so

adv. 1. belə(cə), böylə, elə; beləliklə; ~ geht es nicht belə olmaz; 2. (sehr, so viel) çox, o qədər, e(y)lə, o dərəcədə; ich bin ~ müde, dass ich… mən o qədər yorğunam ki…, mən e(y)lə yorğunam ki…; o dərəcədə yorğunam ki…; 3. (auf diese Weise) bu cür, bu surətdə, bu şəkildə, böylə, kimi, bu çeşid,belə(cə), elə belə; ~ ein Unsinn bu cür (belə) yalan; ach ~! deməli belə!, belə; ~ la la bir elə, bir belə; ~ etwas belə bir şey, belə iş; Na,~ was belə də iş olur, əcəba; ~ bald wie möglich ! mümkün qədər tez; ist das wirklich ~? bu doğrudan belədir?; ~ jemand belə adam; ~ wie du sənin kimi; ~ dass beləliklə; er ist ~ groß wie ich o, mən ilə bir boydadır; ~ gegen Abend axşama yaxın, axşam çağı; einfach ~ elə belə
Snob
sobald
OBASTAN VİKİ
.so
.so — Somalinin İnternet kodu.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
So Fucimoto
So Fucimoto (yap. 藤本 壮介; 4 avqust 1971, Hokkaydo, Hokkaydo prefekturası) — Yaponiya memarı. 1971-ci ildə Hokkaydoda anadan olmuş, 1994-cü ildə Tokio Universitetindən məzun olmuşdur. 2000-ci ildə Sou Fujimoto Architects adlı öz ofisini yaratmışdır. Memar yüngül strukturları və keçirici əlavələri ilə tanınır. Onun 2013-cü ildə dizayn etdiyi bir neçə ev Londonda Serpentayn qalereyasının pavilyonunda müvəqqəti sərgilənmişdir. 2008-ci ildə "So Fucimoto: İbtidai gələcək" adlı kitabını nəşr etdirmişdir. Kitab həmin tarixə kimi olan işlərinin xülasələrindən və ibtidai gələcək konsepsiyasından bəhs edir. 2000-ci ildə öz ofisini yaratdıqdan sonra Yaponiya və Avropada evlər dizayn etməyə başlamışdır. Onun dizayn etdiyi bir çox tikilinin arxasında duran ideyaya görə tikilinin funksiyası insan davranışı tərəfindən müəyyən olunur.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
So Xan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
So Yoci
Seo Yea-ji (kor. 서예지:6 aprel 1990, Seul) — Cənubi Koreya aktrisası. Aktyorluq karyerasına Potato Star 2013QR3 (2013–2014) sitcomunda başladı. Bunun ardınca Diary of a Night Watchman (2014), Last (2015) — triller və Moorim School: Saga of the Brave (2016) fantasik filmlərində əsas rollar gəlir. Televiziya seriallarında diqqət çəkən baş rollara Save Me (2017) və Lawless Lawyer (2018) daxildir. Psix, amma bu yaxşıdır (teleserial, 2020) romantik dramı ilə ön plana çıxdı. Yoci, aktrisalıq karyerası qurmaq fikrində deyildi, amma o zaman hal-hazırda bağlı olduğu şirkət Made in Chan Entertainment-in baş direktorunun diqqətini çəkdi və o, Yocini aktrisa olmağa inandırdı. 2013-cü ilin mart ayında SK Telecom -un reklamına çəkilərək əyləncə sektoruna qədəm qoydu. 2013-cü ilin may ayında Samsung Galaxy S4-də Min-joo rolunu əks etdirən Sevgi qısametrajlı filmində rol aldı. 23 sentyabr 2013-cü ildən 15 may 2014-cü ilədək 120 bölüm yayımlanan tvN sitcom Potato Star 2013QR3 -də aktrisa kimi debüt etdi.
So Çanbin
So Çanbin (kor. 서창빈; 11 avqust 1999) — mahnı müəllifi, prodüser, aparıcı reper və rəqqasdır. 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qrup "Stray Kids"in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 109 mahnının müəllifidir. So Çanbin 11 avqust 1999-cu ildə Cənubi Koreya-da anadan olub. Özündən böyük bacısı da var. Uşaq ikən ibtidai sinifdə prezident, alim və ya bədən tərbiyəsi müəllimi olmaq istədiyini düşünürdü. Çanbin valideynlərini razı salmaq üçün yaxşı oxumağı və ən yaxşı 100 universitetdən birinə qatılmağı planlaşdırırdı. Ancaq bir müddət sonra repə maraq göstərməyə başladı. Valideynləri əvvəlcə oğullarının seçimindən çox da məmnun deyildilər, lakin sonradan onun marağını gördükləri üçün razılaşdılar, daha sonra Çanbin JYP Entertainment-də seçmələrə qatıldı və uğur qazandı. O, Bora Liseyini bitirib.
Tokiva-so
Tokiva-so (トキワ荘) – Yaponiyanın Tokio şəhərinin Toşima rayonunda keçmiş mənzil binası. 1960-cı illərdə Osamu Tezuka kimi bir sıra məşhur manqakalar bu binada yaşadığı üçün manqa fanatları arasında məşhur yerə çevrilmişdir. Bina 1982-ci ildə sökülsə də, yerində manqa muzeyi tikilmişdir. Tokiva-sonun açılışı 6 dekabr 1952-ci ildə baş tutmuşdur. Həmin dövrdə binanın aylıq kirayə haqqı 3000 yen təşkil edirdi. 1953-cü ildə "manqanın atası" hesab olunan Osamu Tezuka bu binada yaşamağa başlamışdır. Tezliklə başqa tanınmış manqakalar onu izləyərək bu binaya köçmüşdürlər. Tezuka 1954-cü ildə Zoşiqayada yerləşən Namiki evinə köçsə də, digər manqakalar bu binada yaşamağa davam etmişdirlər. Onlar Hiro Teradanın başçılığı altında "Yeni Manqa Partiyası" adlı manqaka qrupu yaratmışdırlar. Tezliklə bina "manqakaların Şanqri-Lası" ləqəbi ilə tanınmağa başlamışdır.
Uesli So
Uesli So (9 oktyabr 1993, Filippin) Amerikanı təmsil edən Filippin qrosmeysteri. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və 2015-ci ildə Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Şahmat üzrə Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir.
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Han Hva-So
Han Hva-So (d. 3 fevral 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hva-So Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Han Hyun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Hu Yon-So
Hu Yon-So (d. 2 iyul 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Kim Hva-So
Kim Hva-So (d. 2 mart 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Hva-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kim Mi-So
Kim Mi-So (d. 10 iyun 1962) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Mi-So Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Mi-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kim So Vol
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Liza so-iuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Min Hye-So
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Mugil so-iuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Pak So Cun
Park Seo-joon (doğum adı: Park Yong-kyu; 16 dekabr 1988, Seul) — Cənubi Koreyalı aktyor və model. Daha çox "She Was Pretty (2015)", "Fight for My Way (2017)" ," What's Wrong with Secretary Kim" (2018) və " Itaewon Class (2020)" seriallarından; eyni zamanda "Chronicles of Evil (2015)", "Midnight Runners (2017)", "The Divine Fury (2019)" filmlərindən tanınır. Socun Seulda anadan olub. Məcburi hərbi xidmətə 2008-ci ildə 19 yaşında başladı və 2010-cu ildə tərxis olundu. Pak 2011-ci ildə Bang Yonqkuk-un "I Remember" singlinin klipində rol alaraq debut etdi. Ardınca "Dream High 2 (2012)", "Pots of Gold (2013)", "One Warm Word (2013)" və "A Witch's Love (2014)" televiziya dramlarında rol aldı. 2013-cü ilin oktyabrından 2015-ci ilin aprelinədək Music Bank-ın aparıcısı olub. Çıxış rolları 2015-ci ildə "Kill Me, Heal Me" və "She Wet Pretty" dramlarıyla gəldi. Elə həmin il Pak, "The Chronicles of Evil" triller filmində rol aldı. 2016-cı ildə Pak Qo Ara və Pak Hyon Şik-in ilə birlikdə Hwarang: The Poet Warrior Youth adlı gənclik tarixi dramında rol aldı.
Par Kap-So
Par Kap-So (d. 25 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yan So-Hi
Yan So-Hi (d. 15 mart 1978) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yan So-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Crypturellus soui
Kiçik tinamu (lat. Crypturellus soui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Cənubi Azərbaycanda soyqırım
Cənubi Azərbaycanda soyqırım (1917–1918) — erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım. Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dalğaqanad sovka
Daşxana (Soyuqbulaq)
Daşxana (fars. داشخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (55 ailə).
Dehbəkr (Soyuqbulaq)
Dehbəkr (fars. دهبکر‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (82 ailə).
Demokratik Sol Partisi
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik Sol Partiya (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik Sol Partiyası (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik sosializm
Demokratik sosializm — siyasi demokratiyanı və sosial mülkiyyətin bəzi formalarını dəstəkləyən solçu siyasi ideologiya.
Diaspora (sosial şəbəkə)
Diaspora qeyri-kommersiya, istifadəçiyə məxsus, paylanmış sosial şəbəkədir. Şəbəkəni yaratmaq üçün qarşılıqlı fəaliyyət göstərən bir qrup müstəqil qovşaqdan ("podlar" adlanır) ibarətdir. Sosial şəbəkə heç bir şəxsə və ya quruma məxsus deyil, onu korporativ ələ keçirməyə və ya reklamlara məruz qoymur. Onun tərtibatçısına görə, "paylanmış dizaynımız o deməkdir ki, heç bir böyük korporasiya heç vaxt diaspora nəzarət etməyəcək. Layihənin əsası Nyu York Universitetinin Courant Riyaziyyat Elmləri İnstitutunun tələbələri Den Grippi, Makswell Salzberg, Raphael Sofaer və İlya Jitomirskiy tərəfindən qoyulmuşdur. Qrup Kickstarter vasitəsilə 200.000 dollardan çox crowdfunding əldə etdi. İstehlakçı alfa versiyası 23 noyabr 2010-cu ildə buraxıldı. Diaspora proqram təminatı GNU-AGPL-3.0 şərtlərinə əsasən lisenziyalaşdırılıb. Onun inkişafı Diaspora Fondu tərəfindən idarə olunur. Azad Proqram Dəstəyi Şəbəkəsinin (FSSN).
Dictamnus solitarius
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Don Sovet Respublikası
Don Sovet Respublikası (rus. Донская советская республика, translit. Donskaya Sovetskaya Respublika) — Rusiya vətəndaş müharibəsi dövründə RSFSR-nin bir parçası olaraq Kamensk-Şaxtinski şəhərində yaradılan və sadəcə iki ay mövcud olmuş dövlət. Don Hərbi oblastı ərazisində hakimiyyət qurmağı güdən respublika, Rusiya vətəndaş müharibəsi zamanı Ağ hərəkatın regiondan çəkilməsindən sonra, yəni 23 may 1918-ci ildə qurulmuşdur. Həmin ilin may ayında gerçəkləşən Don kazak üsyanı və Brest-Litovsk sülh müqaviləsinin imzalanmasından sonra Almaniya İmperiyasının qüvvələrinin regiona daxil olması ilə bolşeviklər Don vilayəti ərazisindən qovulmuşdur. Don kazakların qurduğu Don Respublikası Don Soveti ilə əvəz edilmişdir. Don Sovet Respublikası Aleksey Kaledin rəhbərliyindəki Don kazaklarından ibarət olan Ağ hərəkatın və Könüllü ordunun regiondan çəkilməsindən sonra, yəni 23 mart 1918-ci il tarixində, Yekaterinoslav quberniyası və Don Hərbi oblastı ərazisində, Kamensk-Şaxtinski şəhərində qurulmuşdur. Dövlətin paytaxtı Rostov-na-Donu şəhəri elan edilmişdi. 9-14 aprel 1918-ci il tarixlərində regional bir sovetlər konqresi keçirilmişdir. Konqresin nəticəsi olaraq, 26 bolşevik və 24 sol sosialist inqilabçıdan ibarət olan Mərkəzi İcraiyyə Komitəsi (M.İ.K.) yaradılmışdır.
Donuz soliteri
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Doseyid (Soyuqbulaq)
Doseyid (fars. دوسيد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (8 ailə).
Dostəli (Soyuqbulaq)
Dostəli (fars. دوستعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (98 ailə).
Drosera solaris
Drosera solaris (lat. Drosera solaris) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dərman (Soyuqbulaq)
Dərman (fars. درمان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Dəryaz (Soyuqbulaq)
Dəryaz (fars. درياز‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,605 nəfər yaşayır (14 ailə).
Dərələk (Soyuqbulaq)
Dərələk (fars. داره لك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,454 nəfər yaşayır (262 ailə).
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Ebrima Sohna
Ebrima Sohna (14 dekabr 1988-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubunda yarımmüdafiəçi kimi çıxış edən Qambiyalı professional futbolçudur.
Ello (sosial şəbəkə)
Ello — 2014-cü ilin martında Paul Budnitz və Todd Berger tərəfindən yaradılmış onlayn sosial şəbəkə xidmətidir. Mövcud sosial şəbəkələrə reklamsız alternativ olaraq yaradılmışdır. O, əvvəlki Facebook-a bənzər təcəssümündən incəsənət, fotoqrafiya, moda və veb mədəniyyətini nümayiş etdirən Pinterest kimi vebsayta doğru çevrildi. Ello xidməti, istifadəçi məlumatlarını heç vaxt reklamçılara və ya üçüncü tərəflərə satmamaq, heç vaxt reklam göstərməmək və real ad siyasətini tətbiq etməmək kimi sosial şəbəkə kimi bir neçə diqqətəlayiq fərqləndirici niyyətləri iddia edir. Ello yeddi sənətçi və proqramçıdan ibarət özəl sosial şəbəkə kimi başladı. Sosial şəbəkənin özəl olmasından bir il sonra yaradıcılar vebsaytı yenidən dizayn etdilər və Ello-nu ictimaiyyətə təqdim etdilər. 2014-cü ilin yanvar ayında vençur kapitalı investoru FreshTracks Capital-dan 435.000 ABŞ dolları məbləğində maliyyələşdirmə ilkin olaraq şirkətin dayanmasına kömək etdi. Şəbəkə daha geniş populyarlıq qazandıqda bu qərar bəzi tənqidlərə səbəb oldu.
Elnur Soltanov
Elnur Zabit oğlu Soltanov (1974, Mingəçevir) — Azərbaycan energetika nazirinin müavini. Elnur Zabit oğlu Soltanov Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Zərdabın Məlikli kəndindəndir. Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olmuşdur. O məşhur "Gecələr" mahnısının müəllifi olsa da, bu günədək müəlliflik hüququnu bərpa edə bilməmişdir. Həyatı keşməkeşli olmuş, 10 yaşlı böyük qardaşını 1981-ci ildə, atasını 1995-ci ildə, özündən kiçik 31 yaşlı qardaşını isə 2012-ci ildə itirmişdir. Elnur Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını almışdır. O, 2000–2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışmışdır. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru olmuş Elnur Soltanov universitetdə çalışmağa başlamazdan öncə,Truman Dövlət Universitetində çalışmışdır. Eyni zamanda, O, ADA universitetinin "Diplomatik və beynəlxalq əlaqələr" fakültəsinin dekanı vəzifəsində çalışmışdır.↵Elnur Soltanov 28 dekabr 2018-ci ildə Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunmuşdur.

Digər lüğətlərdə