sirkonium
sirkulyar
OBASTAN VİKİ
Sirkul adası
Sirkul adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Adanın sahəsi 30 km²-dir. Adanın səthi düzdür. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Adanın şimaldan cənuba uzunluğu 9,4 km, eni 7,7 km-dir. İqlimi qütbdür. Orta temperatur −13 °C-dir. Ən isti ay iyulun orta temperaturu 6 °C, ən soyuq ay isə fevraldır, orta temperatur −25°C-dir. Adadakı burunlardan biri Arktika tədqiqatçısı Eduard Tollun şərəfinə adlandırılmışdır.
Atmosfer sirkulyasiyası
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyası — iri planetar miqyasda materiklərin və onların böyük hissələri ölçüsündə hava axınları sistemi. Atmosferin ümumi sirkulyasiyasına zonal axınlar: tropik zonada troposferin alt hissəsində passatlar (şərq küləkləri), mülayim enliklərdə Yer sıthindən xeyli hündürdə qərb axınları (küləkləri), qütb enliklərində troposferin alt hissəsində şərq küləkləri daxildir. == İzahı == Atmosferin ümumi sirkulyasiyası iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. Atmosferin ümumi sirkulyasiyası və onun inkişafı çoxlu sayda qarşılıqlı təsirdə olan amillərlə müəyyən olunur. Onlardan əsasları bunlardır: Yer kürəsi üzrə istilik enerjisinin qeyri- bərabər paylanması Yerin fırlanması Quru və dənizlərin qeyri- bərabər paylanması və qızması, eləcə də oroqrafik xüsusiyyətlər Troposfer cəbhələrində siklonik fəaliyyət Günəş fəallığı Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər. Gündəlik sinoptik hava xəritələrində görünür ki, Yer kürəsi və ya onun böyük sahələri üzərində ümumi sirkulyasiya axını necə paylanır və bu paylanma fasiləsiz olaraq necə dəyişir. Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır.
Elementar sirkulyasiya mexanizmləri
== Elementar sirkulyasiya mexanizmləri == Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti 1-10 günə bərabərdir. ESM dəyişilməsi sıçrayışla baş verdiyi müəyyən olmuşdur. Təhlil zamanı Dzedzeyevski 1899-1948 ilə kimi ABŞ-də nəşr olunan sinoptik xəritələrin və 1949-cu ildən başlayaraq isə SSRİ hidrometeoroloji mərkəzinin Mərkəzi Proqnozlar İnstitutunun çap etdiyi xəritədəki məlumatlardan istifadə etmişdir. == Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri == Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr) Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri
Sirkulyar
Sirkulyar — qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktubdur. Sirkulyarlar bir tənzimləmə əsasında hazırlanır.
Sirkulyasiya tipləri
Q. Y. Vanqeymin təklif etdiyi təsnifat Yer kürəsinin atlantika-avropa sektorunda müşahidə olunan atmosfer dövranı üzrə tədqiqatlarını Vanqenqeym 1933-cü ildən başlamışdır. Makroproseslərin inkişaf mərhələsini tədqiq etdiyi zaman o, müəyyən etmişdir ki, müəyyən zaman intervalında əsas barik əsas barik sistemlərində və əsas hava axınlarının paylanmasında müəyyən qanunauyğunluqlar müşahidə olunur. Həmin zaman müddəti 3–5 sutkaya bərabər olub və bu zaman müşahidə olunan prosesləri Vanqenqeym elementar sinoptik proseslər adlandırmışdır. (ESP) Vanqenqeym 42 illik məlumatları təhlil edərək bu sektorda müşahidə olunan bütün prosesləri 26 tipdə ümumiləşdirir. Ümumiləşdirmə zamanı aşağıdakı kriteriyalardan istifadə edilmişdir: Troposfer qatında barik və termik qradiyentlərin olması; Barik mərkəzlərinin yerdəyişməsinin istiqaməti; Hündürlüklərdə əsas axınların istiqaməti. Bu kriteriyalardan istifadə edərək Vanqenqeym müəyyən etdiyi 26 tipi 3 formada ümumiləşdirmişdir: Qərb (W) forması Şərq (E) forması Meridional (C) forması Bu zaman 26 tipdən 9-u W formasına, 10-u E formasına və 7-si C formasına aid edilmişdir.
Yerli sirkulyasiya
Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər.Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. Yerli sirkulyasiyaya dəniz sahillərində brizlər, dağ- dərə küləkləri, buz üstündən əsən küləklər və s. misal ola bilər.Bu yerli sirkulyasiya bəzi vaxtlarda və müəyyən rayonlarda ümumi sirkulyasiya axını ilə üst- üstə düşə bilər.