SAR
SARBAN
OBASTAN VİKİ
Sara
Sara (film, 1992)
Sara (ad)
Sara — qadınlara verilən addır. Tövratda, Əhdi Ətiqdə və Quranda İbrahimin həyat yoldaşı və İshaqın anasının adıdır. İvrit dilində "Sara" yüksək səviyyəli qadın, xanım deməkdir ki, adətən sadəcə "şahzadə" kimi tərcümə edilir. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Liviya, Əlcəzair, Livan, Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya, Slovakiya, Şimali Makedoniya kimi ölkələrin ən çox qoyulan adlar sırasında yer alır. Müxtəlif dillərdə Sara, Sarah, Sarra kimi yazıla bilir Sara — İbrahimin həyat yoldaşı və İshaqın anası. Sara Aşurbəyli — alim, tarixçi, şərqşünas. Sara Qədimova — Azərbaycanın xalq artisti. Sara xatun — Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası. Sara Bernar — teatr aktrisası. Sara Braun — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı.
Sara Aşurbəyli
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.
Sara Baykina
Sara Baykina (tatar. Сара Нәбиулла кызы Байкина; 14 dekabr 1895, Həştərxan – 1972, Həştərxan) — Rus və sovet aktrisası, Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR-nın əməkdar artisti (5.11.1940). Məşhur tatar aktyoru, rejissor, müəllim Cəlal Muxametzyanoviç Baykinin (1886-1954) həyat yoldaşı. Sara Baykina 14 dekabr 1895-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Teatr səhnə fəaliyyəti 1912-ci ildə Həştərxan Tatar teatr truppasında başlayır. 1913-1914-cü illərdə Səyyar, 1916-cı ildə Şirkat truppasında çalışır. Oktyabr İnqilabından sonra, 1919-cu ildə Həştərxan Tatar teatr studiyasında oxuyur. 1922-ci ildə Kazandakı Birinci Tatar Nümayiş Teatrında çıxış edir. 1928-1929-cu illərdə Kamal Tatar Akademik Teatrında çalışır, 1930-cu illərdə Bakıdakı Tatar teatrında, daha sonra Simferopoldakı Krım Tatar teatrında fəaliyyətini davam etdirir. Sara Baykina teatrla birlikdə Özbəkistana sürgün edilir.
Sara Bağırova
Sara Bernar
Sara Bernar (fr. Sarah Bernhardt) — dünya şöhrətli teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşmış və ardından qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilmişdir. Parisdə, Rosine Bernar olaraq doğulan Bernar; "Youle" adıyla tanınan Jüli Bernar adında yəhudi əsilli Hollandiyalı bir həyat qadınının həyatda qalan, evlilik xarici ən böyük qızı idi. Dolanışığını təmin edə bilmək üçün, aktrisalıq və həyat qadınlığı ilə məşğul olurdu–bu zamanlarda, hər iki peşə bir baxıma skandal idi, ancaq həyat qadınlığı ictimai dairələrdə daha üstün peşə sayılırdı və təhsilli olmaları vəziyyətində bərabər olaraq görülməkdəydilər. Bu vəsilə ilə, həyat qadınlığı bəzi hallarda daha hörmət edilən bir peşə, əlavə iş ola bilirdi. Duc de Morny sponsorluğunda 1859-ci ildə teatr təhsili üçün Convervatoire də Musique et Declamation oxuduldu. Səhnə karyerası 1862-ci ildə başlayan Sara, məşhur fransız məktəbi olan "comédie Francaise"da bir şagird idi. Şöhrəti də 1870-ci illərdə Avropaya yayıldı və ABŞda Nyu-Yorka qədər uzandı. Qısa bir müddət sonra dramatik aktrisa olaraq böyük şöhrət qazandı və nəticədə "Müqəddəs Sara" ləqəbini qazanaraq dünya teatr və incəsənət tarixində silinməz, eyni zamanda özünəməxsus iz buraxdı.
Sara Braun
Sara Braun (31 oktyabr 1963) — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı. Sara Braun 1963-cü ilin oktyabrın 31-də anadan olub. Braun Bristol Universitetinin psixologiya fakültəsini bitirib. O, 2000-ci ildə Britaniyanın baş naziri Qordon Braunla ailə həyatı qurub. Onların Con və Ceyms Fraser adlı iki övladı var. 2001-ci ildə doğulan ilk övladı Cenifer Con isə dünyasını dəyişib. Braun ədəbiyyatla maraqlanır. O, yazıçı C.K. Rovlinqin yaxın dostudur.
Sara Braytman
Sara Braytman — ingilis soprano, aktrisa, bəstəkar və rəqqasə. Sara Braytman dünyada ilk 66 milyon CD və 2 milyon DVD satışına nail olan sopranodur.
Sara Danius
Sara Maria Danius (5 aprel 1962 – 12 oktyabr 2019[…], Stokholm) — keçmiş Nobel ədəbiyyat komitəsi üzvü, tənqidçisi, akademik, pedaqoq və estetikdir. Sara Danius 5 aprel 1962-ci ildə İsveçin Tabi şəhərində anadan olub. Södertörn Universitetində estetika professoru, Uppsala Universitetinin Ədəbiyyat kafedrasında müəllim və Stokholm Universitetində Ədəbiyyat Elmləri professoru olmuşdur. Danius, İsveç Akademiyasının daimi üzvü və ilk qadın katibi idi. 2018-ci ildəki sui-istifadə məsələlərində əsas adlardan biri olan Nobel Ədəbiyyat Mükafatı 2018-ci ildə ləğv edildi və Akademiya yenidən quruldu. İsveçli tənqidçi, akademik, estetik və pedaqoq olan Sara Danius, 12 oktyabr 2019-cu ildə Stokholmda 57 yaşında, döş xərçəngindən vəfat etdi. Försök om litteratur, Stockholm: Bonnier, 1998. ISBN 9789100567569. Prousts motor, Stockholm: Bonnier, 2000. ISBN 9789100571061.
Sara Dudni
Sara Dudni(ing. Sarah Doudney, 15 yanvar 1841 və ya 1843 – 8 dekabr 1926 və ya 1926, Oksford) — Sarah Doudney (15 yanvar 1841, Portsmouth, Portsmouth, Hampshire - 8 dekabr 1926, Oxford) İngilis yazıçı və şair idi. Ən çox uşaq ədəbiyyatı və ilahiləri ilə tanınır. Dudninin atası şam və sabun istehsalına sahib idi. Əmilərindən biri İncil jurnalının redaktoru Evanqelist keşiş David Alfred Dudni və Old Conatan idi. Dudni fransız qızlar məktəbində təhsil aldı və uşaqlıqdan şeir və nəsr yazmağa başladı. 15 yaşında yazdığı Anqlikan kilsəsi ailə jurnalında (1864) nəşr olunan "Su dəyirmanının dərsi" mahnısı İngiltərə və ABŞ-da geniş yayılmışdır. Dudni, 30 yaşına qədər valideynləri ilə Katerinqton yaxınlığında yaşamağa davam etdi. Dudninin ilk romanı "Boz Divarların Altında" 1871 -ci ildə çıxdı. Uğur 1872 -ci ildə üçüncü Arçinin köhnə masası ilə gəldi.
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Sara Joo
Sara Knaus
Sara Knauss (24 sentyabr 1880 – 30 dekabr 1999, Allentaun, Pensilvaniya) — dünyanın ən uzunömürlü sakinlərindən biri. Sara Knauss 119 il 97 gün yaşayıb. Amerikada yaşayan ən yaşlı insan olan Knauss, 33 saat da bu dünyada qala bilsəydi, 3 əsrin sakini adını alacaqdı. 1999-cu ilin 30 dekabrında otağında səssizcə ölüb. Həkimlər ölmədən əvvəl səhhətində heç bir problemin olmadığını açıqlamışdılar.
Sara Knauss

Sara Kolric
Sara Kolric (Sara Coleridge, 1802 – 1852) — İngiltərə şairi. Works of Sara Coleridge at Archive.org Memoir and Letters of Sara Coleridge edited by Edith Coleridge A Poet's Children, Hartley and Sara Coleridge by Eleanor Towle The Genealogy of Coleridge Family and Coleridge links Worlds Within Worlds: The First Heroic Fantasy Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine by Matthew David Surridge. Article about Sara Coleridge and Phantasmion, arguing it is the first fantasy novel set entirely in a Secondary World.
Sara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Sara MakTernan
Sara MakTernan (irl. Sarah McTernan; 11 mart 1994) — İrlandiya müğənnisi və bəstəkarı. O, "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sara MakTernan 11 aprel 1994-cü ildə İrlandiyanın Kler qraflığında anadan olmuşdur. O, ailənin tək övladıdır. Sara 2011-ci ildə məzun olduqdan sonra Klerdə tibb bacılığı kursu almışdır. O daha sonra Limerik Texnologiya İnstitutunda musiqi texnologiya təhsili almışdır. Bir müddət təhsilə fasilə verən Sara Primarkda pərakəndə işçi kimi çalışmağa davam etmişdir. O, 2014-cü ilin sentyabr ayında səs və rəqs üzrə təhsil olmaq üçün Limerik Universitetinə daxil olmuşdur. Sara gitara və pianoda ifa etməyi bacarır.
Sara Nazarbayeva
Sara Alpıs qızı Nazarbayeva (qaz. Sara Alpısqızı Nazarbayeva) — Qazaxıstanın keçmiş birinci xanımı. Sara Nazarbayeva 1941-ci ilin yanvarın 9-da anadan olub. Nazarbayeva 1962-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ailə həyatı qurub. Onların Dariqa, Dinara və Aliyə adlı üç qızı və üç nəvəsi vardır. Sara Nazarbayeva Beynəlxalq Uşaq Xeyriyyə Fondunun sədridir. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına layiq görülüb.
Sara Nikitin
Sara Nikitin (27 dekabr 1988) — Braziliyalı oxatan. Sara Nikitin Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sara Nikitin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Şimali Koreyanın nümayəndəsi Kang Un-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Sara Nikitin rəqibinə 0:6 hesabı ilə uduzdu.
Sara Nəzirova
Sara Mollaçı qızı Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi. Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır. Sara Oğuz Nəzirova 22 iyun 2014-cü ildə vəfat etmişdir. Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlamışdır. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında, habelə Çexoslovakiyada "Umeniya remesla", Türkmənistanda "Aşxabad", Qazaxıstanda "Prostor" jurnallarında dərc olunmuşdur.
Sara Nəzərova

Sara Papi
Sara Papi (5 avqust 1980) — İtaliyanı təmsil edən bədii gimnast. Sara Papi İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Peylin
Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
Sara Pinciroli
Sara Pinciroli (1 oktyabr 1980) — İtaliyanı təmsil edən bədii gimnast. Sara Pinciroli İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Qədimova
Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Cuzeppe Saraqat
Cuzeppe Saraqat — İtaliyanın beşinci prezindenti (29 dekabr 1964 – 29 dekabr 1971). Sosial-Demokrat partiyasını təmsil edib.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)

Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb. İndiki var olan saray 1873–1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Daranın Suzdakı sarayı
Daranın Suzdakı sarayı, Əhəmənilər imperiyasının paytaxtı olan İranın Suz şəhərində I Dara tərəfindən tikdirilmiş bir saray kompleksi idi. İnşaatı Persepolis ilə paralel aparılırdı. İmperiyanın müxtəlif regionlarından gətirilmiş insan gücü və xammal onun inşasında istifadə edilmişdir. Bir zamanlar yandırılaraq məhv edilmiş və sonradan qismən bərpa edilmişdir. Hal-hazırda bu vacib kompleksdən az şey qalmışdır. Əhəməni memarlığının vacib komplekslərindən biridir. Saray kompleksi Əhəmənilər kralı I Dara tərəfindən ən sevimli paytaxtı Suzda inşa edilmişdir. İnşaat işləri sonralar I Daranın oğlu Xerxes və daha sonra müəyyən qədər I Artaxerxes (E.ə. 465-424) və II Daranın rəhbərliyi (E.ə. 423-404) altında davam etdirilmişdir.
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
David Saracişvilinin evi
David Qabaşvilinin evi (gürc. მწერალთა სახლი) və ya Gürcüstan Yazıçılar Birliyinin binası – Tbilisi şəhərinin Sololaki rayonunda, Maçabeli küçəsi 13 ünvanında yerləşən malikanə tipli yaşayış binasıdır. Hazırda binada Gürcüstan Yazıçılar Birliyi yerləşir. Bina, 1905-ci ildə xeyriyyəçi David Saracişvilinin (1848-1911) sifarişi ilə inşa edilmişdir. Binanın layihəsi berlinli memar Karl Zaar tərəfindən hazırlanmışdır. İnşaat işləri üçün seçilən yerdə daha əvvəl Saracişvilinin atasının evi olmuşdur. Tikinti 1903-1905-ci illərdə Aleksandr Ozorov və Korneli Tatsevin rəhbərliyi altında aparılmışdır. 1905-ci ilin mayında – Devid və Yekaterina Porakişvililərin gümüş toyuna kimi bina təhvil verilmişdir. Binanın memarlıq stili barokko və müasir memarlıq tərzlərinin qarışığından formalaşdırılmışdır. Malikanənin ineryerləri İlya Mamaçaşvili tərəfindən işlənmişdir.
De Burun sarayı
De Burun sarayı — XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1891–1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmişdir. Azərbaycan Dövlət Filarmoniyası ilə üzbəüz yerləşən saray binası Mircəfər Bağırovun 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə verməsindən sonra bu günə kimi muzey kimi fəaliyyət göstərib. Hazırda sarayda muzeyin I korpusu yerləşir. 26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir. 31 avqust 1888-ci ildə sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.
Diokletian sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Diokletiana sarayı

Divanxana (Şirvanşahlar sarayı)
Divanxana — Şirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir. Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.
Divlər sarayı (film, 1968)
Elmi-kütləvi filmdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır. Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaqdır. Rejissor: Musa Bağırov Ssenari müəllifi: Məmmədəli Hüseynov, Fəraməz Səfiyev Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dizaq məlik sarayı
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir. Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir. Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır: Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır: Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır. Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır.
Dizaq məliklərinin sarayı

Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dolmabaxça Sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dolmabağça sarayı

Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Dərbənd xan sarayı
Dərbənd xan sarayı — Dərbənd xanlarının sarayı. Şəhərin içqalasının şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m² olan 4 bina aşkar edilmişdir.
Efremov atamanlarının sarayı
Efremov atamanlarının sarayı (rus. Дворец атаманов Ефремовых) ― Rusiyanın Rostov vilayətinin Staroçerkasskaya şəhərində 1761-ci ildə inşa edilmiş, Efremovlar ailəsinə məxsus olmuş malikanə. Malikanənin fasadı Moskva və Sankt-Peterburq zadəganlarının malikanələrində də olduğu kimi klassik üslubda dizayn edilmişdir. Mərkəzi rizalitin üçbucaq altlığı dördü tək və ikisi cüt olan hamar yarım sütunla dəstəklənir. Birinci və ikinci mərtəbələr arasındakı döşəmə kolonnada üzərində yerləşir. Binanın pəncərələri ölçücə olduqca müxtəlifdir: alt mərtəbədəki pəncərələr ölçücə kiçik, formaca isə yastıdır və açardaşları Juxenkov kazaklarının evlərinin pəncərələrindəkinə bənzəyir; ikinci mərtəbənin pəncərələri isə daha böyük və daha yüngüldür, yüngül bir çərçivəyə malikdir və binaya saray görünüşü verir. Efremov sarayı yaxınlığındakı kilsə ilə eyni vaxtda tikilmişdir. Xüsusilə 1848-ci ildə baş vermiş yanğından sonra aparılan çoxsaylı yenidənqurma işləri binanı olduqca dəyişdirmişdir. Binanın orijinal görünüşü İmperator I Aleksandrın "isti sularındakı müxtəlif ehtiyacların tənzimlənməsi və təsviri üçün" Qafqaza və Krıma göndərdiyi memar Nikolay Lvov tərəfindən 1803-cü ildə hazırlanmış Çerkassk panoramasının eskizində qorunub saxlanışmışdır. Bu plana əsasən bina üfüqi istiqamətdə uzanaraq layihəsinin simmetriyasını qoruyub saxlayırdı.
Farnezi sarayı
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.

Значение слова в других словарях