BİKƏS

sif.is. [ fars. ] Kimsəsiz, adamsız; heç bir adamı, qohumu olmayan.
Qəriblikdə bikəslərin halını; Fikr elərəm, gözüm dolar qan ilə. M.V.Vidadi.
Qıldı o bikəsin gözünü əşkbar eşq. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİKƏS bikəs bax kimsəsiz 1
BİKEFLİK
BİKƏSLİK
OBASTAN VİKİ
Bikəs Ağayev
Bikəs Ağayev (21 fevral 1949, Bakı) — texnika üzrə fəlsəfə doktoru . AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. Azərbaycanda "Elektron tullantılar" sahəsində ilk tədqiqatçılardandır 10-dan artıq ixtira və potentlərin müəllifidir. Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. == Həyatı == Bikəs Sayıl oğlu Ağayev 1949-cu ildə, Bakıda anadan olmuşdur. 1973-cü ildə Ç. İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirmişdir. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlamışdır. Texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləmişdir. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.
Molla Hüseyn Bikəs
Molla Hüseyn Bikəs — şair (XIX əsr) == Həyatı == XIX əsr Ordubadda yaşayıb yaratmışdır.Əncüməni şüəra ədəbi məclisinin istedadlı üzvlərindən olmuşdur. Məclisin rəhbəri Fəqir Ordubadi ömrünün sonlarına yaxın gözləri tutulduğundan şeirlərini məclis üzvlərindən Məhəmməd Tağı Sidqiyə və Bilkəsə yazdırmışdır. == Yaradıcılığı == === Yaradıcılığının məzmunu === Dini məzmunlu qəzəl və növhələrin, aşiqanə qəzəllərin, aşıq şeir tərzində lirik qoşmalar müəllifidir. Şeirlərindən nümanələr Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əylazmalar İnstitutunda saxlanan cünglərdə mühafizə olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 323. ISBN 5-8066-1468-9.

Digər lüğətlərdə

браву́рно двупе́рстно ло́гик пло́ско поручи́тельный привы́чно споты́чка убаю́кивание эконо́мика забренча́ть мифологи́чно сокол шерл bug-hunter cancellous Medicean on again, off again shinty squarely table-stone weaponed инструкторский остроконечный равнозначный сохатый