sayra

sayra
saymazyanalıq
sayrı 2021
OBASTAN VİKİ
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Sayraks (Mortal Kombat)
Sayraks (ing. Cyrax) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Proqramlaşdırılmış robotlardan biridir.
Sayralar
Sayralar (lat. Cololabis) — Sakit okeanın səth sularında yayılmış, Scomberesocidae fəsiləsinə aid balıq cinsi. Cins iki növə bölünür. Sayra növü mühün sənaye əhəmiyyətli balıq sayılır. Elmi adı latın sözü olan kolos «qısa» və labia «dodaq» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bədənləri uzunsov, rəngləri gümüşüdür. Cololabis adocetus Böhlke, 1951 — Cırtdan sayra Cololabis saira Brevoort, 1856 — Sayra Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Cololabis " FishBase saytında. April 2006 version.
Sayram
Sayram (qaz. Сайрам) — Qazaxıstanda tarixi kənd. Çimkəndin 10 km şəeqində, Sayramsu çayının sahilində yerləşir. Əhalisi 40 mindən çoxdur. Əhalinin 95 faizini özbəklər təşkil edirlər.. Eləcə də qazaxlar və başqa millətin nümayəndələri yaşayırlar. Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Sayram-Uqam Milli Parkı
Sayram-Uqam Milli Parkı (qaz. Сайрам-Өгем ұлттық паркі) ― Qazaxıstanda, Özbəkistanla sərhəddə yerləşən dağlıq bölgə və milli park. Park Türkistan vilayətində yerləşir. Özbəkistanın Uqam-Çatkal Milli Parkı parkın sərhədindən keçir və Qazaxıstanın Aksu-Cabaqli qoruğu sərhəd boyunca birbaşa şimal-şərqdədir. Ərazi çöldən yüksək hündürlük zonalarına qədər çiçəkli icmaları əhatə edən yüksək növ müxtəlifliyinə malikdir. Bura xüsusilə ardıc meşələri və meyvə və qoz-fındıq ağacları ilə məşhurdur. Parkın sərhədi Çimkənd şəhərinin 30 kilometr (19 mil) cənub-şərqindən, Özbəkistanın paytaxtı Daşkəndin isə 50 km şimal-şərqindən keçir. Sayram-Uqam bölgəsinin iqlimi "soyuq yarımsəhra iqlimi" olaraq təsnif edilmişdir. Bu iqlim səhra və rütubətli iqlimlər arasında yerləşən çöl zonasına xasdır. Tipik olaraq, yağıntı buxarlanmadan artıqdır.