Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ömər İpçi
Ömər İpçi (1897, Bağçasaray, Tavriya quberniyası[d] – 11 yanvar 1955, Tomsk) — krım tatar şair, yazıçı, dramaturq, teatr rejissoru və aktyor. == Haqqında == Ömər Bəkir oğlu İpçi 1897-ci ildə Bağçasarayda kiçik tacir ailəsində anadan olub. İbtidai təhsilini İsmayıl bəy Qaspiralının üsuli-cədid məktəbində təhsil alıb. 1914-cü ildən öz təhsilini Ufada yerləşən "Qaliyə" mədrəsəsində davam etdirir. Burada ona Alimcan İbrahimov dərs deyir. 1917-ci ildə Krıma qayıdır və bir neçə il burada müəllimlik edir. 1920-ci illərin ikinci yarısında Krım Dövlət Tatar Teatrında aktyor, rejissor daha sonra isə direktor kimi fəaliyyət göstərir. Eyni dövrdə "Yannı dünya" (Yeni dünya) qəzetinin əməkdaşı olub. 1934-cü ildə baş tutmuş sovet yazıçılarının birinci konqresində iştirak edib. 1937-ci ildə "millətçilik"-də ittiham edilərək həbs edilir.
İlli Qarakilsə
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == «Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir». Erməni mənbələrində və rəsmi sənədlərdə İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir. Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb toponimdir. 1920-ci illərdə kənd İlli adlandırılmış və Ermənistan SSR AS RH-nin 25.01.1978-ci il tarixli fərmanı ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur. == Əhalisi == Kənddə XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İyli bitişikmeyvə
İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — çətirkimilər fəsiləsinin symphyoloma cinsinə aid biki növü. == Nadirlik dərəcəsi == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.
İyli itburnu
İyli itburnu (lat. Rosa foetida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Kiçik Asiya, İran və Əfqanistanda yayıılmışdır. == Botaniki təsviri == Orta boylu, 1,5-2 m, bəzi hallarda 50-60 sm-ə qədər hündürlüyə və uzun qəhvəyi rəngli qövsvarı əyilmiş budaqlara malik koldur. Qopartikanları düz, bizvarı, bəzi hallarda oraqvarı əyilmişdir, qılcıq şəklində olanı da vardır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri çoxləçəklidir, tək və ya iki-üç ədəd yerləşərək azçiçəkli çiçək qrupuna toplaşmışdır. Ləçəkləri parlaq sarı rəngdə, içəri hissəsi sarımtıl-qırmızıdır, xoşa gəlməyən iyə malikdir. Meyvəsi kürə şəklində, qırmızı rəngdə olub, enli, uzun tüklü boğazcığa malikdir. == Ekologiyası == Meşədə açıq yamaclarda, dağ çaylarının sahillərində tək və ya kiçik qruplarla bitir.
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
İyli qәrәnfil
İyli qərənfil (lat. Dianthus fragrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir. Yarpaqları qısadır, gövdə yarpaqları buğumarasından qısadır, dar xətvaridir, eni 1,5 mm-dir, sivriləşmişdir, kənarları kələ-kötürdür. Çiçəkləri gövdə və budaqların uc hissəsində adətən təkdir. Çiçəkaltlığı pulcuqları (2) 3-4 cütdür, qalın dərili, ağımtıl, uzunsovəksinəyumurtaşəkilli və ya uzanmış-elliptikdir, yuxarıya doğru daralmış və ya küt qısa və ya daha uzun sivri ucludur. Ləçəklərin ayası ağ bəzən çəhrayıtəhər, uzunluğu 8-12 mm, enli əksinəyumurtaşəkillidir, bayır kənarı saçaqlı olub, ayanın uzunluğunun 1/3 hissəsinə çatan xətvari dişlidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal (Hacıkənd.) yuxarı meşə qurşağından subalp qurşağına qədər. == Yaşayış mühiti == Quru gilli yamaclarda və qayalarda, otlu yamaclarda, subalp düzənliyində rast gəlinir.
İyli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
İyli səhləb
Anacamptis coriophora subsp. fragrans IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2acd; D1. Çox nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu kürəvi, bəzən oval şəkildə olur. Gövdəsi 30-50 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, ensiz xətli və ya lanset-xətli, 14 sm uzunluğunda və 1 sm enində, gövdənin orta hissəsindən sivriləşmişdir. Çiçək qrupu seyrək, 20 sm-ə qədər uzunluqdadır. Başcıq 8- uzunluğunda, tünd-qırmızı rəngdədir. Dodaqcığın kənarları dişciklidir.
İyli tərə
İyli tərə (lat. Chenopodium botris) — tərələr cinsinə aid bitki növü.
İyli şaxtagülü
Ətirli şaxtagülü (lat. Helleborus odorus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
İyli şüyüd
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. == Sinonimləri == Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
İçli küftə
İçli küftə yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.
İçli pide
İçli pide, pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide(ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pidePide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
İşli (Avurğazı)
İşli (başq. Ишле, rus. Ишлы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (89%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Qatfan Qizetdinoviç Safin (20 may 1920–2012) — BMSSR-nin Auırqazı rayonundakı "Uzian" kolxozunun kompleks briqadasının traktor operatoru, Sosialist Əmək Qəhrəmanı, Böyük Vətən Müharibəsi iştirakçısı. Abdulla-Əmin Fəhirəyev Zubairov (18 mart 1891 – 23 may 1963) — Başqırd Dövlət Dram Teatrının aktyoru, BASSR (1935) xalq artisti, RSFSR xalq artisti (1949).
Adana ili
Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir. Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb 1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.
Adıyaman ili
Adıyaman ili — Türkiyədə il. == Ərazi == Türkiyə Statistika Qurumunun 2010-cu ilə olan məlumatlarına əsasən il ərazisində 9 inzibati ilçə (Besni, Çelikhan, Gərgər, Sincik, Tut, Kahta, Gölbaşı, Samsat və mərkəz Adıyaman), 19 bələdiyyə, 427 kənd yerləşir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən əhalisi 593 931 nəfərdir. == İlçələr == 2010 TUIK məlumatlarına görə mərkəz rayonla yanaşı 9 rayonu, 19 şəhəri və 427 kənd vardır.
Aksaray ili
Aksaray ili — Türkiyədə il. Aksaray ili 1920-ci ildə təşkil olunmuşdur. 1933-cü ilə qədər 13 il illik etdikdən sonra illiyi ləğv edilmişdir. 20 mart 1933 tarixində 2197 saylı qanunun 3. maddəsi ilə Niğdə ilinə ilçə olaraq bağlanmışdır. 1989-cu ilin 15 iyun gününə qədər 56 il qəza olaraq qalmış olan Aksaray, bu tarixdə köhnə haqqı qaytarılmaq surətiylə təkrar il olmuşdur.
Amasya ili
Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Əhalisi 375 000 (2007) nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Amasya şəkilləri Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Amasya İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Aydın ili
Aydın ili — Türkiyədə il.
Ağrı ili
Ağrı ili — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən il. Adını Ağrı dağından alan Ağrı 1834-cü ildə qəsəbə, 1869-cu ildə ilçə, 1927-ci ildə il statusu almışdır. == Ərazi == İl 11 376 km² ərazini əhatə edir. == Əhali == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 215 min nəfər əhalisinin 130 min nəfəri ana dilini kürdcə, 85 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.31 dekabr 2014–cü il tarixinə olan məlumata əsasən əhalisinin sayı 549.435 nəfərdir. == Coğrafiya == Ağrı ili dağlıq ərazidə yerləşir. Ən böyük dağı Ağrı dağıdır. İqlimi soyuqdur. Yayda havalar sərin, qışda isə soyuq olur.
Batman ili
Batman ili — Türkiyədə il.
Bayburt ili
Bayburt ili — Türkiyədə il. Şəhər əhalisi 90.154 nəfərdir. Əhalinin 68,1%-i şəhərlərdə yaşayır. İlin sahəsi 3.746 m²-dir və hər km²-a 24 nəfər düşür. Şəhər mərkəzinin dənizdən hündürlüyü 1555 metrdir. 2016-cı ildə TÜİK məlumatlarına görə bu bələdiyyələrdə ümumilikdə 3 rayon, 5 bələdiyyə, 28 məhəllə və 170 kənd var. == Tarixçə == Bayburt şəhərinin adı Köhnə Qafqaz dillərindən biri olan Urartuluların bölgədə hakimiyyətdə olduqları dövrdə xalq arasında hind-Avropa dilli Mitanni mühacirlərinin sızması nəticəsində yaranmışdır. Bagbartu sözü, bölgəyə Xaltlar arasında məskunlaşmaq üçün gələn qruplar tərəfindən deyildiyi kimi Mitannis-dən gəlir. Bayburt tarixinin məlum tarixi Anadolu, Azzi və Hayasaların tanınmış tayfaları ilə başlayır. Onu Hatti, Hittite və Urartu izləyir.
Afyonkarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
Afyonqarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
IPNI
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.