SADİQLİK
SAF
OBASTAN VİKİ
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Inga saffordiana
Inga saffordiana (lat. Inga saffordiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Karlos Ruis Safon
Karlos Ruis Safon (25 sentyabr 1964, Barselona) İspaniya yazıçısı. Əsasən roman janrına üstünlük verir. Romanları 45 ölkədə 30-dan çox dilə tərcümə olunub. Xavyer Syerra və Xuan Qomez Xurado ilə birlikdə müasir İspaniya ədəbiyyatının ən tanınmış simalarından biridir.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Lütfullah Safi Gülpayeqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, Konstantinopol – 1883, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Nikas Safronov
Nikas Safronov (8 aprel 1956, Ulyanovsk) — Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh, İstanbul ili – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Saab 91 Safir
Saab 91 Safir, Saab AB şirkəti tərəfindən buraxılmış olan İsveç istehsalı olan bir əsas təlim təyyarəsidir. Təyyarə, A J Andersson konstruksiya edilmişdir və 1946-1966-cı illər arasında 323 ədəd buraxılmışdır. İlk uçuşunu 20 noyabr 1945-ci ildə həyata keçirmişdir.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safari (brauzer)
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir. "Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı, lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safarşa
Safarşa — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü il Avqustun 23-də Ermənistan Respublikası Tərəfindən işğal olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Safarşa Cəbrayıl rayonun eyniadlı i.ə.v-də kənd. Əsas təsərrüfatı heyvandarlıq idi.
Safbulaq
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Safed
Safed (ivr. ‏צְפַת‏‎) — İsraildə, şimal bölgəsində olan bir şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biri və Kabbala təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. 2003-cü ilə olan əhalisi 26.600-dür.
Safeguard (sabun)
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Saff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Saffat Surəsi
37-ci surə əs-Saffat (Səf-səf duranlar) surəsi (Məkkədə nazil olmuşdur, 182 ayədir) Surənin adı 1-ci ayədə işlədilən əs-Səffat sözündən götürülmüşdür və sıra-sıra düzülənlər, səf-səf duranlar deməkdir. Surənin 164 və 165-ci ayələrindən aydın olur ki, səf-səf duranlar mələklərdir. Surədə əsasən mələklərdən, cinlərdən, Qiyamət günü və axirət hadisələrindən, eləcə də Nuh, İbrahim, İsmail, İshaq, Musa, Harun, İlyas, Lut və Yunus peyğəmbərin qissələri haqqında danışılır.
Safflorit
Safflorit – Co As2 — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Qalayı-ağdan qurğuşunu-bozadək, çox vaxt tünd-boz çalarlı oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – tünd-boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,9-7,4; Sərtlik – 4,5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə orta; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, az hallarda uzunprizmatik; İkiləşmə: {011} üzrə beşləşmələr, {101} üzrə altışüalı ulduz tipli qarşılıqlı nüfuzetmə ikiləşmələri və üçləşmələr – «safflorit ulduzcuqları»; Mineral aqreqatları: nazik- və kobud çubuqlvari, radial-şüalı, lifli, konsentrik-zolaqlı, massiv. Əsasən nikel-kobalt və gümüş-nikel-kobalt filizlərindən təşkil olunmuş hidrotermal damarlarda qeyd edilir. Gec hidrotermal minerallardan biri kimi peqmatitlərdə, skarn-dəmir filizi yataqlarında rast gəlir. Mineralın tək-tək tapıntıları çökmə süxurlarda aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: arsenopirit, qlaukodot, alloklazit, xloantit, rammelsberqit, nikelin, şmaltin, kalsit, kvars və b. Yineralın tapıldığı yerlər: Kobalt (Kanada); Şneyeberq, Unter-Ramstadt (Almaniya); Yaximov (Çexiya); Nordmarken (Norveç) və b. Azərbaycanda Daşkəsən rayonunun dəmir və kobalt yataqlarında (Daşkəsən, Şimali-Daşkəsən, Şimal-Şərqi Daşkəsən) qeyd olunur. Saffloritin nadir rast gələn dənələri Balakən rayonunda kolçedan-polimetal (Filizçay) və mis-pirrotin (Cixix-Saqator və b.) yataqlarının filizlərində də aşkar edilmişdir.
Safgulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.

Значение слова в других словарях