STANDART

[ing.] стандарт (1. вичин кьадардиз, формадиз, кӀалубдиз ва еридиз килигай лазим тир тӀалабрив кьур са затӀунин чешне; // стандартный, стандарт тир (мес. мебель); 2. пер. сад-садаз ухшар, шаблон тир, са кӀалубдай акъудай хьтин, са типдин, са жуьредин; мес. гафар).
STAJORLUQ
STANDARTLAŞDIRILMAQ
OBASTAN VİKİ
Standart
Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. == Ümumi məlumat == İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır. Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır: məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini; məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını; məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini; ölçmələrin dəqiqliyini və vəhdətini; bütün növ resursların qənaətini; təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini; ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını; istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını. == Standart növləri == Aşağıdakı standart növləri vardır.
Standart Model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Standart meyillənmə
Standart meyillənmə və ya orta kvadratik meyillənmə — ehtimal nəzəriyyəsində və statistikada təsadüfi dəyişənlərin səpələnməsi üçün istifadə olunan ən geniş yayılmış göstəricidir. Təsadüfi dəyişənin vahidində ölçülür. Qiyməti dəyişənin (parametrin) dispersiyasının (σ2) kökünə bərabərdir. Standart meyillənmədən orta arifmetik qiymətlərin satandart xətalarının hesablanmasında, inam intervallarının təyinində, hipotezlərin statistik yoxlanmasında, təsadüfi dəyişənlər arasında xətti asılılıqların ölçülməsində istifadə olunur. Standart meyillənmə s ilə işarə olunur və belə hesablanır: s = n n − 1 σ 2 = 1 n − 1 ∑ i = 1 n ( X i − X ¯ ) 2 {\displaystyle s={\sqrt {{\frac {n}{n-1}}\sigma ^{2}}}={\sqrt {{\frac {1}{n-1}}\sum _{i=1}^{n}{(X_{i}-{\bar {X}})^{2}}}}} burada, x i {\displaystyle x_{i}} seçmənin i-ci elementidir, X ¯ {\displaystyle {\bar {X}}} - seçmənin ədədi ortası, n- seçmənin həcmidir. X ¯ {\displaystyle {\bar {X}}} - aşağıdakı düsturla hesablanr: X ¯ = 1 n ∑ i = 1 n X i {\displaystyle {\bar {X}}={\frac {1}{n}}\sum _{i=1}^{n}{X_{i}}} Seçmə dedikdə aparılmış ölçmələrin içərisindən statistik analiz üçün qrup şəklində seçilmiş ölçülər nəzərdə tutulur. Seçmə təsadüfi, sistematik və ya qarışıq (random) üsullarla aparıla bilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Standart silah
Standart silah (İdman tapançası) — güllə atıcılığı dövrü, rəqabət tələblərinin qaydalarına uyğun halqa atəşi ilə 25 metr məsafədə atəş açmaq üçün nəzərdə tutulmuş bir tapança nəzərdə tutur. Əsas məhdudiyyətlər: nişan xəttinin uzunluğu, zəifliyin çəkilməsi və sapı üçün tələblər. == Nişan xəttinin görünüşü və uzunluğu == Yalnız açıq yerlərə icazə verilir. Nişan xəttinin uzunluğu 220 mm-dən artıq olmamalıdır. == Çəki == Rəqabət qaydalarına əsasən bir idman tapançası maksimum kütləsi 1400 qram olmalıdır. Ən az tənzimlənən kütlə yoxdur. Bununla belə, qeyd etmək lazımdır ki, bir idman tapançası halda, texniki olaraq 1000 qr az ola bilməz. Atışın güclü təsiri ilə əlaqədar tapança mövqeyinin sabitliyi müəyyən bir kütlə tələb edir. Üstünlük kütləsi ox kütləsinin fərdi xüsusiyyətlərinə uyğun olaraq dəyişilməsinə imkan verən modellər ilə təmin edilir. == Sapı == Əsas tələblərdən biri tapança sapını mil sümüyünə kimi uzatma halları olmamalıdır.
Standart çincə
Standard Çin dili, Putonqhua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində putonqhua (Pǔtōnghuà, 普通話, "Ümumi ləhcə"); Quoyu (Guóyǔ, 國語, "Milli dil") olaraq Tayvanda; Malayziya və Sinqapurda Biuojun Huayu (Biǔozhǔn Huáyǔ, 標準 華語, "Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
İkili standart
Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq. == Məzmun == İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq. == Misallar == Kişi və qadın arasında eyni hüquqların tanınmaması İrqi ayrı-seçkilik Etnik ayrı-seçkilik Dini ayrı-seçkilik Və s. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır. == Sözlərlə ifadə == Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn: Zəbt etmək, işğal etmək və azad etmək Separatizm və milli-azadlıq hərəkatı Terrorist və partizan, fədai Casus və kəşfiyyatçı Və s.
Standart Çin dili
Standard Çin dili, Putonqhua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində putonqhua (Pǔtōnghuà, 普通話, "Ümumi ləhcə"); Quoyu (Guóyǔ, 國語, "Milli dil") olaraq Tayvanda; Malayziya və Sinqapurda Biuojun Huayu (Biǔozhǔn Huáyǔ, 標準 華語, "Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Yaponiya standart vaxtı
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nihon Hyōjunji və ya中央標準時 Chūō Hyōjunji) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. Standart azərbaycancada Azərbaycan dilinin dialektlərindən fərqli olaraq, sözlərin vahid yazılış və tələffüz qaydaları təyin edilmişdir, həm də orta Azərbaycan dili ilə müqayisədə ərəb və fars təsiri azdır. == Tarixi əsas == === Orta əsrlərdə və erkən müasir dövrdə Azərbaycan ədəbi dili === XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi. XIV əsrin əvvəllərində Yusif Məddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan ədəbi dilinin mövqeyi Təbrizi paytaxtları edən Qaraqoyunluların (1410–1468-ci illər) dövründə güclənmişdir. Kişvəri XV–XVI əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşma dövründə onun inkişafında böyük rol oynamışdır. Onun poeziyası Azərbaycan ədəbi dilinin təkamülü üçün "ən qiymətli resurslardan biri", dilin tarixi qrammatikasının yaradılmasında təməl daşı olaraq qiymətləndirilir. XV əsrin sonunda türkdilli tayfalarının (şimalda qıpçaqlar, şərqdə oğuzların) Azərbaycana axınının dayanmasına görə, Osmanlı imperiyasının yaranması ilə Azərbaycan və Anadolu türklərinin yaşayış sərhədləri arasında, linqvistik baxımdan demarkasiya prosesinin başlamasına görə Azərbaycan dili sabit, cilalanmış bir forma aldı, türk-oğuz qrupunun müstəqil dili oldu. Bu prosesin (XVI–XVIII əsrlər) göstəricilərindən biri Azərbaycan dilində sözlərin tələffüzü, nitq hissələri və s.-də çoxvariantlıqdan təkvariantlığa keçiddir. Səfəvi sülaləsinin yerli dialekti olduğu üçün, Ərdəbil bölgəsi şivəsinə əsaslanan Azərbaycan türkcəsi sufi ədəbiyyatında üstünlük əldə etmişdir.
Standart model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Industry Standart Architecture
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) — kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Həmçinin bax == ASIN (Amazon Standard Identification Number) ISMN (International Standard Music Number) ISAN (International Standard Audiovisual Number) ISRC (International Standard Recording Code} ISBN (International Standard Book Number) ERIH PLUS == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Həyat standartı
Həyat standartı — müəyyən bir coğrafi ərazidə, adətən bir ölkədə müəyyən sosial-iqtisadi sinif üçün əlçatan olan sərvətin, rahatlığın, əmlakın və ehtiyacların səviyyəsi. Həyat standartı özündə gəlir, işin keyfiyyəti və əlçatanlığı, sinfi fərqlər, yoxsulluq səviyyəsi, mənzilin keyfiyyəti və əldə edilə bilməsinin mümkünlüyü, zəruri ehtiyac mallarının alınması üçün tələb olunan iş vaxtı, ümumi daxili məhsul, inflyasiya dərəcəsi, hər il boş vaxtın miqdarı, keyfiyyətli səhiyyəyə əlverişli (və ya pulsuz) çatımlılıq, təhsilin keyfiyyəti və əlçatanlığı, həyat gözləntiləri, xəstəliyin baş vermə dərəcəsi, mal və xidmətlərin dəyəri, infrastruktur, milli iqtisadi artım, iqtisadi və siyasi sabitlik, azadlıq, ətraf mühitin keyfiyyəti, iqlim və təhlükəsizlik kimi faktorları ehtiva edir. Həyat standartı həyat keyfiyyəti anlayışı ilə yaxından əlaqədardır. == Qiymətləndirilməsi == Həyat standartı, ümumən, adambaşına düşən real (inflyasiya da nəzərə alınmaqla) gəlir və yoxsulluq səviyyəsi kimi standartlarla qiymətləndirilir. Səhiyyənin keyfiyyəti və əlçatanlığı, gəlir artımı bərabərsizliyi, təhsil standartları kimi digər meyarlar da istifadə edilir. Müəyyən mallara çatımlılıq (məsələn, hər 1000 nəfərə düşən soyuducu sayı), eləcə də həyat gözləntiləri kimi sağlamlıq meyarları da buna nümunədir. Bu, bir növ müəyyən bir dövrdə və ya yerdə yaşayan insanların öz ehtiyaclarını və (və ya) istəklərini təmin edə biləcəyi asanlıqdır. "Standart" sözünün əsas məğzi həyat keyfiyyəti ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sonuncu maddi həyat standartları ilə yanaşı, insan həyatını təşkil edən qeyri-maddi aspektləri də, məsələn, asudə vaxt, təhlükəsizlik, mədəni resurslar, sosial həyat, fiziki sağlamlıq, ətraf mühitin keyfiyyəti məsələlərini də nəzərə alır. Belə qərarlar vermək üçün rifah halının ölçülməsinin daha mürəkkəb vasitələrindən istifadə etmək lazımdır, lakin bu da olduqca siyasi xarakterlidir; odur ki, həm də mübahisəlidir.
IP standartı
IP Standartı (Ingress Protection Rating) Mexanik və ya elektrik cihazlarının suya, toza və ya xarici təsirlərə müqavimətini ölçmək üçün istifadə olunur. Bu reytinqlər Beynəlxalq Elektrotexniki Komissiya (IEC) tərəfindən dərc olunur. Bu kodların bir başqa məqsədi, satılan məhsul haqqında daha ətraflı məlumat verməkdir. Rəqəmlər və şərhlər aşağıdakı cədvəldə verilmişdir. "X" heç bir qoruyan dövlət deməkdir. Məsələn, LG K10 2017 IP58 (və ya IP 5/8) lisenziyasına malikdir. Birinci rəqəm, qatı maddələrə qarşı qorunmanın dərəcəsini göstərir və ikinci rəqəm maye kontaktdan qorunma dərəcəsini göstərir. Buna görə LG K10 2017 toza qarşı və suya batırma təsirlərinə qarşı dayanıqlıdır. === Qatı cisimlərə qarşı dayanıqlıq === === Mayelərə qarşı dayanıqlıq === IP-dən sonra gələn ikinci rəqəm mayelərə qarşı davamlılığı göstərir.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Milli Televiziya Standartları Komitəsi (ABŞ)
Milli televiziya standartları komitəsi - ABŞ-də televiziya və video sahələrində standartlar üzrə qurum; qara-ağ görüntü ilə ABŞ-də ilk rəngli televiziya sisteminin uzlaşmasını təmin edən rəng kodlaşdırması üçün NTSC standartının sponsoru. Dünyada ilk dəfə rəngli televiziya yayımına 1953-cü ilin dekabrın 18-də məhz bu sistemin tətbiqi ilə başlanılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milli televiziya standartları komitəsi

Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qızıl standartı
Qızıl standartı — əsas hesablama vahidinin müəyyən standartlaşdırılmış qızıl miqdarı olduğu pul sistemi. Qızıl standartı əsasında qurulan iqtisadiyyatda buraxılan hər pul vahidinin tələbə uyğun olaraq müvafiq miqdarda qızılla dəyişdirilə bilməsi təmin edilir. Qızıl standartından istifadə edən dövlətlər arasındakı hesablaşmalarda, bu valyutaların qızılın vahid kütləsinə nisbətinə əsasən sabit məzənnə qurulur. Qızıl standartının tərəfdarları qeyd edirlər ki, bu sistemin istifadə olunması iqtisadiyyatı sabit saxlayır və inflyasiyaya daha az meyilli edir, çünki qızıl standartına görə hökumət öz ixtiyarı ilə qızılla təmin olunmayan pulları çap edə bilməz. Lakin ödəmə vasitələrinin defisiti likvidlik böhranı səbəbindən istehsalın azalmasına səbəb olur. == Tarixi == İlkin pul sistemləri tunc və daha sonra gümüşə əsaslanırdı. Təmiz gümüş standartı Orta Avropada VIII–XIV əsrlərdə mövcud olmuşdur. Ticarət əməliyyatlarının həcminin artması ilə birlikdə qızılı daha da tez-tez ödəniş vasitəsi kimi istifadə olunmağa başladı. XV əsrdən başlayaraq gümüşün qızıla sabit mübadiləsi olan bimetalizm quruldu. Metalların dəyərindəki tədrici dəyişikliyə görə, mübadilə məzənnəsi yenidən nəzərdən keçirilməli olurdu.
Standartlaşdırma
== Standartlaşdırmanın qısa inkişaf tarixi == Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal göstərmək olar: Misirdə fironlar piramidaların tikintisində 410x200x130 mm ölçüyə malik kərpiçlərdən istifadə etmələri, qədim Romada su çarxlarının katapultlarının (hərbi uçucu maşın) yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfindən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlar ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir. Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan "nisbi ölçülər prinsipi belə baş parmetrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dəfə 4200 il bundan əvvəl qədim Misirdə inşaat texnikasında katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış qurulmanı qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malikdir və bunsuz mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən qədim Misirdə piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı. Vavilon qülləsinin hündürlüyü 90m-dir. Onun tikintisində 85 mln.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan)

Verilənlərin şifrələnməsi standartı
Verilənlərin şifrələnməsi standartı (en. Data Encryption Standard — DES), (ru. Стандарт цифрования данных), (tr. Veri şifreleme standardı) - verilənlərin şifrlənməsi və şifrlərin açılması üçün nəzərdə tutulmuş mükəmməl alqoritmdir. 1976-cı ildə IBM şirkəti tərəfindən işlənib hazırlanmış, ABŞ-nin Milli Standartlar Bürosunda ( National Bureau of Standards National Institute of Standards and Technology ) sınaqdan keçirilmiş və 1980-ci ildə ABŞ hökuməti tərəfindən qəbul olunmuş bu standart dövlət və kommersiya qurumlarında mühüm, ancaq məxfi olmayan informasiyanın şifrlənməsi üçün nəzərdə tutulmuşdu. 64-bitlik verilənlər bloklarını 64-bitlik açarın köməyilə şifrləməyə imkan verir. Şəbəkədə eyni zamanda 14 min kompüterin birgə işinin nəticəsində şifrləri açmaq mümkün olmuşdur. Ona görə də 2000-ci ildə rəsmi olaraq AES standartı ilə əvəz olunmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı (Anti-Malware Testing Standards Organization) — zərərli proqramların test edilməsi metodologiyalarının keyfiyyətini, uyğunluğunu və obyektivliyini yüksəltmək məqsədilə 2008-ci ildə yaradılmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. == Məqsədlər == Təşkilat hazırda AMTSO saytına əsasən aşağıdakı vəzifələri göstərir: Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı müzakirələr üçün formun təmin olunması Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi üçün obyektiv standartlar və ən yaxşı təcrübələri inkişaf etdirmək və dərc etmək. Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı məsələlərin öyrənilməsi və məlumatlandırılmasının təşviqi. Standartlara əsaslanan test metodologiyalarına yardım etmək üçün alətlər və resursların təmin edilməsi. == İş fəaliyyəti == Təşkilat, AMTSO -nun xaricində müvafiq sənədləri birbaşa geniş saxlanılmasını təmin edən bir səhifə də daxil olmaqla, test üçün bəzi potensial faydalı resurslar yaratmışdır. == Xarici keçidlər == AMTSO main site Twitter account AMTSO blog Arxivləşdirilib 2013-07-03 at Archive.today Facebook page == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Beynəlxalq Maliyyə Hesabatı Standartları
Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS; IFRS ing. International Financial Reporting Standards) — xarici istifadəçilərin müəssisə ilə bağlı iqtisadi qərarlar qəbul etmələri üçün zəruri olan maliyyə hesabatlarının hazırlanması qaydalarını tənzimləyən sənədlər toplusu (standartlar və şərhlər). == Tarixi == Beynəlxalq səviyyədə maliyyə hesabatlarının istifadəsini təkmilləşdirmək və yaxınlaşdırmaq məqsədilə 1973-cü ildə bir sıra ölkələrin ictimai mühasibat uçotu və audit təşkilatları beynəlxalq peşəkar qeyri-hökumət təşkilatını - Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) yaratdılar. 1981-ci ildən etibarən IASB beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqində və beynəlxalq mühasibat uçotu ilə bağlı sənədlərin müzakirəsində tam müstəqildir. 2005-ci ildən etibarən Avropa Komissiyasının 2002-ci il qərarına əsasən, səhmləri Avropa birjalarında listinqdə olan bütün şirkətlər BMHS əsasında konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayırlar. 2001-ci ilin aprelində yenidən təşkilin bir hissəsi olaraq Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) IASB-ni əvəz etdi. 1973-cü ildən 2001-ci ilə qədər IASB standartları işləyib hazırlamış və onları Beynəlxalq Mühasibat Uçotu Standartları (BMS) adı altında buraxmışdır, 2001-ci ildən isə IASB Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (BMHS) adı altında yeni yaradılmış standartları buraxmışdır. 2002-ci ilin sentyabrında Norvolk sazişi baş tutdu, buna əsasən IASB və ABŞ Mühasibat Uçotu Standartları Şurası BMHS və ABŞ GAAP arasında yaxınlaşma memorandumu qəbul etdi və 2009-cu ildən etibarən BMHS üzrə hesabatların ABŞ GAAP ilə uyğunlaşdırılması tələbi oldu. == Standartların məqsədləri == Maliyyə hesabatı standartlarının məqsədi maliyyə hesabatlarının təqdim edilməsində fərqləri və şərh seçimlərini azaltmaq, məlumatların keyfiyyətini və müqayisəliliyini artırmaq, standartları birləşdirməkdir. Vahid standartlar müxtəlif şirkətlərin, o cümlədən beynəlxalq səviyyədə fəaliyyətini daha effektiv qiymətləndirməyə və müqayisə etməyə imkan verir.
Beynəlxalq Maliyyə Hesabatı Standartları Fondu
Beynəlxalq Maliyyə Hesabatı Standartları Fondu (BMHS Fondu) (ing. International Financial Reporting Standards Foundation (IFRS Foundation)) — 2001-ci ildə yaradılmış qeyri-kommersiya təşkilatı. == Yaradılma məqsədi == BMHS Fondu ictimai maraqlara xidmət edəcək müstəqil, qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır. Standartların qəbulunun xüsusi maraq qruplarından müstəqilliyini və dünya üzrə tərəfdaşlar qarşısında hesabatlılığı qorumaq üçün idarəetmə və standartların təsdiqi prosesi hazırlanır. == BMHS fondunun tarixi == BMHS Fondu 2001-ci ildə keçmiş BMHS sisteminin yenidən təşkili çərçivəsində yaradılıb və 2010-cu ilin yanvarında adını BMHS Fonduna dəyişib. BMHS Fondunun London (Böyük Britaniya) və Tokioda (Yaponiya) ofisləri var. BMHS fondunun strukturu: Müşahidə Şurası; IFRS Fondunun qəyyumları; — Standartlar üzrə Məşvərət Şurası; — IASB; — BMHS Şərhlər Komitəsi. == Müşahidə Şurası == Müşahidə Şurası 2009-cu il yanvarın 15-də Yeni Dehlidə (Hindistan) keçirilən iclasda maliyyə hesabatlarının forma və məzmununa cavabdeh olan kapital bazarı tənzimləyiciləri ilə BMHS Fondu arasında qarşılıqlı fəaliyyət məqsədi ilə yaradılmışdır. Müşahidə Şurasının funksiyaları: qəyyumların təyin edilməsində və təsdiqində iştirak, qəyyumların hərəkətlərinin məqsədəuyğunluğunun və qanuniliyinin qiymətləndirilməsi, məsuliyyət sahələrinin qəyyumlarla müzakirəsi, IASB-nin gündəliyinə ictimai maraq doğuran maliyyə hesabatlarının daxil edilməsi. Müşahidə Şurasının tərkibi: Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı, Avropa Komissiyası, Maliyyə Xidmətləri Agentliyi (Yaponiya), Qiymətli Kağızlar və Birja Komissiyası, Qiymətli Kağızlar Komissiyası (Braziliya), Cənubi Koreya Maliyyə Xidmətləri Komissiyası, Bank Nəzarəti üzrə Bazel Komitəsi müşahidəçi qismində.
Beynəlxalq maliyyə hesabatı standartları şurası
Beynəlxalq maliyyə hesabatı standartları şurası (ing. International Accounting Standards Board) — 2001-ci ildə yaradılmış Beynəlxalq Maliyyə Hesabatlarının Standartları Fondunun (BMHS) müstəqil orqanı. BMHSŞ-nin üzvləri BMHS-ların işlənib hazırlanmasına və dərc edilməsinə və onların şərhlərinin təsdiqinə cavabdehdirlər. İnkişaf prosesində müzakirə üçün sənədlər, standartların layihələri dərc olunur, şərhlər qəbul edilir. == Tarixi == Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası 2001-ci ildə Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsinin yenidən təşkili yolu ilə yaradılmışdır . Ofis Londonda, Böyük Britaniyada yerləşir. == BMHSŞ-nin tərkibi == Şura BMHS Fondunun Qəyyumları tərəfindən təyin edilən 12 daimi üzvdən ibarətdir: == BMHSŞ məqsədləri == BMHSŞ-nin məqsədləri mühasibat uçotu standartları toplusunu hazırlamaq və qəbul etmək, həmçinin bütün dünyada maliyyə hesabatı standartlarının maksimum yaxınlaşmasını təmin etmək üçün milli orqanlarla fəal əməkdaşlıq etməkdir. == BMHSŞ funksiyaları == Məqsədlərə əsasən IASB-nin funksiyaları müəyyən edilir: nəticə çıxarmaq üçün əsasların nəşri, şərhlərə baxılması üçün qaydaların hazırlanması və dərc edilməsi, standart layihələrinin və standartların özlərinin hazırlanması və nəşri. == Məsləhətçi orqanlar == BMHSŞ müxtəlif sənaye və coğrafiyalardan olan maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq üçün birgə işləmək üçün müntəzəm olaraq rəsmi məsləhət orqanları yaradır. Bu qurumlarla birgə iclaslar açıq keçirilir və qeydə alınır.

Digər lüğətlərdə