Hüseyn Müşfiq oğlu Səmədov (30 avqust 1997, Ağsu, Azərbaycan — 8 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Hüseyn Səmədov | |
---|---|
Hüseyn Müşfiq oğlu Səmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mirzalıbəyli, Ağsu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağsu Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub.[2][3] Hüseyn Səmədovun atası Səmədov Müşviq Tapdıq oğlu 1-ci Qarabağ müharibəsində döyüşmüşdür. Sonradan dərzi işləmişdir. 2011-ci ildə xəstəlikdən dünyasını dayişmişdir. Hüseyn Səmədovun anası Səmədova Şamama Vaqif qızı Ağsu şəhəri Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə işləyir. 2003-cü ildə Ağsu şəhəri Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub.
Hüseyn Samadov 2014-cü ildə həmin məktəbi bitirmişdir. O, 2016-cı ildə Azərbaycan Milli Ordusunun Qusar rayonundakı N saylı hərbi hissəsində qumbara atan ixtisası üzrə hərbi xidmət keçmiş və manqa komandiri olmuşdur. Hərbi xidməti 2018-ci ildə başa vurmuşdur. 2018–2020-ci illərdə Hüseyn Səmədov AzGranata şirə və şərab emali müəssisəsində fəhlə işləmişdir.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Səmədov Füzulinin azad edilməsində savaşıb. Zabitinin məlumatına görə, bir neçə nəfər istisna olmaqla bütün heyət şəhid olmuşdur. Hüseyn Səmədov 8 oktyabr 2020-ci ildə baş-beyinin diffuz travması ilə aldığı qəlpə zədələnmələri nəticəsində şəhid olmuşdur. Ağsu Şəhidlər Xiyabanında dəfn edilib.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Səmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]