Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adamsit
Adamsit — Qıcıqlandırıcı zəhərləyici maddə Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Kimyəvi adı dihidrofenarsazinxloriddir. Kimyəvi formulu: HN(C6H4)AsCl. Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Qaynama temperaturu 4100 C, suda demək olar ki, həll olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-1950 C-dir. Adamsit yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək, asqıraq, burun qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə). Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir. == İlk yardım == zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır. Mühafizə vasitəsi – əleyhqaz.
Artemisia adamsii
Adams yovşanı (lat. Artemisia adamsii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Gavia adamsii
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Rondeletia adamsii
Rondeletia adamsii (lat. Rondeletia adamsii) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adamcıl
Adamcıl — türk xalqlarının, o cümlədən azərbaycanlıların mifologiyasında qurd şəklində bədheybət. Türk mifologiyasında "Qurd Qadın" da adlandırılır. Azərbaycan demonoloji (şeytani ruhlarla bağlı) inanclarında "Bizdən yaxşılar" olaraq qeyd edilən cinlərdən biri hesab edilir. Türk demonoloji inanclarında yarı-şeytani varlıqlar arasında sayılır. == Azərbaycan mifoloji mətnlərində təsviri == İnsanların adamcıla çevrilmə səbəbləri başlarına (ola bilsin ki, tikanlı) qurd donu düşməsidir. Başa qurd dərisi düşməzdən əvvəl insanın alovsayağı bir işıqla əhatə edilməsi halı da İrəvan mətnində qeyd edilmişdir. Qadınlar gecə vaxtı, xüsusilə yuyunduqdan sonra başı açıq dolananda qurd donu üstlərinə düşür. Həmçinin hamilə qadının navdan altında oturanda başına qurd dərisi düşdüyü, bundan sonra adamcıla çevrilərək uşaq əti yediyi ilə bağlı mif vardır.Bəzi mətnlərdə Adamcıl donu təndirdə geyinərək çölə çıxır. O, heyvan və insan əti yeyir. Bədheybət bütün gecəni çöldə keçirdikdən sonra insan cildinə qayıdıb evə gəlir.
Adamcıq
Adamcıq (alm. Untermensch‎, Untermenş, Almanca tələffüz: [ˈʔʊntɐˌmɛnʃ] ( dinlə); cəmdə: Untermenschen) — fəlsəfi-antropolji və sonra yaymacalı olan nasional-sosiyalistlərin irqçi-yevgenik termini. Almanca «Mensch» hərfi çeviridə "adam" deməkdir, «Unter» isə "çatmayan, alt". İfadənin tam mənası "adam səviyyəsinə çatmayan kəs" kimi tərcümə oluna bilər. Nasist Almaniyasında bu termindən yahudilərə, qaraçılara, slavyanlara qarşı istifadə olunurdu.
Adamson
Robert Stiven Adamson (ing. Robert Stephen Adamson; 2 mart 1885, Mançester, İngiltərə, Birləşmiş Krallıq – 6 noyabr 1965, Şotlandiya) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Robert Stiven Adamson toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1938 . Vegetation of South Africa. Monographs of British Empire vegetation, Londres, xvi + 235 pp.. 1938. Notes on the vegetation of the Kamiesberg, Memoirs of the Botanical Survey of South Africa, Pretoria, 25 pp. 1950. Flora of the Cape Peninsula (con T.M. Salter), Cape Town, Juta & Co, xix + 889 pp.
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
Atamız
Atamız (Ey Atamız) xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9-13 və Luka İncili 11:2-4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Adsız
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940-1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır.Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər.Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır.Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur. İkinci Dünya müharibəsindəki məğlubiyyətin ardından Yapon cəmiyyəti yaşanan depressiyanı fərqli mövzulara və müxtəlif konspirasiya nəzəriyyələrinə maraq salmaqla öhdəsindən gəlməyə çalışırdılar. Bu baxıdan yazıçının kitabları və iddiaları Yaponiyada geniş auditoriya toplaya bilmiş və yadplanetlilərin və UNO-ların bir çox təsvirini yaratmaqda əsas mənbə kimi çıxış etmişdir. == Həyatı == Corc Adamski 1891-ci ilin 17 aprel tarixində Almaniya imperiyasının Bıdqoş şəhərinə etnik polyak çütlük Yozef Adamski (1867–1937) and Fransiska Adamskanın (1862–1946) beş uşaqlı ailəsində anadan olmuşdur.
Hendrik Adamson
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur. == Bioqrafiya == Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir. 1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi. Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir. Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Robert Stiven Adamson
Robert Stiven Adamson (ing. Robert Stephen Adamson; 2 mart 1885, Mançester, İngiltərə, Birləşmiş Krallıq – 6 noyabr 1965, Şotlandiya) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Robert Stiven Adamson toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1938 . Vegetation of South Africa. Monographs of British Empire vegetation, Londres, xvi + 235 pp.. 1938. Notes on the vegetation of the Kamiesberg, Memoirs of the Botanical Survey of South Africa, Pretoria, 25 pp. 1950. Flora of the Cape Peninsula (con T.M. Salter), Cape Town, Juta & Co, xix + 889 pp.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Adalar adası
Adalar adası (Аdalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adelaid adası
Adelaid adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 48 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində, Sars boğazı sularında yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. 3,5 km şimal-şərqdə Yeva-Liv adası, 3,3 km cənubda isə Freden adası yerləşir. == Təsviri == Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Üzəri buzla örtülüdür. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik. Ayrılma: {101} üzrə -mükəmməl, {010} üzrə - qeyri-mükəm­məl. Aqreqat: - kristallik qabıqcıqlar. Rəng­siz, bənövşəyi, yaşıl. Parıltı şüşəli. Sərtlik 3,5. Xüsusi çəkisi 4,48 . Zn və As-lə zəngin olan yataqların oksidləşmə zonasında tapılır.
Alio Adamia
Alio Adamia (gürc. ალიო კონსტანტინეს ძე ადამია, 7 (20) may 1914, Batumi – 19 oktyabr 1980, Tbilisi) — gürcü sovet yazıçısı, şairi, jurnalisti və naşiri. == Bioqrafiyası == 7 may (20 may) 1914-cü ildə Rusiya İmperiyasının Kutaisi vilayətinin Ozurqeti mahalının Batum şəhərində (indiki Batumi) anadan olmuşdur. 1934 -cü ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1930-1936-cı illərdə Akhalgazrda Komunisti qəzetində çalışdı (ახალგაზრდა კომუნისტი, Rus Gənc Kommunist). 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv oldu. 1942-1954-cü illərdə "Komunisti" qəzetində çalışıb. 1954-1963 — "Xelovneba" ədəbi-bədii nəşriyyatının direktoru (ხელოვნება, Rus İncəsənəti). 1963-1968 — "Merani" nəşriyyatında şöbə müdiri (მერანი). 1968-1980 — "Sabchota Sakartvelo" nəşriyyatının baş redaktoru (საბჭოთა საქართველო, Rus Sovet Gürcüstanı).