sıx
sıxıntı
OBASTAN VİKİ
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. == Nəşri == "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Sıx qarağac
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Çinin qərb rayonlarında bitir. == Botaniki təsviri == 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir.

Digər lüğətlərdə