siyasət
siyasi
OBASTAN VİKİ
Eldar Quliyev (siyasətçi)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri == Həyatı == Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.
Eldar Səfərov (siyasətçi)
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət, hərbi siyasi və ictimai xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). == Həyatı == Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. 2 övladı var. == Üzvlükləri == Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Eldar İsmayılov (siyasətçi)
Eldar Vəkil oğlu İsmayılov (25 yanvar 1949, Qaymaqlı, Qazax rayonu) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı. == Həyatı == Eldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi-ictimai fəaliyyəti == 1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib. 1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilir. 1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.
Elman Məmmədov (siyasətçi)
Elman Camal oğlu Məmmədov (18 oktyabr 1950, Xocalı, DQMV) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı. == Həyatı == Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir. Evlidir, 7 övladı var. == İctimai-siyasi fəaliyyəti == 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir.
Elmira Axundova (siyasətçi)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991).
Elmira Qasımova (siyasətçi)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Elmira Qasımova ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elnur Allahverdiyev (siyasətçi)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Əliyev (siyasətçi)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). == Həyatı == Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. == Əmək fəaliyyəti == 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elxan Süleymanov (siyasətçi)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. == Həyatı == Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir. E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
Elçin Bağırov (siyasətçi)
Elçin Tələt oğlu Bağırov (8 aprel 1959, Kirovabad) — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır. Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib. 17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Elçin Quliyev (siyasətçi)
Elçin Quliyev (12 sentyabr 1960, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Elşad Həsənov (siyasətçi)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşən Musayev (siyasətçi)
Elşən Məmmədhənifə oğlu Musayev (11 avqust 1979, Vartaşen) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. == Həyatı == 1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis və alman dillərini bilir. 2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir. 2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Emin Hüseynov (siyasətçi)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018). == Həyatı == Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. == Fəaliyyəti == Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır. Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.
Fikrət Məmmədov (siyasətçi)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Firdovsi Əliyev (siyasətçi)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Fərrux Hüseynov (siyasətçi)
Fərrux Hüseynov (tam adı: Fərrux Əsgər oğlu Hüseynov) — Azərbaycanlı siyasətçi Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında Ermənistanın Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib. Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Hüseyn Axundov (siyasətçi)
Hüseyn Axundov (Axundov Hüseyn (Kamal) Yusif oğlu; 1922, Saray, Bakı qəzası – 1986) — siyasi və ictimai xadim. == Həyatı == Hüseyn Axundov 1922-ci ildə Bakının Saray kəndində anadan olub. Bakı Pedaqoji texnikumunu bitirib. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə illərində vuruşduğu hissələrdə komsomol təşkilatının katibi olan H.Axundov 1943-cü ildə Kommunist partiyasının sıralarına daxil olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin il Sumqayıt şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1956-cı ildə şəhər partiya komitəsinin katibi seçilib. 1957-59-cu illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olub. 1959-cu ildə Sumqayıt şəhər icraiyyə komitəsinin sədrinin birinci müavini təyin edilib.
Hüseyn Məmmədov (siyasətçi)
Hüseyn Məmmədov (əmək qəhrəmanı) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı
Hüseynağa Sadıqov (siyasətçi)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Siyasətçi
Siyasətçi — siyasi fəaliyyətlə məşğul olan şəxs. Siyasi fəaliyyətlə icraedici hakimiyyətdə (prezident, baş nazir, nazir), qanunverici hakimiyyətdə (müxtəlif səviyyədə parlament deputatı və bələdiyyə üzvü), siyasi partiya funksioneri kimi fəaliyyət göstərmək olar.
Bitərəf siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Partiyasız siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Virtual siyasətçi
Virtual siyasətçi və ya Sİ siyasətçisi — dövlət idarəsində fəaliyyət göstərən qeyri-insani varlıq. Virtual siyasətçi eyni vəzifədə xidmət edən bir insanla oxşar gücə sahib olur, lakin süni intellekt alqoritmi əsasında seçim etmək üçün proqramlaşdırılır. Süni intellekt yaranandan bəri maşınlar müxtəlif səbəblərə görə əvvəllər insanların tutduğu müxtəlif vəzifələrdə işə salınmışdır. Bunlar əsasən insanların iş yükünü yüngülləşdirmək üçün təkrarlanan tapşırıqlara aid edilmişdir. Süni intellekt getdikcə daha çox insan xüsusiyyətləri tələb edən empatiya kimi vəzifələrdə işə salınır, lakin insan qüsurlarını əvəz etmək üçün istifadə olunur. Bəziləri hesab edirlər ki, düzgün verilənlər üzərində proqramlaşdırılmış süni intellekt güclü bir mövqeyə yerləşdirilsə, o, tez məlumatlı qərarlar qəbul edə, səlahiyyəti olan hər kəsin perspektiv və ehtiyaclarına diqqət yetirə bilər. "SAM" ümumiyyətlə ilk virtual siyasətçi hesab edilən proqrama verilən addır. SAM Yeni Zelandiyalı proqram tərtibatçısı Nik Gerritsen tərəfindən yaradılmış və Yeni Zelandiyada insanların fikirlərini və istəklərini təmsil etmək üçün hazırlanmışdır. SAM-ın 2020-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə namizəd kimi irəli sürülməsi nəzərdə tutulmuşdu. "Yandex" tərəfindən qurulmuş "Alice" və ya "Alisa" çatbotu 2018-ci ildə Rusiyada prezident seçkilərində Vladimir Putinə qarşı namizəd olaraq göstərilmişdir.
Elnur Əliyev (siyasətçi, 1979)
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. == Həyatı == Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Elnur Əliyev (siyasətçi, 1983)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). == Həyatı == Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. == Əmək fəaliyyəti == 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. == Həyatı == Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Hüseyn Məmmədov (siyasətçi, 1875)
Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (gürc. ჰუსეინ გიულმამედ ოღლუ მამედოვი, 1875, Yormuğanlı – ən tezi 1921) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921). == Həyatı == 1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub. 12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir. 1919-cu ilin martında Georgi Ancaparidze, Samson Pirsxalava və Pyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi. Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi. 1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb.
Hüseyn Məmmədov (siyasətçi, 1900)
Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu – 24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir.

Digər lüğətlərdə