Sinan dağı – Babək rayonu ərazisində dağ (hünd. 1151,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı zirvəsindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli Əshabi-kəhf ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 2,5 km cənub-şərqdə yerləşən alçaq tirənin suayırıcında yastı zirvə. Alt Miosenin Sakaraul mərtəbəsinə aid Qızılboğaz lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. [1]
Sinan dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1151,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |