Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qafqazın parlayan ulduzu - Azərbaycan
Qafqazın parlayan ulduzu — Azərbaycan — 2015-ci ildə Macarıstanda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı haqqında alim Borbala Obruzanski və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu kitab. == Haqqında == "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitabın müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir. Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.
Partlayan Baş sindromu
Bu vəziyyətin yaranmasının bir neçə səbəbi ola bilər, lakin ən çox rast gəlinən səbəb yüksəs və daimi səslərin təsiri nəticəsində orta qulağın mikrotravmasıdır. Əsasən bu xəstəlikdən DJ-lər əziyyət çəkir. Oyaqkən və yatarkən belə xəstələr qulaqlarında dözülməz səslər eşidirlər. "Səs o qədər yüksəsdir ki, sanki məni öldürəcək" – deyərək şikayətlənirlər. Əlbəttə ki, bu səslərdən heç kim ölmür, ancaq səslər həmin şəxsin psixikasını çox ciddi şəkildə korlayır.
Maralyan
Aşağı Maralyan
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Ageratina parayana
Ageratina parayana (lat. Ageratina parayana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aşağı Maralyan
Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu inzibati-ərazi vahidində kənd. Araz çayının sol sahilində, düzənlikdədir. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır. Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir. == İqtisadiyyatı == Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.
Maralyan-Sarov
Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun Bəyimsarov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Bəyimsarov kənd inzibati-ərazi vahidi tərkibindəki Maralyansarov kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == Qarabağda iki Sarov adlı kənd vardı. Onlardan biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Maralyan kənd adı Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir.Ağdərə rayonu ləğv olunduqdan sonra kəndələri digər rayonlar arasında bölüşdürüldü.Maralyansarov kəndi Tərtər rayonunun inzibati ərazisinə verildi.
Oğulcan Çağlayan
Oğulcan Çağlayan (22 mart 1996, Altındağ ilçəsi, Ankara ili) — Türkiyə futbolçusu. "Qalatasaray PFK" klubunun hücumçusudur. 14 fevral 2014-cü ildə Super Liqada debüt etdi.
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Ruellia paulayana
Ruellia paulayana (lat. Ruellia paulayana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Yuxarı Maralyan
Yuxarı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə kənd erməni işğalçılarından azad edilib. == Toponimikası == Yuxarı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şm.-a köçərək məskunlaşması nəticəsində yaranmış iki kənddən nisbətən yüksəklikdə yərləşənidir. Oykonim "yüksəklikdə yərləşən maraluylular” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Dalayan ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Ram Narayan
Ram Narayan (hind राम नारायण; 25 dekabr 1927, Udaypur[d], Britaniya Hindistanı) — klassik hind musiqisinin solo konsert ifası üçün simli musiqi aləti olan saranqanı dünyada tanıtmış hindli musiqiçi. O, saranqada musiqi ifa edən ilk tanınmış musiqçidir. Çox vaxt Ram Narayanın adının yanına fəxri ad olan "Pandit"i də əlavə edirlər. Ram Narayan Hindistanın Udaypur şəhərində anadan olub. Radioda akkompaniator işləyib. Hindistanın bölünməsindən sonra Dehliyə köçüb.
Sarayan şəhristanı
Sarayan şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarayan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,636 nəfədən ibarət idi.
Zori Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Stepanakert (indiki Xankəndi) şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Stepanakert (indiki Xankəndi) şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Aqop Dilaçar Martayan
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol, Osmanlı imperiyası – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Ulduzlar səmadan parlayır
Ulduzlar səmadan parlayır (ing. The Stars Shine Down) — Sidni Şeldonun 1992-ci ildə yazdığı romandır.
Herbert fon Karayan
Herbert fon Karayan (alm. Herbert von Karajan‎; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur. == Genealogiyası == Karayanlar nəsli yunan-makedon və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür. == Karayan və səsyazma == Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır.
Gəmilər tarlaya çıxır (film, 1975)
== Məzmun == Film Azərbaycanın adlı-sanlı pambıq ustası, mexanizator Sərdar İmrəliyev haqqındadır.
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Dаlаyаn ağəsmə