SIRIMAQ

Yorğanı sırıyırlar, sırımaq “sarımaq” (bərkitmək) sözü ilə qohumdur. Bir şeyi bir adama sırıyırıq. Bu da bərkitmək (ilişdirmək) deməkdir. Bəzi türk dillərində стягивать sözünü sıxmaq kimi tərcümə edirlər. Türkmən dilində стегать kəl­məsi sıqtır sözü ilə tərcümə olunub. Sırışkak isə “цепляющийся” mənasın­dadır. Deməli, yorğanı sırımaq məhz “sıxmaq (bərkitmək)” deməkdir. Sırımaq sözünün mə­cazi mənası da var, o da “ilişdirmək” anlamına uyğun gəlir. Sırımaq “свя­зы­вать” mənasında işlədilmiş sıq sözü ilə də qohum ola bilər. Sap (нить) sözü də həmin sıq kəlməsi ilə bağlıdır. Deməli, sırımaq “sapla, iplə bərkitmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SIRĞA
SIRTIQ

Digər lüğətlərdə