SAMAN
SAMƏT
OBASTAN VİKİ
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili “Самооборона без оружия” (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar.
Azərbaycan Sambo Federasiyası
Azərbaycan Sambo Federasiyası (ASF) — Azərbaycanda sambo idmanının inkişafı məqsədilə yaradılmış federasiya. == Haqqında == Azərbaycanda 1974-cü ildə Ələkbərov Arif Baba oğlunun təşəbbüsü ilə Sambo və Cudo Federasiyası yaradılmış və o, 10 il ardıcıl olaraq bu Federasiyaya rəhbərlik etmişdir. Arif Baba oğlunun təşəbbüsü ilə (1973–1981) Bakı şəhərində beynəlxalq sambo turniri keçirilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilmişdir. 1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilmişdir. Qurultayda Zəlimxan Məmmədli ASF-nin ilk rəsmi prezdenti seçilmişdir O, 10 il ASF-yə rəhbərlik etmişdir. 1993-cü ildən ASF Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məhəmməd oğlu Məmmədovdur. Hazırda ASF-nin məqsədyönlü fəaliyyəti nəticəsində sambo idman növünün respublikamızda coğrafi mövqeyi daha da genişləndirilmiş, Bakı, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, Naxçıvan Muxtar Respubliaksında, Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı, Samux, Zaqatala, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Kürdəmir, Goranboy, Ağdam, Masallı, Cəlilabad, Ağcabədi, Bərdə rayonlarında inkişaf etdirilir və idmançılar rayon, şəhər, respublika səviyyəli yarışlarda iştirak edirlər.
Sambo üzrə Avropa Çempionatı 1997
XVI Sambo üzrə Avropa Cempionatı kişilər arasında 1–4 may Bakıda (Azərbaycan), qadınlar arasında 27–30 mart Panavejisdə (Litva) keçirilmişdir. == Medalçılar == === Kişilər === ==== Komanda ==== ; ; ; ; ; ; ; ; ; ; ; . === Qadınlar === == Mənbə == "XVI чемпионат Европы (1997)". Федерация самбо Украины. İstifadə tarixi: 2016-02-04.
1997 Sambo üzrə Avropa Çempionatı
XVI Sambo üzrə Avropa Cempionatı — kişilər arasında 1–4 may Bakıda (Azərbaycan), qadınlar arasında 27–30 mart Panavejisdə (Litva) keçirilmişdir. == Medalçılar == === Kişilər === ==== Komanda ==== ; ; ; ; ; ; ; ; ; ; ; . === Qadınlar === == İstinadlar == == Xarici keçidlər == "XVI чемпионат Европы (1997)". Федерация самбо Украины. İstifadə tarixi: 2016-02-04.
Döyüş Sambosu
Sambo (rus. Боевое Самбо) — Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir,həmçinin baş,qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking(zərbə) və grappling(tutaşmaq) istifadə olunur.
Riçi Sambora
Riçi Sambora (ing. Richie Sambora; əsl adı Richard Stephan Sambora) — ABŞ-dən olan musiqiçi. Bon Jovi qrupunun gitaristi. Riçard Stefen Sambora 11 iyul 1959-cu ildə anadan olub. Riçi Samboranın uşaqlığı Polşalı atası Adam C. Sambora (ailəsinin mənşəyi Krakov'a qədər gedir) və İtalyan ana Joan Sienila ilə Nyu Cersidə Woodbridge Township'də keçib. Woodbridge Liseyində təhsil alan Sambora, 1970-ci ildə Cimi Hendriksin ölümündən sonra gitara çalmağa başladı. Ən başından bəri ilham qaynağı blues və 60-cı illərin rock'n'roll-u idi. İdealı isə Erik Klapton, Cimi Hendriks, Jeff Beck, Stevie Ray Vaughan, Johnny Winter və Jimmy Page'dir. Eyni zamanda İspan klassik musiqisindən də ilham almışdır. 1991-ci ildə "Stranger In This Town" adlı ilk solo albomunu çıxardan Sambora, blues ağırlıqlı albom, tənqidçilərin və pərəstişkarların sevgisini qazandı.
Zaur Paşayev (samboçu)
Zaur Zabit oğlu Paşayev (28 avqust 1982 və ya 28 dekabr 1982, Bakı) — samboçu və cüdoçu. == Həyatı == Zaur Paşayev 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Zaur Paşayev sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır. [mənbə göstərin] Həmçinin, Zaur Paşayev veteranlar arasında cüdo üzrə dünya çempionatının qızıl mükafatına layiq görülmüşdür.

Digər lüğətlərdə

мыти́ться перереше́ние по́длый прообразова́ть гипертрофи́роваться двули́чный необеспе́ченный перезво́н раскрыва́ние сталакти́товый стержнево́й трампли́нный грабаздать сходцы argillite cast up duress horse standing loose-bodied mumming patent flour perfuming racist tilt over пеленать