Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiçen-İtsa
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir. Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi. == Ad və orfoqrafiya == Mayalılara məxsus “Chichen İtsa” adı “İtsa quyusunun ağzında” mənasını verir. Yəni, chi' sözü ağız və ya kənar, chʼen və ya chʼeʼen sözləri isə quyu kimi tərcümə olunur. Itzá isə şimali yarımadada iqtisadi və siyasi üstünlük əldə etmiş etnik qrupun adıdır. Bu sözün tərcüməsi ilə bağlı ehtimallardan biri “suyun sehrbazı (və ya sehri)” dir.
İTSDA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentliyin missiyası Zamanından və məkanından asılı olmayaraq sığortaolunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək. Agentliyin hədəfi Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək. Agentliyin dəyərləri Şəffaflıq Əlçatanlıq Güvənlilik Peşəkarlıq Ədalətlilik == Tarixi == İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017-2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb.
İtshak Arad
İtshak Arad (ivr. ‏יצחק ארד‏‎; 11 noyabr 1926, Şvençyönis[d], Vilno voyevodluğu[d] – 6 may 2021) — İsrail tarixçisi, yazıçısı və hərbçisi. O həmçinin, 1972–1993-cü illərdə Yad Vaşemin direktoru olmuş və Holokost tarixi üzrə ixtisaslaşmışdır. Arad 11 noyabr 1926-cı ildə indiki Litvanın Şvençyönis şəhərində anadan olmuşdur. Onun əsl adı İsçak Rudniçkidir, lakin sonradan ivrit mənşəli Arad soyadını götürmüşdür. O, İkinci Dünya müharibəsində partizan olmuş və Tolya olaraq tanınırdı. == Seçilmiş əsərləri == The partisan: From the Valley of Death to Mount Zion (1979) Ghetto in flames: The Struggle and Destruction of the Jews in Vilna in the Holocaust (1980) Belzec, Sobibor, Treblinka: The Operation Reinhard death camps (1987) ISBN 0-253-21305-3 The Holocaust in the Soviet Union (2009), University of Nebraska Press. ISBN 978-0-8032-2059-1 In the Shadow of the Red Banner (2010), Gefen Publishing House. ISBN 978-965-229-487-6 ארד, יצחק. זה קרה בפלנטה שלנו: מוסר ודילמות קיומיות בקרב יהודים במציאות השואה (ivrit).
İtsukuşima
İtsukuşima (yap. 厳島) — Daxili Yapon dənizində yeləşən ada. Hiroşima prefekturasının Hasukayti şəhərinin tərkibindədir. Digər məşhur adı Miyazima (yap. 宮島; Məbəd adası) adasıdır. Bu adada 2005-ci ildə Hasukaiti şəhərinə birləşənədək Miyazima şəhəri mövcud idi. İtsukuşima özünün şintoist məbədi ilə məşhurdur. Bu məbəd UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir.
İtsukuşima-cinca
İtsukuşima məbədi (厳島神社, İtsukushima-dzindza) - Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında (Miyacima) yerləşən şintoist məbədi. Məbəd 1996-cı ildən Ümumdünya irsinə daxil edilmişdir. Bina Yaponiyanın milli xəzinəsi elan edilmişdir. İlk məbəd ehtimala görə VI əsrdə, Susanoo tanrısının üç qızının şərəfinə inşa edilib. Məbədin hazırkı strukturu XVI əsrdə inşa edilib və 1168-ci ildə işlənən dizaynla yenilənib. İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir. Amanohaşidate dili \və Matsuşima körfəzi ilə yanaşı, adanın təpələrinin birindəki torii görünüşü "Yaponiyanın üç məşhur mənzərəsi" olaraq tanınır. Toriilər 1168-ci ildən mövcud olsa da, hazırkı görünüşü 1875-ci ilə təsadüf edilir. Toriilər kamfora ağacından hazırlanıb, hündürlüyü 16 metrdir.
İtsukuşima məbədi
İtsukuşima məbədi (厳島神社, İtsukushima-dzindza) - Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında (Miyacima) yerləşən şintoist məbədi. Məbəd 1996-cı ildən Ümumdünya irsinə daxil edilmişdir. Bina Yaponiyanın milli xəzinəsi elan edilmişdir. İlk məbəd ehtimala görə VI əsrdə, Susanoo tanrısının üç qızının şərəfinə inşa edilib. Məbədin hazırkı strukturu XVI əsrdə inşa edilib və 1168-ci ildə işlənən dizaynla yenilənib. İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir. Amanohaşidate dili \və Matsuşima körfəzi ilə yanaşı, adanın təpələrinin birindəki torii görünüşü "Yaponiyanın üç məşhur mənzərəsi" olaraq tanınır. Toriilər 1168-ci ildən mövcud olsa da, hazırkı görünüşü 1875-ci ilə təsadüf edilir. Toriilər kamfora ağacından hazırlanıb, hündürlüyü 16 metrdir.
BTS
BTS (Hanqıl: 방탄소년단; hança: Bangtan Sonyeondan) — 2010-cu ildə fəaliyyətə başlamış, 2013-cü ildə Cənubi Koreyanın Big Hit Intertainment (Hybe Corporation) agentliyi tərəfindən rəsmi olaraq çıxış etmiş 7 üzvdən ibarət olan hip-hop və K-pop qrupu.Əvvəlcə sadəcə hip-hop qrupu olan BTS, illər keçdikcə musiqi tərzlərini inkişaf etdirərək digər janrlarda da musiqilər yayımlamağa başladılar. Yazdıqları musiqi sözləri əsasən şəxsi və sosial şərhlərə yönəlmiş, zehni sağlamlıq, məktəb yaşlarındakı gənclərin problemləri, özünü sevmək və fərdiyyət mövzularına toxunur. Onların albomları, musiqi videoları və s. müəyyən bir konsepsiya və hekayə üzrə irəlileyir. 2013-cü il iyunun 13-ü "2 Cool 4 Skool" adlı ilk albomları ilə debüt etdikdən sonra 2014-cü ildə BTS ilk Koreya dilində "Dark & Wild" və Yapon dilində "Wake Up" studiya albomlarını yayımladı. Qrupun ikinci koreyaca studiya albomu "Wings" (2016) onların Cənubi Koreyada 1 milyon nüsxə satan ilk albomudur. 2017-ci ilə qədər, artıq BTS çoxsaylı satış rekordlarını qıran qlobal musiqi bazarına keçdi. Onlar Recording Industry Association of America (RIAA) -da "MIC Drop" mahnısı üçün sertfikat alan ilk koreyalı qrup, eyni zamanda "Love Yourself: Tear" (2018) studiya albomu ilə ABŞ Billboard 200 siyahısına yüksələn ilk koreyalı sənətçi oldular. BTS, The Beatles-dən sonra iki ildə az bir müddətdə dörd ABŞ nömrəli albom qazanan ən sürətli qrup oldu. 2020-ci ildə isə "Dynamite", "Savage Love (Laxed - Siren Beat)" remiksi və "Life Goes On" adlı mahnısı ilə Billboard Global 200 və ABŞ Billboard Hot 100-də birinci yerə çıxan ilk Cənubi Koreyalı sənətçi oldu.
STS
STS (Şəbəkə televiziya stansiyaları) - rusiya televiziya kanalı. Mövzu kanal - əyləncə. Efirdə STS sayda filmlərin, teleserialların, cizgi film və tv. Hədəf auditoriya: bütün 10-artıq 45 yaşı var. 21 dekabr, 2009-cu ilin əvvəlindən beynəlxalq yayım version telekanalının — "STS International".
İES
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. == İstilik elektrik stansiyaların tipləri == İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. === Buraxılan enerjiyə görə === Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. === İES-lərdə qoyulan turbinlərin tiplərinə görə === Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
İSS
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. == Mənbə == Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
İrs
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
İps
İps (q.yun. Ίψους) — Frigiyada, böyük sard magistralında itirilmiş şəhərdir. Şəhərin dəqiq yeri müəyyən edilməyib. Buna baxmayaraq, onun Türkiyə Anadolusunda, Çayırbağ yaxınlığında yerləşdiyi güman edilir.Şəhər tarixdə İps döyüşü ilə xatırlanır. E.ə. 301-ci ildə baş tutan döyüşdə diadox I Selevk Nikator I Təkgözlü Antiqon üzərində qələbə çalmışdır.
Azərbaycan İES
Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır . Bölmələr 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və Taqanroq (qazan), LMZ Russia (turbin) və Elektrosila (generator) tərəfindən inşa edilmişdir. Qarabağ kanalı soyutma suyunun mənbəyidir. Zavodun bacaları 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır. == Tarixi == Tikintisinə 1974-cü ildə başlanmışdır. Ümumi gücü 2400 meqavat olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası kimi birinci bloku olmaqla 1981-ci il oktyabrın 20-də istimara buraxılır. Bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il “Energetiklər Günü” kimi qeyd edilir. == Qəzalar == 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası"-nda baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlığa qərq olur. Qəza açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi ilə müşahidə olunur.
BTS (dəqiqləşdirmə)
BTS — musiqi qrupu.
BTS World
BTS World Cənubi Koreyanın Takeone Company Corp studiyası tərəfindən hazırlanmış və Netmarble tərəfindən nəşr olunan mobil videooyunudur. Oyunçular, BTS -in meneceri rolunu oynayaraq, 2012 -ci ildən, debütdən əvvəl 2019 -a qədər yeddi üzvdən hər biri ilə müxtəlif səyahətlər keçirirlər. == Oyun == BTS World, hekayənin çox hissəsinin istifadəçi və oyun personajları arasındakı qarşılıqlı əlaqəni tıklamağa əsaslandığı əyani roman üslublu bir videooyunudur. Oyun, sonrakı fəsillərə təsir edən söhbətlərə və seçimlərə əsaslanır. Oyunçu ayrıca müəyyən bir nəticə əldə etmək üçün simvolları tərtib edə və kart oyunu oynaya bilər. Oyun BTS üzvlərinin əsl şəkillərindən və səs yazılarından istifadə edir. Rəsmi veb saytında oyun personajları olaraq üzvlərin foto və video qalereyaları var. "Another Story" adlanan başqa bir rejimin oxşar oyunu var, lakin fərqli hekayələri var, çünki hər biri oyunçuya və o vaxtlar birlikdə olmamış kimi BTS -in yalnız bir üzvünə diqqət yetirir. == Personajlar == Oyunun rəsmi internet səhifəsindəki şərhlərə əsaslanaraq "Another Story" də yeddi fərqli personaj var. == İnkişaf etdirici == BTS World-in iki ildir inkişaf etdiyi bildirildi.
BTS diskoqrafiyası
Aşağıda 12 iyun 2013-cü ildə Big Hit Music tərəfindən yaradılmış Cənubi Koreyalı musiqi qrupu BTS-in albom diskoqafiyası verimişdir.
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir. Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur. == Məzmun == Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… == Tərcümə və nəşr == Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh. Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980 Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red.
Con Kits
Con Kits (31 oktyabr 1795[…], , London, Birləşmiş Krallıq – 23 fevral 1821[…], Roma) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc Bayron və Persi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrəti artmış və 19-cu əsrin sonuna qədər ən sevilən ingilis şairlərindən birinə çevrilmişdir. O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərmişdir. Xorxe Luis Borxes ilk dəfə Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd etmişdi.Kitsin şeirləri, xüsusilə də odaları "hissiyyatla ağır yüklənmiş" üslubu ilə xarakterizə olunur. Bu, romantik şairlərin yaradıcılığına xas idi; belə ki, onlar təbii təsvirləri bədii şəkildə vurğulayaraq duyğuları ön plana çıxarmağı qarşılarına məqsəd qoyurdular. Bu gün onun şeirləri və məktubları ingilis ədəbiyyatının ən məşhur və ən çox araşdırılan ədəbi nümunələrindən sayılır. Şairin ən çox bəyənilən şeirlərinə Bülbülə oda, Yuxu və poeziya və məşhur soneti Çapmenin Homerinə ilk baxış haqda daxildir. == Bioqrafiyası == === Erkən həyatı === Con Kits 31 oktyabr 1795-ci ildə Murgeytdə (London), Tomas Kits və həyat yoldaşı Frensis Cenniqsin ailəsində anadan olub. Onun dəqiq doğum yerinin hara olması ilə bağlı çox az sübut mövcuddur. Kitsin və ailəsinin onun ad gününü 29 oktyabr qeyd etməsinə baxmayaraq, baptizm qeydləri bu tarixin 31 oktyabr olduğunu göstərir.
Cunya İto
Cunya İto (9 mart 1993, Yokosuka[d], Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 2 qol vurub.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Həyatları == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Kanako İto
Malkolm İks
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. == Tarixi == 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Naxçıvan İES
Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri. == Tarixi == Blokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).
Pekinez iti
Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Professor İks
Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır. Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir.
Qroznı İES
Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib. == Tarixi == Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.. İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi.İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi. Beləliklə, müharibədən sonra ilk dəfə olaraq Çeçenistan Respublikası ərazisində elektrik enerjisi istehsal olunmağa başlandı.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. == İdarəetmə == === Güc aqreqatları 1-4 === Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Rəqəmsal irs
Rəqəmsal irs (ing. Digital heritage) — mədəniyyət, təhsil, elm, idarəetmə resurslarından, həmçinin texniki, hüquqi, tibbi və digər xarakterli informasiyadan ibarətdir. Yəni, rəqəmsal irs rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslarından rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elm və idarəetmə sahələrinə aid resursları, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən məfhum kimi müəyyən edilir. İstənilən halda onlar insanlar tərəfindən zaman və ərazi sərhədlərindən asılı olmayaraq istifadə edilir.Rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədlərinidən, verilənlər bazasından, hərəkətsiz və hərəkətli təsvirlərdən, səsli və qrafik materiallardan, proqram təminatı və veb-səhifələrdən ibarətdir. Çox vaxt bu materiallar qısa müddətə yazılır və onların yaradılması, saxlanması və idarə edilməsinə yönələn məqsədyönlü tədbirlərin görülməsini tələb edir. Bu resursların çoxu uzunmüddətli dəyərə və əhəmiyyətə malikdirlər, indiki və gələcək nəsillər üçun qorunması və saxlanması zəruri olan irsi özündə əks etdirir. Belə fasiləsiz artan irs istənilən dildə, dünyanın istənilən yerində mövcud ola bilər və istənilən insan bilikləri və ifadə formaları sferasına aid ola bilər. == Ədəbiyyat == Хартия о сохранении цифрового наследия, Принята 15 октября 2003 года, (Резолюция принята по докладу Комиссии V на 18-м пленарном заседании 15 октября 2003 г. Доклад Генерального директора относительно проекта Хартии о сохранении цифрового наследия, Организация Объединенных Наций по вопросам образования, науки и культуры Исполнительный совет EX, Сто шестьдесят четвертая сессия, 164 EX/21, Париж, 9 апреля 2002 г. == Xarici keçidlər == "Charter on the Preservation of Digital Heritage".
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir.12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına rəğmən mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
IBS
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
IOS
iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir. iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir. iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir. iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı. Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir). İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.. == Yaradılma tarixi == iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır.
ITIS
== Həmçinin bax ==
ITV
İctimai Televiziya (ing. public broadcasting, alm. öffentlich-rechtlicher Rundfunk‎) — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
IMS
IP Multimedia Subsystem və ya qısaca IMS — IP multimedia xidmətlərini çatdırmaq üçün standartlaşdırılmış arxitektura freymvorku. Tarixən mobil telefonlar IP paket kommutasiya şəbəkəsi üzərindən deyil, dövrə kommutasiya tipli şəbəkə üzərindən səsli zəng xidmətləri göstərmişdir. Səs (VoIP) və ya digər multimedia xidmətlərinin çatdırılmasının alternativ üsulları smartfonlarda əlçatan olub, lakin onlar bütün sənayedə standartlaşdırılmayıb. IMS bu cür standartlaşdırmanı təmin edən freymvorkdur. IMS əvvəlcə simsiz standartlar orqanı 3GPP tərəfindən GSM-dən kənarda mobil şəbəkələrin inkişafının bir hissəsi kimi tərtib edilmişdir. Onun orijinal tərtibatı (3GPP Rel-5) GPRS üzərindən İnternet xidmətlərinin çatdırılması üçün bir yanaşma idi. Bu daha sonra simsiz lokal şəbəkə, CDMA2000 və sabit xətlər kimi GPRS-dən başqa şəbəkələrin dəstəyini tələb etməklə 3GPP, 3GPP2 və ETSI TISPAN tərəfindən yeniləndi. IMS mümkün olduqda IETF protokollarından (məsələn, SIP) istifadə edir. 3GPP-ə görə, IMS tətbiqləri standartlaşdırmaq üçün deyil, simsiz və simli terminallardan multimedia və səs proqramlarına çıxışa kömək etmək, yəni FMC formasını yaratmaq üçün nəzərdə tutulub. Bu çıxış şəbəkəsini xidmət səviyyəsindən təcrid edən üfüqi idarəetmə təbəqəsinə malik olmaqla həyata keçirilir.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikçiçək tıs-tıs
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. == Botaniki təsviri == Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Çiçəkaltlıqlı tıs-tıs
Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər.
Is It a Crime?
"Is It a Crime" — 1986-cı ildə çıxan Promise (1985) albomundan ingilis qrupu Sade-nin bir mahnısı. Epic Records tərəfindən yayımlandı və daha sonra qrupun bir çox albomunda yer aldı. Mahnını Şade Adu, Andrew Hale və Gordon Matthewman yazdı. == Rəylər == AXS-dən Tanya Rena Cefferson, «„Is It A Crime“ — ifadəsini beyninizi mənəvi sevinclə dolduran Smooth caz üslubunda caz mahnısı olduğunu söylədi ("yumşaq caz", "asan caz", "pop caz"). Sade sevginin necə olduğuna inamla oxuyur və o qədər aşiq olduğu üçün sevgilisini bu qədər sevdiyi bir cinayət olduğu təqdirdə heyran qalır. Romantik mahnının qulaqları qəfil rahatlaşma və rahatlıqla dolduran böyük bir temp var.» The Guardian’dan Sofi Hevud şərh etdi: “Şadenin epik nisbətlər baxımından əhəmiyyətsizliyini 1986-cı ildən bəri uzun altı metaforaya qədər olan altı dəqiqəlik təkbaşına təsdiqlədi: burada sevgisi“ Viktoriya gölündən daha geniş ... İmperiya Dövlətinin üstündədir ” və əlbəttə yarısını keçməyə qadirdir dünya».