Sabirabad

coğ. Sabirabad

sabiq
sabit
OBASTAN VİKİ
Sabirabad
Sabirabad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati mərkəzi. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551-1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671-1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. Səfəvilər hakimiyyəti dövründə Cavadda olmuş A. Cenkinsonun qeydləri çox maraqlıdır. O, 1562-ci 6 oktyabr tarixli qeydində yazır ki, “burada padşahın həyəti hər cür meyvələrlə dolu bağ-bağatlı gözəl sarayı vardır.” O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü “Şirvan və Girganın hakimiyyət başında olan padşahı” adlandırır. Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ.Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır.
Gomuşçu (Sabirabad)
Gomuşçu— Azərbaycan Respublikasınin Sabirabad rayonunun rəsmi 75 ci kəndi. Gomuşçu kəndi 5 oktyabir 2023 ildən etibarən Yolçubəyli kəndinin vahidliyinən cixaraq Gomuşçu kəndi elan olunmuşdur.
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Moranlı (Sabirabad)
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir. 3800 nəfər əhalisi var. Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir. Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır. Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
Muradbəyli (Sabirabad)
Muradbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəlli (Sabirabad)
Mürsəlli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Məmişlər (Sabirabad)
Məmişlər (əvvəlki adı: Şaumyanovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Şaumyanovka kəndi Məmişlər kəndi adlandırılmışdır.
Nizami (Sabirabad)
Nizami (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kəndin keçmiş adı Qəhrəmanlı olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri məskunlaşdıqdan sonra belə adlanmışdır. 2004-cü ildən Nizami adı ilə rəsmiləşdirilmişdir. Kənd Muğan düzündə yerləşir.
Nərimankənd (Sabirabad)
Nərimankənd (əvvəlki adı: Novodonetskoe) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaratəpə kənd inzibati-ərazi vahidi tərkibindəki Novodonetskoe kəndi Nərimankənd adlandırılmışdır. Kənddə "Əhli-beyt" məscidi dini icması fəaliyyət göstərir.
Nəsimi (Sabirabad)
Nəsimi (əvvəlki adı: Xersonovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Xersonovka kəndi Nəsimi kəndi adlandırılmışdır.
Osmanlı (Sabirabad)
Osmanlı (?–1954), Axmazkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Axmazkənd Əli Bayramlı rayonunda kənd olub. 1954-cu ilə qədər Osmanlı adlanmışdır. Oykonim axmaz (gol, bataqlıq) və kənd sözlərindən düzəlib, kəndin yaxınlığındakı golun adından yaranmışdır.
Pokrovka (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Qaraağac (Sabirabad)
Qaraağac — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaragüney (Sabirabad)
Qaragüney — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kür çayının sahilində yerləşir. Kəndin əhalisi min nəfərdən çoxdur. Kənddə 2 ümumtəhsil məktəb mövcuddur. Əhalisi 1000 nəfərdən çoxdur. Kəndin əsas gəliri heyvandarlıq və əkinçilikdən gəlir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaralar (Sabirabad)
Qaralar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaralı (Sabirabad)
Qaralı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Qaralı oyk., sadə. Sabirabad r-nunun Surra i.ə.v.-də kənd. Kürün sahilində, Şirvan düzündədir. Ehtimal olunur ki, yaşayış məntəqəsini Qəzvin mahalından köçüb gələnlər salmışlar. Kənd XIX əsrdə Birinci Qaralı Qəzvinli adlanırdı. Xalq arasında Qaralu kimi də işlənir. Oykonim “Qaralı nəslinə mənsub yaşayış yeri” mənasındadır.
Qaraqaşlı (Sabirabad)
Qaraqaşlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Pənah Hüseynov — Azərbaycan Respublikasının Baş Naziri (aprel 1993 – iyun 1993-cü il), Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı (2005-2010). Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaratəpə (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Qasımbəyli (Sabirabad)
Qasımbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sağ sahilində, Mil düzündədir. Kəndin keçmiş adı Mirqasımbəyli olmuşdur. Sonralar mir (“seyid” mənasında) sözü unudulmuşdur. Kənd salındığı ərazinin adı ilə keçmişdə Əyribucaq da adlanmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. Sabirabad rayonunun Qasımbəyli kəndinin yaranmasi barədə kitablarda və dəqiq mənbələrdə heç bir məlumat yoxdur, amma kənd ağsaqqallarının dilindən belə rəvayət edilir ki, 1800-1810-cu illərdə burada 7 ev (sülalə) yaşayıb. Sonradan digər bölgələrdən - əsasən Kürdəmir rayonundan gələnlərin hesabına böyüyərək yaşayış yeri kimi formalaşmışdır.
Qəzli (Sabirabad)
Qəzli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Sabirabad (Cəlilabad)
Sabirabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Sabirabad kəndi Qarazəncir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sabirabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi təklə tayfasının çaylı, balabeyli, şeytanlı, haqverdili və b. tirələrinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd şair M. Ə. Sabirin şərəfinə belə adlandırılmışdır. Kənd 1910–1916-cı illərdə yaradılmışdır. Kəndin bünövrəsini keçmiş Lənkəran qəzasının Xol-Təklə və Xol-Qarabucaq kəndindən köçüb gələn adamlar qoymuşlar. Köçməyə səbəb həmin illərdə Xəzər dənizi suyunun çəkilməsi və içməli su qıtlığının yaranması olmuşdur. Əhalinin o vaxt əsas məşğuliyyəti balıqçılıq və heyvandarlıq imiş. İnsanların böyük hissəsi balıq vətəgələrində işləyirmiş.
Sabirabad bələdiyyəsi (Sabirabad)
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sabirabad (dəqiqləşdirmə)
Sabirabad — Azərbaycan Respublikasında şəhər. Sabirabad rayonu — Azərbaycan Respublikasında rayon. Sabirabad (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad (film, 1988) — Azərbaycan filmi.
Sabirabad bələdiyyələri
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sabirabad bələdiyyəsi
Sabirabad bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə. Sabirabad bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Nizami bələdiyyəsi (Sabirabad)
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaralar bələdiyyəsi (Sabirabad)
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratəpə bələdiyyəsi (Sabirabad)
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi