Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baloğlan Əhədli
Baloğlan Şakir oğlu Əhədli (10 yanvar 2002, Gəgiran, Lənkəran rayonu – 6 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 2020-ci ilə qədər Lənkəran rayon Gəgiran kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baloğlan Əhədli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Əhədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baloğlan Əhədli 6 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Lənkəran rayonunun Gəgiran kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baloğlan Əhədli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Həmli buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Ədli Mənsur
Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور‎; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti. == Həyatı == Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib. Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir. == Ailəsi == Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var. == Siyasi fəaliyyəti == Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.
Ədli tibb
Ədli tibb (ing. forensic pathology, alm. Rechtsmedizin‎, fr. médecine légale, rus. судебная медицина) — təbiət elmləri sahəsindəki tibbi və digər biliklərin hüquq mühafizə və ədliyyə orqanlarının ehtiyacları üçün tətbiqi ilə məşğul olan xüsusi bir tibb sahəsi. Ədli tibb xüsusi bir tibb elmidir, qanunda nəzərdə tutulmuş istintaqda sübut mənbəyi rolunu oynayan tibbi faktların meydana gəlməsi, aşkarlanması üsulları, araşdırılması və qiymətləndirilməsi üsulları haqqında elmi biliklər sistemidir. Məsələn, məhkəmə tibbi müayinələrinin aparılması yalnız qəfil ölümün səbəbini və ya günahkarın tapılmasını deyil, həm də atalığın, əlaqənin dərəcəsini müəyyənləşdirməyə və bioloji izləri ətraflı araşdırmağa kömək edir. Ədli tibb — hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində ortaya çıxan biyomedikal xarakterli məsələlərə əsaslanan elmi biliklər, araşdırma metodları və faktların (obyektlərin, proseslərin, hadisələrin) ekspert qiymətləndirilməsi sistemini təşkil edən tibb sahəsidir. Məhkəmə icraatı zamanı həll olunur və praktik sağlamlığın bəzi xüsusi vəzifələri vardır. == Tarixi == Ədli tibbinin mənşəyi qədim zamanlara gedib çıxır.
Azərbaycanda seçki həddi
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. == Xüsusiyyətləri == Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.
Dedli (Xudafərin)
Dedli (fars. ددلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (18 ailə).
Helli Berri
Heli Mariya Berri (14 avqust 1966) — ABŞ aktrisası və keçmiş model.
Heyli Heynderiks
Heyli Hanna Heynderiks (28 may 1993, Stokton, Kaliforniya, ing. Haley Hannah Heynderickx) — Oreqon ştatının Portlend şəhərindən olan amerikalı müğənni-bəstəkar. 2016-cı ildə Fish Eyes adlı debüt mini albom buraxdı. Onun ilk studiya albomu I Need to Start a Garden 2018-ci ilin mart ayında səsyazma şirkəti Mama Bird Recording Co. tərəfindən buraxıldı. == Həyatı == Heynderiks Kaliforniyanın Stokton şəhərində Filippin-Amerikan ailəsində anadan olub, Oreqon ştatının Forest Qrov şəhərində böyüyüb və oxumağı kilsədə öyrənib. Portlend Dövlət Universitetini bitirib.
Heyli Staynfeld
Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996, Tarzana[d], Kaliforniya) — ABŞ aktrisası və müğənnisi.
Lesli Pedli
Lesli Pedli (ing. Leslie Pedley; 19 may 1930 – 27 noyabr 2018, Kvinslend) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Lesli Pedli toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Он занимается изучением растений рода Акация.
Nikki Heyli
Nimrata Nikki Randxava Heyli (ing. Nimrata Nikki Randhawa Haley; 20 yanvar 1972) — ABŞ siyasətçisi, ABŞ Respublikaçılar Partiyasının üzvüdür. Cənubi Karolina ştatının 116-cı qubernatorudur. 23 noyabr 2016-cı ildə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ona ABŞ-nin BMT-də daimi nümayəndəsi postunu təklif edib.
Hedi Lamarr
Hedi Lamarr (ing. Hedwig Eva Maria Kiesler, 9 noyabr 1914[…], Vyana[…] – 19 yanvar 2000[…]) ― Avstriyalı, sonradan ABŞ-də yaşamış aktrisa və ixtiraçı. == Həyatı == 1933-cü ildə Gustav Maçatinin ekranlaşdırmış olduğu "Ekstaz" adlı filmdəki çılpaqlığı ilə mübahisə mövzusu oldu və varlı olan Avstriyalı hərbi sursat istehsalçısı həyat yoldaşından ayrılaraq gizlicə Parisə qaçdı. Burada, Metro-Goldwyn-Mayer studiyasının sədri Luis B. Mayer ilə görüşüb və ona Hollivudda film müqaviləsi təklif edilib. Hedi Lamarr 1930-cu illərin əvvəllərindən, 1950-ci illərin sonlarına qədər rol aldığı filmlər ilə bir film ulduzuna çevrildi == Filmləri == Lamarr çoxsaylı populyar filmdə rol almışdır. Bunlara 1938-ci ildə Şarl Buaye ilə birgə baş rollarını paylaşdığı "Algiers" filmi, 1940-cı ildə Spenser Treysi ilə baş rolunu bölüşdüyü "I Take This Woman" filmi, 1940-cı ildə Klark Qabl ilə baş rolunu bölüşdüyü "Comrade X" filmi, 1941-ci ildə baş rolunu Ceyms Stüart ilə bölüşdüyü "Come Live With Me" filmi, 1941 istehsalı baş rolunu Robert Yanq ilə bölüşdüyü "H. M. Pulham, Esq." filmi və 1949-cu ildə Viktor Mature ilə birlikdə rol aldığı "Samson və Delila" filmini nümunə göstərmək olar. == İxtiraları == İlk evliliyi müddətində Lamarrın tətbiqi elmlərə qarşı marağı artdı və aktyorluq karyerasından də darıxdığından görə bir ixtiraçı kimi ixtiralar istehsal etdi. Daha təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləmişdir. II Dünya Müharibəsinin başlanğıcında, müttəfiqlərin müharibədəki qüvvələrinə yardımçı olmaq üçün çox istəkli idi.
Bəyli
Bəyli (Qəbələ)
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Dadli
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər. == Ərazisi == Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir. == Tarixi == Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir.
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fəzli
Fəzli (1543 – 1605) — azərbaycanlı şair. == Həyatı == XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur. == Yaradıcılığı == Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb. Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Heyli Smit (Amerikan ata!)
Heyli Arzuməhvedən Smit-Fişer (ing. Hayley Dream-Smasher Smith-Fischer) — Amerikan ata! televiziya serialında Sten və Fransin Smitin qızı. Serialın yaradıcısı Set Makfarleynin bacısı Reyçel Makfarleyn tərəfindən səsləndirilib. == Xarici görünüş == Heyli bütün serialarda başının alın nahiyyəsində çəhrayi güllərlə bəzədilmiş yaşıl rəngli hippi bandajı gəzdirir (hayrat bandajı). Onun orta uzunluqda qara saçları var, boynunda isə "Pasifik" işarəsi olan zənciri, göbəyində isə qızıl üzük formasında pirsinqi var. Geyiminə gəldikdə isə, o çox vaxt boz rəngli kofta və tünd mavi cins geyinir və şalvarın üstündən ağ rəngli kəmər taxır. Ayaqlarında həmişə qəhvəyi sandal ayaqqabılar olur. == Bioqrafiya == Heyli — müasir amerikan gənclərinin tipik nümayəndəsidir. O özündən başqa hər kəsə çox tələbkardır.
Qışlaq-i Hadlı (Biləsuvar)
Qışlaq-i Hadlı (fars. قشلاق هدلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. == Həmçinin bax == Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine == Mənbə == Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Hədər
Hədər (Salmas)
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Anna Dadli
Anna Dallas Dadli (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. == Erkən illəri və ailəsi == Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır. Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır.
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bidli (Əhər)
Bidli (fars. بيدلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (8 ailə).
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Bədii film
Bədii film - kino sənəti növü. Bədii film ədəbi ssenari əsasında çəkilir. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir. Bədii filmin müxtəlif janrları var: komediya, nifrət filmi və s. Çəkilmiş bədii film kinoteatrlarda göstərilir. Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Azərbaycanda ilk bədii filmlər arasında - "Neft və Milyonlar Səltənətində" 1916-cı ildə, ilk Amerika bədii filmi "Oliver Tvist" 1912-ci ildə çəkilmişdir.
Bədii gimnastika
Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa).
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Beeli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. == Elmi fəaliyyəti == Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 == İstinadlar == == Ədəbiyyat == Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Beqli
Beqli Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. == Toponimkası == Beqli - Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir.
Cekli
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Dehli
Dehli (hind दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Qədili
Qədili (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qədili (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Qəzli
Qəzli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qəzli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.
Çəpli
Çəpli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Çəpli Kəlbəcər rayonunun Çəpli inzibati ərazi vahidində kənd. Lev çayının sahilində, dağlıq ərazidədir. Tədqiqatçıların fikrincə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni/cabanı) adı ile bağlıdır. Etnotoponimdir.