Fuad Səmədov
Fuad İbrahim oğlu Səmədov — Fuad İbrahim oğlu Səmədov 1926-cı il iyul ayının 9-da Şamaxı şəhərində anadan olmuşdur.22 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.
1943-cü ildə onuncu sinfi əla qiymətlərlə başa vuran Fuad Səmədov Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə imtahansız qəbul olunur. O, 1944-cü ildə o vaxtlar ən böyük və şərəfli tələbə təqaüdü olan Stalin təqaüdü almağa layiq görülmüşdü.
Fuad 1949-cu ildə institutu fərqlənmə diplomu ilə bitirir. O, 1949–1952-ci illərdə Azərdənizneft Birliyinin kəşfiyyat qazma trestinin Gürgan qazma kontorunun baş geoloqu, 1952–1960-cı illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) trestinin baş geoloq və direktor müavini, 1960–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin neft və qaz yataqlan problemləri institutunun elmi işlər üzrə direktor müavini, 1963–1969-cu illərdə Başdənizneft İdarəsinin baş geoloqu vəzifələrində işləmişdir. Neftçi Geoloq, Azərbaycanın əməkdar mühəndisi, Lenin Mükafatı Laureatı(1961), Geologiya-Minerologiya elmləri namizədi(1960), Neft Daşları NMİ-nin baş geoloqu(1952–1960), Dənizneft İB nin baş geoloqu (1963–1969), "Neftaniye Kamni" monoqrafiyasının müəllifi(1959)
== Həyatı ==
1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Neft Daşlarında geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, Gürgəndəniz(indiki Neft Daşları) qazma idarəsində baş geoloq, 1952-ci ildən 1960-cı ilədək Neft Daşları neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F. İ. Səmədov Azərbaycan E. A. Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961–1963-cü illərdə Başdənizneft idarəsində baş geoloq vəzifəsində işləmişdir. F. İ. Səmədov Neft Daşlarının Baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri – Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F. İ. Səmədovun Səngəçal-dəniz, Duvannı-dəniz, Bulla adası və Bahar qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cı ildə Lenin ordeni ilə təltif edilmişdir.