Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osmanlı
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Çormanlı
Çormanlı (əvvəlki adı: Qarnakar) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qarnakar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qarnakar kəndi Çormanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX-XX əsrlərdə Dovşanlı və Vəng kəndlərindən gəlmiş ermənilər burada məskunlaşdıqdan sonra kəndi Qarnakar (erm. qarna - oyuq, sərhəd nişangahı və kardaş) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Çormanlı kimi rəsmiləşdirilmişdir. Etnotoponimdir. == Tarixi == Çormanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çormanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. == Həyatı == Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır.Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Üç övladı var. == İctimai fəaliyyəti == Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı 1999-cu ildə "Azərbaycan Könüllüləri" İctimai Birliyini təsis etmişdir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osm. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. == Həyatı == Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.
Erkin Osmanlı
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur.2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.2014-cü ildə o, Dilarə Kazımova və onun həyat yoldaşının çəkildiyi və Erkinin eyni adlı şerinin əsasında çəkilən I Found You adlı qısa filmini təqdim etmişdir.
Natella Osmanlı
Natella Osmanlı — Azərbaycan yazıçısı, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012). == Həyatı və fəaliyyəti == Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.
Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist. == Həyatı == Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var. == Peşə fəaliyyəti və karyera == Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib.
Osmanlı (Sabirabad)
Osmanlı (?–1954), Axmazkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Axmazkənd Əli Bayramlı rayonunda kənd olub. 1954-cu ilə qədər Osmanlı adlanmışdır. Oykonim axmaz (gol, bataqlıq) və kənd sözlərindən düzəlib, kəndin yaxınlığındakı golun adından yaranmışdır.
Osmanlı (dəqiqləşdirmə)
Osmanlı — Türkiyənin keçmiş adı. Yaşayış məntəqələri Osmanlı İmperiyası — çoxmillətli və çoxdinli Türk dövləti. Osmanlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.Digər Osmanlı dili — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299—1923).
Osmanlı (soyad)
Osmanlı — Türkiyənin keçmiş adı; Osman adından yaranan soyad və təxəllüs. Natella Osmanlı — azərbaycanlı yazıçı, bloger, jurnalist Dəyanət Osmanlı — Erkin Osmanlı — Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.
Osmanlı Arxivi
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir. Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir. Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır. == Tarixi == === Osmanlı dönəmi === Arxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
Osmanlı Donanması
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu.
Osmanlı Dövləti
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Osmanlı Macarıstanı
Osmanlı Macarıstanı və ya Osmanlı işğalı altında Macarıstan — 1541–1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə olunan cənubi və mərkəzi orta əsr Macarıstan ərazisi Qədim Macarıstan krallığının cənub əyalətləri, "Böyük Macarıstan" və Cənubi Transdanubiya əraziləri tamamilə Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdu. == Macarıstanın Osmanlı imperiyasının tərkibinə qatılması == Macarıstan Krallığı Osmanlı tərəfindən zəbt edilmədən əvvəlki sərhədləri günümüzdəki Macarıstanı, Xorvatiyanı, Slovakiyanı, Banat və Transilvaniya ərazilərini əhatə edirdi. Osmanlı imperiyası ilə Habsburqlar arasında Macarıstan krallığının işğalı uğrunda mübarizə 4 dövrü əhatə edir: Birinci dövrə; Qanuni Sultan Süleymanın zəfərləri (1520–1566) İkinci dövrə; "Uzun hərb illəri" adı verilən müharibələr (1593–1606) Üçüncü dövrə; Osmanlı dövlətindəki daxili üsyanlar, inqilablar, səltənət dəyişiklikləri və şərqdə İran ilə aparılan müharibələrin da təsirli olduğu yarım əsrdən artıq davam edən sülh dövrü və Transilvaniya məsələsindən qaynaqlanan müharibələr (1658 −1664) Nəhayət dördüncü dövrə də; İkinci Vyana mühasirəsi ilə başlayan, Türk tarixşünalığında "Fəlakət illəri" adlandırılan, Habsburq dövrü macar tarixşünaslığında isə "Qurtuluş savaşları" adlandırılan və Karlovitsa sülhü ilə bitən müharibələr (1683–1699) daxildir.20 iyun 1541-ci ildə Qanuni Sultan Süleyman tarixşünaslıqda "Budin yürüşü"a dlanan səfərini həyata keçirdi. Nəticədə Şərqi Macarıstan və Transilvaniyada Osmanlıdan asılı bir dövlət olan "Transilvaniya şəhzadəliyi" yaradıldı. Beləliklə Macarıstanın mərkəz və cənub bölgələri birbaşa Osmanlı torpaqlarına qatıldı və illik vergi ödəmək qarşılığında Ferdinandın qərbdəki hakimiyyəti tanındı. Mərkəzi Budin olan yeni əyalətin ilk bəylərbəyi isə Ramazanoğlu Uzun Süleyman Paşa olmuşdur. == İnzibati quruluş == Osmanlılar tərəfindən 1541-ci ildə yaradılan Budin əyaləti və 1552-ci ildə yaradılan Timeşvar əyaləti uzun illər boyunca mövcud olmuşdur. Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 4 iyul 1593-ci ildə başlayan, 11 Noyabr 1606 tarixində Zitvatorok Müqaviləsi ilə sona çatan "Uzun hərbi münaqişələr" dövrünün sonunda; "Yanıq" (1594), "Papa" (1594), "Ziqetvar" (1595), "Əyri" (1596), "Kanija" (1600) bəylərbəylikləri yaradıldı. Lakin 1687-ci ildə Əyri və 1690-cı ildə isə Kanija əyalətləri ləğv edildi. 10 avqust 1664-cü ildə "Vasvar müqaviləsi" ilə bugünki Slovakiya torpaqlarında "Uyvar" əyaləti yaradılmışdı.
Osmanlı Sultanları
Osmanlı Sultanları — 1302–1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.
Osmanlı Suriyası
Osmanlı Suriyası — Osmanlı İmperiyasının İşğal etdiyi ərazilərin bir hissəsi. Osmanlı Suriyası, adətən Aralıq dənizinin şərqində, Fərat çayının qərbində, Ərəbistan səhrasının şimalında və Tavr dağlarının cənubunda bölgə olaraq təyin olunan Osmanlı İmperatorluğunun Levant daxilindəki bölünmələrinə aiddir. Osmanlı Suriyası, XVI əsrin əvvəllərində Məmlüklər tərəfindən fəth edildikdən sonra Osmanlılar tərəfindən Dəməşq əyalətinin bir vilayəti olaraq təşkil edildi. 1534-cü ildə Hələb əyaləti ayrı-ayrı vilayətlərə parçalandı.Trablus əyaleti 1579-cu ildə Dəməşq əyalətindən meydana gəldi və daha sonra Adana əyaleti Hələbdən ayrıldı. 1660-cı ildə Safed əyaləti quruldu və qısa müddət sonra Sidon əyaləti adlandırıldı;1667-ci ildə Dağlıq Livan Əmirliyi Sidon əyaləti daxilində xüsusi muxtariyyət statusu aldı, lakin 1841-ci ildə ləğv edildi və 1861-ci ildə Qüds sancağı olaraq yenidən quruldu. Suriya əyeletləri sonradan 1864-cü ildəki Tənzimat islahatlarından sonra Suriya vilayəti, Hələb vilayəti və Beyrut vilayətinə çevrildi. Nəhayət, 1872-ci ildə Qüds sancağı Suriya vilayətindən xüsusi statusa malik muxtar bir idarəyə ayrıldı. == Tarixi == 1516-cı ildən əvvəl Suriya (bölgə) Aşağı Misirdə yerləşən Məmlük imperiyasının bir hissəsi idi. Suriyanın şimalındakı Hələb yaxınlığındakı Mərcidabık döyüşündə Məmlüklərı məğlub etdikdən sonra Osmanlı sultanı I Səlim Suriyanı 1516-cı ildə fəth etdi. I Səlim Məmlüklərə qarşı qələbə çaldı və 1517-ci ildə Ridaniyə döyüşündən sonra Misiri fəth etdi, Məmlük Sultanlığına son verdi.
Osmanlı Tripolitaniyası
Osmanlı Tripolitaniyası — Liviyanın Osmanlı dövründəki müstəmləkə adı.
Osmanlı Türkcəsi
Osmanlı türkcəsi, (عثمانلیجه/عثمانلوجه) Lisân-i Türki Osmânî (لسان توركى عثمانى) və ya "Qanun-i Əsasi"-də adı keçdiyi kimi Türk dili (Türkcə - توركجه) — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkcəsi Osmanlı İmperiyasının rəsmi dili idi. Bu dildə çox sayda ərəb və fars sözləri işlədilirdi. Osmanlı türkcəsi Osmanlı İmperiyasında yaşayan çoxsaylı xalqların ortaq dili kimi yaranmışdır. Osmanlı əlifbası ərəb əlifbasının dəyişdirilmiş formasından hazırlanmışdı. O dövrlərdə Osmanlı türkcəsi ilə həmin dövrün Azərbaycan ədəbi dili çox yaxın idilər.
Osmanlı Türkləri
Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299–1922). Osmanlı dövlətinin yaranması ilə bağlı bu dövlətdə yaşamış türklərə sonradan qoyulan addır. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu yarandı. Osmanlı imperatorluğunun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdur. Osmanlı türklərinin adı Xudat bəyin adı ilə bağlıdır. Hal-hazırda keçmiş Osmanlı türk tayfalarından yalnız "Xudat-zadə" nəslinin adı çəkilir. == Osmanlı türklərinin formalaşması == Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Ərtoğrulun oğlu Osman bəy (1281–1328) qayıların başçısı kimi ilk növbədə Əskişəhər-İraq yolunu ələ keçirdi və Koniya sultanlığına son qoydu. 1299-cu ildə öz adı ilə Osmanlı dövlətinin istiqlalını elan etdi. Osman sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi.
Osmanlı Xilafəti
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Osmanlı Yunanıstanı
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi. == Tarixi == Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Osmanlı bayrağı
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar.Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır. Erkən dövrdə bayraqdakı ulduzun guşə sayı müəyyən deyildir.
Osmanlı bəyliyi
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Osmanlı dili
Osmanlı türkcəsi, (عثمانلیجه/عثمانلوجه) Lisân-i Türki Osmânî (لسان توركى عثمانى) və ya "Qanun-i Əsasi"-də adı keçdiyi kimi Türk dili (Türkcə - توركجه) — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkcəsi Osmanlı İmperiyasının rəsmi dili idi. Bu dildə çox sayda ərəb və fars sözləri işlədilirdi. Osmanlı türkcəsi Osmanlı İmperiyasında yaşayan çoxsaylı xalqların ortaq dili kimi yaranmışdır. Osmanlı əlifbası ərəb əlifbasının dəyişdirilmiş formasından hazırlanmışdı. O dövrlərdə Osmanlı türkcəsi ilə həmin dövrün Azərbaycan ədəbi dili çox yaxın idilər.
Dərmanlı
Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Goranlı
Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul olmuş goran tirəsinin adı ilə bağlıdır. XIX əsrdə Gorançayın sol sahilində, indiki Qayadamı deyilən yerdə yerləşən kənd Goran adlanırdı. XX əsrin əvvəllərində həmin kənd Kürəkçayın sağ sahilinə köçmüş və Goranlı (Gorandan gələnlər) adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kürəkçay stansiyasının alt tərəfində, Qazançı və Xəsədərli kəndlərinin neytralında yerləşir. Goranlı kəndi isti iqlimə və az şoranlaşmış torpaq qatına malikdir. Torpaq strukturunun zəif olması kənd əhalisini maldarlıqla məşğul olmağa sövq edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 582 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıq və qismən də maldarlıqla məşğul olur.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Moranlı
Moranlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Oskanlı
Aşağı Oskanlı (Xudafərin)
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Ümranlı
Ümranlı (İmranlu, İmrənlu, İmranlı, Umranlu, Omranlu) (fars. عمرانلو‎)-Azərbaycan xalqının etnogenezində duran türk ellərindən biridir. Ümranlılar İranın Mazandaran və Gülüstan ostanlarında yaşayırlar. Ümranlılar Dağlıq Qarabağ və Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu məntəqələrə köçürülüblər.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
İrmaşlı
İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Əhalisi == Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
Normani
Normani Kordey Hemilton (ing. Normani Kordei Hamilton; 31 may 1996, Atlanta) — ABŞ müğənni və rəqqasəsi.