siklooktan
siklopik
OBASTAN VİKİ
Siklop tikililər
Kiklop (Siklop, Təpəgöz) tikililər — tunc dövründə yaşamış ibtidai insanların yaşadığı süni mağaralardır. Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi. Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar. İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır. Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları, eləcə də etnoqrafları maraqlandırmalıdır. Kiklop (Siklop, Təpəgöz) tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Kəlbəcər rayonu Ağcakənd kəndinin 13–14 km də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında, böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur. Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir. Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafiə olunmaq məqsədilə inşa edilib.
Siklop (Marvel Comics)
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. 2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.
Sikloplar
Kikloplar, Sikloplar, Təpəgözlər (yun. κύκλος girdə, όψις göz) yunan mifologiyasında personajlar. Kikloplar Geya tərəfindən doğulmuş Arq (yun. Ἄργης, "parıltı"), Bront (yun. Βρόντης, "şımşək") və Sterop (yun. Στερόπης, "gurultu") adlı üç təpəğözdür. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, kiklopları, yüzqollu yüzgolluları, nəhəngləri, Eriniləri dünyaya gətirmişdir. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir. Uran devrildikdən sonra azad olunsalar da Kron malik olduqları əzəmət və gücündən hakimiyyətinə təhlükə ola biləcəyindən ehtiyyatlanaraq onları təzədən Tartara saldırmış olur.
Siklopentan
Tsiklopentan (pentametilenin), C5H10 — alitsiklik karbohidrogendir. Neftin tərkibində olur.. == Fiziki xassələri == Rəngsiz, özünəməxsus kerosin iyli mayedir.+49,3 °С qaynayan mayedir, -93,9 °С əriyir, suda həll olmur. == Üzvi molekulların konformasiyası == == Tsiklopentanın törəmələri == Onları birinci dəfə V.V. Markovnikov və V.N. Olqoblin (1881-ci il) Bakı neftində taparaq naftenlər adlandırmışlar. Tsiklopenten 44,20C-də qaynayır, şüasındırma əmsalı - 1,4065-dir. Olefinlərin xasələrinə malikdir. Tsiklopentadien = Daş kömürün quru distilləsində neftin pirolizindən alınır. Bu karbohidrogeni almaq üçün N.D. Zelinski tsiklopentenə brom birləşdirərək 1,2-diasetat və asetat turşusu ilə qızdırmaqla həmin bromiddən iki molekul HBr ayırmışdır. Tsiklopentadien 42,50C-də qaynayır şüasındırma əmsalı - 1,4404 - dür. Tərkibindəki konyukə olunmuş ikiqat rabitlər tsiklopentadienin davamlı birləşmə olmasına mane olur.
Siklopropan
Siklopropan (trimetilen) — kimyəvi formulu C3H6, tsikloalkanlar sırasına aiddir. == Fiziki xassələri == Rəngsiz −32,9oS-də qaynayan qazdır. Özünəməxsus petroleyin efiri iyli qazdır. Permanqanatla adi temperaturda oksidləşmir, bununla da siklopropan propilendən fərqlənir. == Tibbdə == Siklopropan, narkotik təsiri olduğu üçün cərrahiyyə əməliyyatında işlədilir. Siklopropan, qüvvətli anesteziyaedici qaz olub, hətta çox az miqdarı belə öz təsirini göstərir. Başqa narkotik maddələrdən fərqli olaraq onun təsirindən insan huşunu itirmir. == Törəmələri == Siklopropan və onun törəmələri təbiətdə tapılmamışdır. Siklopropen — 36oS-də mayeləşən iyli qazdır, asan polimerləşir, bromla birləşdikdə yanır. Siklopropen, tərkibində ikiqat rabitə olan polimetilen karbohidrogenlərdəndir.

Digər lüğətlərdə