staqnasiya
stalaqmit
OBASTAN VİKİ
Stalaktit
Stalaktit (yun. Σταλακτίτης (stalaktos) — damcı-damcı sızılmış) ― karst mağaralarının tavanından çubuq, boru, buz lüləsi formasında inkişaf edən əhəngli mineral törəmə. Mağaranın tavanından damcılayan karbon qazı ilə doymuş sudan kalsium-karbonatın çökməsi nəticəsində yaranır. Bəzən buxarlanmanın iştirakı ilə əmələ gələn duz və gips stalaktitlərinə də rast gəlinir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.

Digər lüğətlərdə