Henri Sen-Simon
Henri Sen-Simon (fr. Claude Henri de Rouvroy, Comte de Saint-Simon, 17 oktyabr 1760[…], Paris – 19 may 1825[…] və ya 19 may 1826, Paris) — Fransa sosioloqu, utopik sosializm məktəbinin banisi.
== Təlimi ==
Son utopizmin nümayəndələri içərisində fransız sosialist-utopisti Sen-Simonun təlimi özünün təkamüllü və tarixi yanaşması ilə fərqlənir. Onun nəzəriyyəsinə görə bəşəriyyət öz inkişafında quldarlıq, feodal, kapitalizm və industrializm /sosializm/ epoxalarından keçir. Sosializmdə dövlət məhv olacaq, hamı işləməyə öhdəli məruz qalacaq, bölgü əməyə görə təyin ediləcək və "hər kəsin qabiliyyətinə, işinə görə" prinsipi cəmiyyətə hakim kəsiləcəkdir.