Elnur Səmədov

Elnur Sədaqət oğlu Səmədov (11 mart 1988; İsmayıllı, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi veteranı.[1]

Elnur Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsmayıllı, Azərbaycan SSR
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri —2022
Rütbə Leytenant
Döyüşlər Vətən müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Şücaətə görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elnur Səmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, CəbrayılFüzuli istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.