SALMAQ
SALNAMƏÇİ
OBASTAN VİKİ
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. == Tarixi == Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir. Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar. == Ekspozisiya == Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.
Salnamə (film studiyası)
Salnamə — Azərbaycanda film studiyası. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Şah İsmayıl Səfəvinin tarixi (salnamə)
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi” - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur. Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.
Alban salnamələri
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. == Mənbə == Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban salnaməsi

Anqlosaks salnaməsi
"Anqlosaks salnaməsi" (ing. Anglo-Saxon Chronicle) — İngiltərənin ən qədim salnaməsi. Burada 495-ci ildən 1154-cü ilə qədər erkən saks köçləri dövrünü əhatə edilir. Əsərin tərtibi IX əsrin sonlarında kral Alfredin rəhbərliyi altında, Müqəddəs Bedanın "Tarix" əsərinə, eləcə də Mersiya və Uesseks salnamələrinin qalıqlarına, şifahi ənənələrin əsasında başlamışdır. Salnamənin anqlosaks və qismən də latın dilində yazılmış doqquz əlyazması qorunub-saxlanılmışdır. 731-ci ildən əvvəlki salnamənin ilk hissəsi əsasən Müqəddəs Bedanın yazılarına əsaslanır, lakin Cənubi İngiltərənin tarixi ilə bağlı bir çox əlavələri ehtiva edir. 891-ci ilə qədər olan hadisələrin təqdimatında bütün salnamələr bir-biri ilə birləşir. Bu, kral Alfredin dövründə köhnə ingilis dilində tərtib edilmiş vahid mənbədir. Hətta bir nəzəriyyə də var ki, Alfredin özü salnamənin bu hissəsinin müəllifi idi, lakin hal-hazırda bu, əksər alimlər tərəfindən inkar edilir. 891-ci ildən sonra salnamənin müxtəlif versiyaları bir-birindən fərqlənməyə başlayır.
Azərbaycan kinosunun salnaməsi (film, 2013)
Köln kral salnaməsi
Köln kral salnaməsi (lat. Chronica regia Coloniensis, alm. Die Kölner Königschronik‎) — XII-XIII əsrlərdə latın dilində yazılmış genişhəcmli tarixi əsər. Mətnində bəzi fərqlər olan bir neçə əlyazması müasir dövrədək gəlib çatmışdır. Salnamədə Almaniyanın tarixi, bəzi digər ölkələrin tarixinə dair çoxsaylı məlumatlar, xaç yürüşlərinin və bidətlə mübarizənin təsviri, həmçinin müxtəlif möcüzəvi hadisələr barədə hekayələr yer alır. Salnamənin əsas hissəsi 689-1175-ci illər arasındakı dövrü əhatə edir. Salnamənin altı davamı var və hadisələrin təsviri 1314-cü ilədək uzanır. == Müəllifi == Əlyazmalardan birinin ön sözündə qeyd edilir ki, salnaməni Noysdan olan bir hakim tərtib edib. Salnaməni alman dilinə tərcümə edənlər və naşirlər isə hesab edirdilər ki, onun ilkin versiyasını Kölndən olan katolik keşişi hazırlamışdır. Amma 1997-ci ildə tədqiqatçı Manfred Qroten salnamənin Ziqburq monastırında tərtib edildiyini müəyyən etmişdir.
Qanun naminə - Heydər Əliyev salnaməsi (film)
Qanun naminə — Heydər Əliyev salnaməsi — Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film. Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb. Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev- İdeya müəllifi Baş prokurorun müavini Heydər Məmmədov- Məsul redaktor Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov- Redaktor Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı– Aparıcı Bəhruz Əliyev- Quruluşcu rejissor Şəbnəm Xeyrulla– Ssenari müəllifi Sərxan Mədətli- Operator Royal quluzadə- Quruluşcu operator Emin Mahmudov- Səs rejisoru Məhəmməd Hətəmov- Rəng korreksiyası və montaj "Azərbaycan naminə!" "Azərbaycan naminə!" "Dahi azərbaycanlı" "Dahi qurucu" "Əliyevin əli" "Heydər Əliyev" "Heydər Əliyev. Dünyaya pəncərə" "Heydər Əliyev.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Salnaməçi
Salnaməçi (Osmanlıca: Vak'a-Nüvis) Osmanlı İmperiyası dövründə səltənətin tarixi hadisələrini qeyd etmək üçün təyin edilmiş xüsusi insanlara verilən addır. Salnaməçi bir dövlət məmurudur. Hər ilin sonunda onlar sarayda həmin il vəfat etmiş vacib insanların tərcümeyi-hallarını verməyə məcbur idilər. Osmanlıların öz tarixlərinin qeydinə göstərdiyi həssas qayğı nəticəsində, Osmanlı tarixi salnaməçilər tərəfindən təfərrüatlı şəkildə qorunub saxlanılmışdır. Osmanlı tarixi haqqında məlumatların ən əhəmiyyətli hissəsi salnaməçilər vasitəsilə bu günümüzə qədər gəlib çatmışdır. Möhtəşəm Süleymanın hakimiyyəti dövründə rəsmi bir qurum olmuşdur. Divan-ı Hümayundan gələn ilk rəsmi salnaməçi Hələbdən olan Mustafa Naima, sonuncusu Əbdürrəhman Şərəf Əfəndidir və Osmanlı imperiyası tərəfindən yetişdirmiş ən böyük salnaməçi Əhməd Cövdət paşa sayılır. XVII əsrdə yaşayan Övliya Çələbi, Katib Çələbi və Hələbdən olan Mustafa Naima da ilk tanınan salnaməçilərdəndir. Naima tarixi, Keşfüz Zunun, Miratül Memalik dövrün ən əhəmiyyətli əsərləridir. Bundan əlavə, Fatih Sultan Məhəmməd dövrünün məşhur salnaməçisi Tursun bəy idi.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Musa salnaməsi
Musa salnaməsi ( ivrit : דברי הימים של משה, Dibre ha-Yamim şel Moşeh) — kiçik midraşimlərdən biri. Bibliya üslubunu yaxından təqlid edərək ivrit dilində yazılmış bu kitab, bir çox əfsanələrlə bəzədilmiş Musanın həyatının tarixini təqdim edir. Adolf Yellinekə görə, Musanın həyatı əvvəlcə daha qədim mənbələrdən istifadə edilən salnamədə ətraflı şəkildə işlənmişdir. Bu əsər "Sefer ha-Yaşar" adlı əfsanələr toplusuna daxil edilmişdir. "Yalkut Şimoni" buradan indiki "Musa salnaməsi " ilə deyil, "Sefer ha-Yaşar" ilə uyğun gələn çıxarışlar götürmüşdür. Buna baxmayaraq, sonradan köhnə salnamənin daha qısa resenziyası edilmişdir ki, bu da indi mövcud olan versiyadır. H. Strak və Q. Stembergerin fikrincə, əsər çox güman ki, XX–XI əsrlərə aiddir. Melissa Lee Farrall, A Jewish Translator in Kievan Rus': A Critical Edition and Study of the Earliest Redaction of the Slavic "Life of Moses", PhD diss., Brown University, 1981.
Macarıstan illüstrasiyalı salnaməsi
Macarıstan illüstrasiyalı salnaməsi (lat. Chronicon Pictum, ing. Illuminated Chronicle, mac. Képes Krónika, digər adları Chronica Hungarorum, Chronicon (Macar dilində) Pictum, Chronica Picta və yaChronica de Gestis Hungarorum) — 14-cü əsrin ikinci yarısından başlayaraq Macarıstan krallığında orta əsrə aid edilən illüstrasiyalı xronika. I Böyük Lyudovikin sarayında kral saraylarının beynəlxalq bədii üslubunu təmsil edir. == Xronikanın tarixi == Xronika Mark Kalti tərəfindən 1358-ci ildən sonra yazılmışdır, sonuncu illüstrasiyalar 1370–1373-cü illər arasında tamamlanmışdır. I Böyük Lyudov qızı Katarina Çarlesin oğlu Lyudovik Orleans ilə ailə həyatı qurduqda ona hədiyyə etmişdir. Xronika daha sonra 1456-cı ildə Dorde Brankoviçə təqdim edilmişdir və bu zaman nüsxəsi çıxarılmışdır. Sonralar türklərin istilasından sonra yoxa çıxmışdır. Xronika 17-ci əsrin ilk yarısında Vyanada kral arxivlərinin arasında tapılmışdır.
Qanun naminə - Heydər Əliyev salnaməsi
Qanun naminə — Heydər Əliyev salnaməsi — Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film. Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb. Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev- İdeya müəllifi Baş prokurorun müavini Heydər Məmmədov- Məsul redaktor Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov- Redaktor Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı– Aparıcı Bəhruz Əliyev- Quruluşcu rejissor Şəbnəm Xeyrulla– Ssenari müəllifi Sərxan Mədətli- Operator Royal quluzadə- Quruluşcu operator Emin Mahmudov- Səs rejisoru Məhəmməd Hətəmov- Rəng korreksiyası və montaj "Azərbaycan naminə!" "Azərbaycan naminə!" "Dahi azərbaycanlı" "Dahi qurucu" "Əliyevin əli" "Heydər Əliyev" "Heydər Əliyev. Dünyaya pəncərə" "Heydər Əliyev.

Значение слова в других словарях