Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi (1052[…], Badaxos[d], Estremadura – iyul 1127, Valensiya) — Əl-Farabi və İbn Badja kimi Neoplatonizmin və Neopifaqorçuluq təlimlərinin təsiri altında olan İspan-ərəb filosofu idi. Qısa olaraq İbn əl-Sid və ya ispanca Abenalsid kimi tanınmışdır. İspaniyanın hər tərəfində olmuş, yarımadanın müxtəlif fəlsəfi məktəbləri ziyarət etmişdir.
Fəlsəfəni dinə uyğunlaşdırmaq problemi təkcə Şərqdə deyil, həm də Qərbdə (Əndəlüs) müsəlman məşşailərinin fəlsəfi təlimlərinin əsas mövzusu olmuşdur. Şərqdə Kindinin, Farabinin, İbn Sinanın, Miskəveyhin, Qərbdə isə Bətəlyövsinin, İbn Bəccanın, İbn Tüfeyl və İbn Rüşdün fəlsəfi yaradıcılığında sözügedən problem tədqiqat obyekti olaraq seçilmişdir. Problemə münasibət bildirmiş Əndəlüs məşşai fi losofl arından biri də Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsidir (1052- 1127). Din-fəlsəfə problemi haqqında “Kitab əl-hədaiq fi l-mətalib əl-a`liyə əl-fəlsəfi yyə əl-a`visə” adlı kitab yazmış Bətəlyövsi hesab edirdi ki, əvvəlki nəsillərdən qalma mədəni irs və fəlsəfə başlanğıcını, əslində, peyğəmbərlərin vəhyi biliklərindən götürür. Miskəveyh kimi Bətəlyövsi də dinlə fəlsəfə arasında ziddiyyətin olmamağı ideyasını irəli sürür, yunan fi losofl arının, xüsusən Sokrat, Platon və Aristotelin fəlsəfi yaradıcılığının monoteist məzmun daşıdığını iddia edirdi . Bəzi müəlliflər (Yusif Musa, Rəşid Özbalıqçı və s.) hesab edirlər ki, filosofun bu mövqeyi islam dünyasında fəlsəfəyə marağı artırmaq məqsədi güdmüşdür. Bətəlyövsi Farabi və İbn Sinanı yunan fəlsəfəsini başa düşməməkdə ittiham etmiş, “Allah “küll”ü (bütövü) bilsə də, “cüz”i bilmir” iddiasının sui-təfahümün məhsulu olduğunu irəli sürmüşdür.