sözlü-sovlu
sözlü-zarafatlı
OBASTAN VİKİ
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Hüseyn Sözlü
Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir.Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Hüseyn Sözlü (şair)
Hüseyn Ələkbət oğlu Məmmədov (15 aprel 1946, Noraşen rayonu) — Ömrünün 50 ildən çoxunu dənizə həsr etmiş veteran dənizçi, Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, şair, bəstəkar. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvüdür. Elm və Təhsil Mərkəzinin filologiya üzrə Fəxri Professoru diplomuna layiq görülmüşdür. 15 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Şəhriyar kəndində kolxozçu ailəsində anadan olub. 3 övladı, 6 nəvəsi vardır. Şəhriyar kənd orta məktəbini 1963-cü ildə bitirib. Tar üzrə musiqi təhsili alıb. Bakı Dəniz Yolları məktəbiniə daxil olub və oranı bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyi idarəsinin gəmilərində çalışıb. Ali təhsilini Odessada alıb. Zəngin yaradıcılığa malik Hüseyn Sözlünün 11 şeirlər kitabı var.