DOĞRUSU

ara s. Doğrudan əslinə baxanda, düzü.
[Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. C.Məmmədquluzadə.
Baxdıqca bu dağlardakı qartallara heyran; Sakit dura bilmir ürəyim, doğrusu, bir an. S.Rüstəm.

□ Daha doğrusu – daha dürüst desək, düzünə qalsa.
O mənim otağa daxil olduğumu bilməyir; daha doğrusu, gurultunun şiddətindən ayaqlarımın səsini eşitmirdi. H.Nəzərli.
Bəli, bizim kənd, daha doğrusu, bizim oba “Səngər” adlanan, meşəli, ormanlı uca dağın ətəyində yerləşir. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOĞRUSU düzü
DOĞRULUQ
DOĞRUYABƏNZƏR

Digər lüğətlərdə