SARI MƏTBUAT

XIX əsrin sonunda qəzetlər ictimaiyyəti məlumatlandıran yeganə informasiya vasitəsi idi. Qəzetlər bir-biri ilə mübarizədə mümkün bütün vasitələrdən istifadə edirdi.

90-cı illərin sonunda diqqəti cəlb etməyin yeni, daha səmərəli üsulu tapıldı. Rəngli başlıqlar peyda oldu.

1896-cı ildə Nyu-Yorkun “Uorld” qəzeti hər gün birinci səhifəsində rəssam Riçard F.Autkolt tərəfindən çəkilən komikslər çap etməyə başladı. Bu komikslərin qəhrəmanının paltarı açıq-sarı rəngdə olduğundan komikslər “Sarı oğlan” adını qazandı. Qəzetin tirajı xeyli artdı.

“Nyu-York cornal”ın sahibi Uilyam Rendolf Hörst də qəzetinin tirajını artırmaqda qərarlı idi. O, jurnalın rəngli əlavəsini yaradaraq Autkoltu öz tərəfinə çəkdi. “Uorld” buna cavab olaraq “Sarı oğlan”ı çap eləməkdə davam edirdi.

Bundan sonra hər iki “sarı” mətbuat orqanının rəqabəti ağlagəlməz üsullarla aparılırdı. Məhz həmin günlərdə Kuba uğrunda İspaniya ilə münaqişə başladı. Hörst tirajı artırmaq məqsədilə bilərəkdən ictimaiyyəti narahat edən, eləcə də qıcıqlandıran xəbərlər dərc edirdi. Bununla da 1898-ci ildə kiçik, amma lazımsız və mənfur olan müharibənin başlamasına yardımçı oldu. Nəticədə gəlir əldə etmək naminə yalan-doğru, istənilən, hətta ən qəddar sensasiyalı xəbəri istifadə edən qəzetlər “sarı mətbuat” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

SARĞI
SARILIQ
OBASTAN VİKİ
Sarı mətbuat
Sarı jurnalistika (ing. yellow journalism) və ya sarı mətbuat (ing. yellow press) — çox az ya da heç bir istinadı olmadan edilmiş bir araşdırmaya göz alıcı xəbər başlıqları əlavə olunaraq daha çox qəzet satılmaq üçün edilən jurnalistika növü. Bu üsul, bəzən xəbərlərdəki hadisəsinin mübaliğəsi, skandal tüccarlığı ya da sensasiyonalizm olaraq ortaya çıxa bilər.
Mətbuat
Mətbuat — dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Mətbuat (çap olunmuş əsərlər, çap məhsulları) sözü termin kimi, əsasən, dövri mətbuat mənasında işlədilir. Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. == Əsas xüsusiyyətləri == Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. == Dövri mətbuatın əsas məqsədi == Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir. Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır: • İctimai rəyi formalaşdırmaq; • Xalqı maarifləndirmək; • Elm və tərəqqinin yolunu açmaq; • Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s. == Tarixi == Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.
Hərbi mətbuat
Mətbuat azadlığı
Mətbuat azadlığı — Mətbuat azadlığı və ya KİV azadlığı, müxtəlif media, o cümlədən çap və elektron media, xüsusən nəşr olunan materiallar vasitəsilə ünsiyyət və ifadə azadlığıdır.Mətbuat azadlığı ölkənin mətbuatın azadlığına müdaxilə etməməsi prinsipini dəstəkləyir və onun qorunması konstitusiya və ya digər qanuni yollarla qorunmasının tərəfdarıdır. == Dövlət sirlərinin qorunması == Dövlət məlumatlarına gəlincə(məs.müharibə şəraitində olan ölkələrdə hərbi məlumatlar) bu məlumatlar xüsusi dövlət orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.Dövlət materialları məlumatın milli maraqların qorunması ilə əlaqədar olaraq və ya düşmən ölkə tərəfindən hər hansı bir dövlət və ya hərbi sirrin qorunması naminə gizli tutulmalıdır. == Formalaşması == Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquq, müdaxilə olmadan fikir yürütmək azadlığına,məlumat və fikirləri istənilən media vasitəsi ilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir.” Bu fəlsəfə ümumiyyətlə elmi tədqiqat, elmi azadlıq, nəşr və mətbuat azadlığının müxtəlif dərəcələrini təmin edən qanunvericiliklə müşayiət olunur. Bu qanunların bir ölkənin hüquq sisteminə daxil olma dərinliyi onun konstitusiyasına qədər gedə bilər. Söz azadlığı anlayışı bir çox hallarda mətbuat azadlığı ilə eyni qanunlarla əhatə olunur.İsveç dünyada mətbuat azadlığını 1766-cı il Mətbuat Azadlığı Qanunu ilə öz konstitusiyasına qəbul edən ilk ölkə oldu == Dünyada mətbuat azadlığının vəziyyəti == Qanuni təriflərdən başqa bir sıra qeyri-hökumət təşkilatları dünyada mətbuat azadlığının səviyyəsini qiymətləndirmək üçün digər meyarlardan istifadə edirlər. Bəziləri subyektiv siyahılar yaradır, digərləri kəmiyyət məlumatlarına əsaslanır: Sərhədsiz reportyorlar(Reporters without Borders) - öldürülən,həbs edilən və ya təcavüzə məruz qalan jurnalistlərin sayını və dövlət inhisarlı televiziya və radioların mövcudluğunu, həmçinin mediada senzuranın və özünütənzərənin qeydə alınması, medianın ümumi müstəqilliyini nəzərə alır.Mütəmadi olaraq hər il oxucularına illik yekun hesabatlar təqdim edirlər Jurnalistləri Müdafiə Komitəsi (CPJ) işlərinə görə repressiyalarda öldürülən və həbs olunan jurnalistlərin sayını sistematik olaraq izləyir. Bildirilir ki, jurnalistika vasitələrindən müstəqil araşdırma, fakt araşdırma missiyaları və xarici ölkələrdəki müxbirlər, o cümlədən dünya ölkələrində yerli işçi jurnalistlər şəbəkəsi izləməklə jurnalistlərə kömək etmək üçün istifadə olunur. CPJ, 119-dan çox sərbəst ifadə təşkilatının qlobal şəbəkəsi olan Beynəlxalq Söz Azadlığı Mübadiləsi vasitəsilə dünyanın digər mətbuat azadlığı təşkilatları ilə məlumatları bölüşür. CPJ, jurnalist qətlləri hallarında cəzasız qalmağı da izləyir. CPJ işçiləri hər bir iş üçün ciddi meyarlar tətbiq edirlər; tədqiqatçılar müstəqil olaraq hər bir ölüm və ya həbs cəzasının səbəblərini araşdırır və yoxlayırlar.
Mətbuat katibi
Mətbuat katibi — bir təşkilat və ya şəxs adından danışmağa səlahiyyətli bir şəxsdir. Mətbuat katibləri əsasən təcrübəli, uzun müddət işləyən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən şəxslər arasından seçilir. == Vəzifə və funksiyaları == İndiki mediaya həssas dünyada bir çox təşkilatın, ictimaiyyətə etmiş olduğu elanların ən uyğun şəkildə və uyğun formada həyata keçirilməsi yollarını və üsullarını təmin etmək üçün jurnalistika, rabitə, ictimaiyyətlə əlaqələr və ictimai münasibətlər üzrə rəsmi təhsil almış mütəxəssisləri işə cəlb etmək ehtimalı getdikcə artmaqdadır. Əlverişli mesajların təsirini artırmaq və xoşagəlməz mesajların təsirini minimuma endirmək üçün ən uyğun üsul kanallardır. Məşhur yerli və milli idman ulduzları (məsələn Michael Jordan və ya Bob Uecker kimi) və ya televiziya və film ulduzları (Beyoncé və ya Michael J. Fox kimi) kimi məşhur şəxslər tez-tez kommersiya reklamları üçün sima olaraq seçilirlər. 2017-ci ilin avqust ayından etibarən Kayleigh McEnany və Michael Tyler sırasıyla RNC və DNC-nin rəsmi nümayəndəsi vəzifələrini icra etmişdirlər. == Məsuliyyətləri == Şəxsi tanışlıq verən bir fərddən fərqli olaraq, təşkilatın mövqelərini öz fikirləri ilə zidd olsa belə sədaqətlə təmsil etmək və müdafiə etmək mətbuat katibinin işidir. Nəticə etibarilə mətbuat katibləri ümumiyyətlə təcrübəli, uzun müddət işləyən işçilərdən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən digər şəxslərdən seçilirlər. == Şəxsiyyət == Bir şirkəti ictimaiyyət qarşısında həmin şirkətin baş meneceri, sədri və ya prezidenti, maliyyə direktoru, vəkili və ya xarici hüquq məsləhətçisi təmsil edə bilər. Əlavə olaraq, gündəlik səviyyədə və daha çox rutin elanlar üçün iş, rəsmi nümayəndə kimi çıxış edəcək olan korporativ rabitə və ya investor əlaqələri şöbələrinə (və ya ekvivalentlərinə) də həvalə edilə bilər.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi == Mühüm ünvanlar == № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Yalançı mətbuat
Yalançı mətbuat (alm. Lügenpresse‎, hərf. yalanlar mətbuatı) — əsasən çap mətbuatı və bütövlükdə kütləvi informasiya vasitələri üçün istifadə olunan təhqiredici və aşağılayıcı siyasi termin. Bu, təbliğatın vacib hissəsi kimi istifadə olunur, buna görə də adətən qeyri-dürüstdür və ya diqqətli araşdırmaya əsaslanmır. == Tarixi == "Lügenpresse" termini XIX əsrdən bəri fasilələrlə Almaniyada siyasi polemikalarda, müxtəlif qruplar və hərəkatlar tərəfindən müxtəlif müzakirələr və qarşıdurmalarda istifadə olunmuşdur. Təcrid olunmuş istifadələri Martdan əvvəlki dövrə qədər izləmək olar. Bu termin 1848-ci ilin Mart inqilabında katolik dairələri tərəfindən yüksələn, düşmənçilik edən liberal mətbuata hücum etmək məqsədilə istifadə edilən zaman maraq əldə etmişdir. Fransa–Prussiya müharibəsi (1870–1871) və xüsusilə Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ziyalıları və jurnalistləri düşmənin müharibə təbliğatı olduğuna inandıqları şeyi pisləmək üçün bu termindən istifadə etmişdilər. "Evangelischer Pressedienst" öz missiyasını "düşmənin ən güclü silahı" hesab etdiyi "yalançı mətbuata" qarşı mübarizə aparmaq olaraq müəyyən etmişdir. Müharibədən sonra Karl Radek və Aleksandr Parvus kimi almandilli marksistlər sinfi mübarizə ritorikasının bir hissəsi kimi "burjua yalançı mətbuatı"nı təhqir etmişdilər. Nasistlər bu termini yəhudi, kommunist və daha sonra xarici mətbuata qarşı təbliğatları üçün qəbul etmişdilər.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Mətbuat prospekti (Bakı)
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi == Mühüm ünvanlar == № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Məşrutə dövrü mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. == Məşrutə dövrü mətbuatı == 1905-1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "...doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Məşrutə dövründə mətbuat

Osmanlı imperiyasında mətbuat
Osmanlı imperiyasında çox sayda qəzet və jurnallar nəşr olunurdu. Qəzet və jurnalların nəşri Osmanlı imperiyasında mətbuat mədəniyyətinin yayılmasına səbəb oldu. == Avropa təsirləri == Osmanlı imperiyasında nəşr edilən ilk qəzet 1795-ci ildə Bəyoğluda Fransa səfiri Verninak-Sen-Maur tərəfindən təsis edilmişdir. Qəzet 1796-cı ilin martına qədər Bulletin de Nouvelles adı altında nəşr olundu. Qəzet Gazette française de Constantinople adı altında 1796-cı ilin sentyabrından 1797-ci ilin mayına qədər, 1797-ci ilin may-iyul ayları arasında isə Mercure Oriental adı altında nəşr olundu. Qəzetin əsas məqsədi İstanbulda yaşayan əcnəbi vətəndaşlara 1789-cu il Böyük Fransa inqilabından sonra ölkənin siyasəti haqqında məlumatları çatdırmaq olub. Qəzetin əsas oxucu kütləsi Fransa vətəndaşları idi. Qəzet xarici və azsaylı auditoriyaya xitab etdiyi üçün yerli əhalinin diqqətini cəlb etmədi. İki ildən sonra qəzetin nəşri dayandırıldı. 26 noyabr 1800-cü ildə Misirdə nəşr olunan ilk ərəb qəzeti olan Əl-Tənbih (The Alert) general Jak-Fransua Menou tərəfindən təsis edilib.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Sarı rododendron
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. == Yayılması == Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış . Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Sarı rəng
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Sarı süsən
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir.
Sarı sıf
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Sarı torpaqlar
Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır. == Torpaqəmələgətirən süxurlar == Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır. == Morfoloji əlamətləri == Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.
Sarı təhlükə
Sarı təhlükə ing. yellow peril), "Çin təhdidi" (ing. China threat yaxud ing. Chinese danger) — ayrı -ayrı Asiya xalqlarından və dövlətlərindən, ilk növbədə ÇXR-dan potensial təcavüz qorxusu ilə əlaqəli anlayışlardır. == Konsepsiyanın tarixi == Fransız publisisti Pol Lerua Bolye (1843-1916) ilk dəfə "Şərqin oyanışı" - Çin və xüsusilə Yaponiya kimi ölkələrin güclənməsi ilə bağlı narahatlığını ifadə etmişdir. Fransada yaranan bu termin, Almaniya, İngilis İmperatorluğu, ABŞ və Şərqdə geniş maraqları olan ölkələrin imperialist dairələrində daha geniş yayılmışdır. Bu ifadə Alman imperatoru II Vilhelm tərəfindən tez-tez istifadə edildiyindən Avropa ölkələrinin ictimai-siyasi lüğətinə daxil olur və ksenofobik, cinqoist bir məna qazanır. Hal-hazırda bu termin "Asiya pələngləri"-nin və əsasən Çin Xalq Respublikasının inkişafı ilə əlaqədar olaraq yenidən istifadə olunmağa başlanıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Uzaq Şərq xalqlarına irqi nəzəriyyələr kontekstində "ağ"-lara qarşı duran "sarı"-lar kimi baxılmağa başlanıldı. Tarixçi Viktor Dyatlov qeyd edir ki, XX əsrin əvvəllərində "sarı təhlükə" yəhudi sui -qəsd nəzəriyyəsi ilə birlikdə iki "böyük ksenofobiya" dan biri idi.Üstəlik, bu iki fobiya bir — dünya sui -qəsd nəzəriyyəsində birləşə bilər.
Sarı xanıməli
Sarı xanəli
Sarı yağ
Qhi (Sanskritcə:ghṛta, Hindi: घी ghī ,*Benqali: ঘী ghee, Urduca: گھی ghī, Tamilcə: நெய் ney, Ərəbcə: سمنة samna, Hausaca: man shanu) — Hindistan yarımqitəsi mənşəli və ümumiyyətlə Cənubi Asiya (Hindistan, Banqladeş, Nepal, Pakistan mətbəxi), mətbəx və rituallarında istifadə edilən aydınlaşdırılmış kərə yağın bir sinifi. Azərbaycan mətbəxində də işlənir. Bu yağın ingiliscə adı ghee dir ki Sanskrit dilindən (ghṛtaIAST, 'səpilmiş') alınıb. == Dini istifadə == Ənənəvi qhi inək südündən hazırlanır (Sanskrit: गोघृत go-ghṛta) və Vedik və müasir Hindu libasyon və yağlama mərasimlərində müqəddəs rolu var. Həmçinin qhi üçün bir himn var.