqarh, Hindistan: ICAA-2008 2008 — Novorossiysk, Rusiya: Furye sıraları və onların tətbiqləri- beynəlxalq simpozium 2008 — Bakı, Azərbaycan: İdarəetmə və sənayedə optimallaşdırmanın tətbiqləri -II beynəlxalq konfrans 2008 — Plovdiv, Bolqarıstan:Tətbiqi riyaziyyat və hesablama texnikası üzrə beynəlxalq konfrans Intern.
Araz Əliyev (riyaziyyatçı)

Digər lüğətlərdə