iylətmək
iyli-tozlu
OBASTAN VİKİ
İyli bitişikmeyvə
İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — çətirkimilər fəsiləsinin symphyoloma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.
İyli itburnu
İyli itburnu (lat. Rosa foetida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Avropada, Kiçik Asiya, İran və Əfqanistanda yayıılmışdır. Orta boylu, 1,5-2 m, bəzi hallarda 50-60 sm-ə qədər hündürlüyə və uzun qəhvəyi rəngli qövsvarı əyilmiş budaqlara malik koldur. Qopartikanları düz, bizvarı, bəzi hallarda oraqvarı əyilmişdir, qılcıq şəklində olanı da vardır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri çoxləçəklidir, tək və ya iki-üç ədəd yerləşərək azçiçəkli çiçək qrupuna toplaşmışdır. Ləçəkləri parlaq sarı rəngdə, içəri hissəsi sarımtıl-qırmızıdır, xoşa gəlməyən iyə malikdir. Meyvəsi kürə şəklində, qırmızı rəngdə olub, enli, uzun tüklü boğazcığa malikdir. Meşədə açıq yamaclarda, dağ çaylarının sahillərində tək və ya kiçik qruplarla bitir.
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
İyli qәrәnfil
İyli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
İyli səhləb
İyli tərə
İyli tərə (lat. Chenopodium botris) — tərələr cinsinə aid bitki növü.
İyli şaxtagülü
Ətirli şaxtagülü (lat. Helleborus odorus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
İyli şüyüd
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
İyli qərənfil
İyli qərənfil (lat. Dianthus fragrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir. Yarpaqları qısadır, gövdə yarpaqları buğumarasından qısadır, dar xətvaridir, eni 1,5 mm-dir, sivriləşmişdir, kənarları kələ-kötürdür. Çiçəkləri gövdə və budaqların uc hissəsində adətən təkdir. Çiçəkaltlığı pulcuqları (2) 3-4 cütdür, qalın dərili, ağımtıl, uzunsovəksinəyumurtaşəkilli və ya uzanmış-elliptikdir, yuxarıya doğru daralmış və ya küt qısa və ya daha uzun sivri ucludur. Ləçəklərin ayası ağ bəzən çəhrayıtəhər, uzunluğu 8-12 mm, enli əksinəyumurtaşəkillidir, bayır kənarı saçaqlı olub, ayanın uzunluğunun 1/3 hissəsinə çatan xətvari dişlidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal (Hacıkənd.) yuxarı meşə qurşağından subalp qurşağına qədər. Quru gilli yamaclarda və qayalarda, otlu yamaclarda, subalp düzənliyində rast gəlinir.
Xoş iyli dovşanalması

Digər lüğətlərdə