SUALTI TƏDQİQATLAR GƏMİSİ

Okean və dənizlərin müxtəlif dərinliklərində elmi-tədqiqat işləri aparmaq üçün təxsis edilmiş özüyeriyən cihaz.
SUALTI KANYONLAR
SUAŞIRAN
OBASTAN VİKİ
Xankəndi sualtı tikinti gəmisi
"Xankəndi" sualtı tikinti gəmisi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır. "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. 6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur.
Sualtı adaları
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Sualtı arxeologiya
Sualtı arxeologiya — suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir.Bu sahənin qəbulu sualtı ərazilərə daxil olmaq və işləməkdəki çətinliklər və arxeologiyanın sualtı ərazilərə tətbiqi ilkin olaraq gəmi qəzası zamanı xilas edcilərin inkişaf etdirdiyi bacarıq və alətlərdən irəli gəldiyi üçün nisbətən gec bir inkişaf yolu keçmişdir. Nəticədə sualtı arxeologiya əvvəlcə özünü həqiqi arxeoloji tədqiqat kimi təsdiqləmək üçün mübarizə apardı. 1980-ci illərin sonlarında universitetlər fənni tədris etməyə başlayanda və alt fənn üçün nəzəri və praktiki baza möhkəm qurulduqda bu dəyişdi. Sualtı arxeologiyanın indi dəniz arxeologiyası da daxil olmaqla bir sıra formaları var: keçmiş insan həyatının, davranışlarının və mədəniyyətlərinin və onların dənizdə, ətrafında, mənsəblərdə və çaylarda fəaliyyətlərinin elmi əsaslı öyrənilməsi. Bu, ən çox duzlu və ya şirin suda, ətrafında və ya altında tapılan və ya su ilə örtülmüş çöküntünün altında basdırılmış qalıqlardan istifadə etməklə həyata keçirilir. Son illərdə sualtı aviasiya arxeologiyası adı altında su altında qalan İkinci Dünya Müharibəsi sahələrinin və su altında qalan təyyarələrin tədqiqi də əsas fəaliyyət kimi ortaya çıxmışdır. Sualtı arxeologiyanın tədqiqat sahəsi yalnız gəmi qəzalarının tədqiqi ilə məhdudlaşmır. Port Royal və İsgəndəriyyəni dağıdan zəlzələlər və ya kontinental miqyasda daha geniş yayılmış iqlim dəyişiklikləri kimi yerli seysmik hadisələr səbəbindən dəniz səviyyəsindəki dəyişikliklər, bir vaxtlar quruda olan bəzi insan işğal sahələrinin indi su altında qalması deməkdir. Son buz dövrünün sonunda Şimal dənizi böyük düzənlik idi və antropoloji material, eləcə də mamont kimi heyvanların qalıqları bəzən trol gəmiləri tərəfindən çıxarılır. Həmçinin, bəşər cəmiyyətləri həmişə sudan istifadə etdiyinə görə, bəzən bu cəmiyyətlərin su altında qurduqları tikililərin qalıqları (məsələn, körpülərin özülləri, körpülər və limanlar) quru torpaqda izlər itirildikdə hələ də mövcud vəziyyətdə qalır.
Atom gəmisi
Atom gəmisi - nüvə-güc qurğusu ilə işləyən gəmilərin ümumi adı. Müxtəlif təyinatlı mülki və hərbi Atom gəmiləri (buzqıran gəmi, tanker, sualtı gəmi, aviasiya gəmisi və s.) olur. Güc qurğuları üzvi yanacaqla işləyən gəmilər ilə müqayisədə atom gəmiləri əlahiddə üzmə və yüksək gediş sürətini uzun müddət saxlama qabiliyyətinə malikdir. İlk dəfə 1950-ci ildə sualtı gəmini nüvə energetika qurğusu ilə təchiz etməklə yüksək taktiki-texniki göstəricilərə (suyun altında 80 km/saat sürətlə hərəkət, 1000 m-ədək dalma dərinliyi, suyun, o cümlədən buzun altında limanlara çıxmadan uzaq ölkələrə üzmə qabiliyyəti) nail olundu. Güc qurğusuna istilik neytronları, yaxud cəld neytronlarla işləyən nüvə reaktoru, reaktorda hasil olunan istiliyi mexaniki və ya elektrik enerjisinə çevirən buxar, yaxud qaz turbinli enerji qurğusu daxildir. Avar vintləri turbinlə, yaxud da elektrik mühərriki ilə hərəkətə gətirilir. Atom gəmisinin nüvə-energetika qurğusu adi atom-elektrik stansiyası kimi bir, iki və üç konturlu istilik sxemi ilə işləyə bilər. İstilikdaşıyıcı və işlək cism kimi su, su buxarı, qaz, maye metallar və üzvi maddələr tətbiq edilir. Nüvə-güc qurğusu ilə buzqıran gəmilər, yük, yük-sərnişin gəmiləri, konteyner daşıyan gəmilər, sualtı gəmilər, yedək və elmi tədqiqat gəmiləri təchiz olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Azərbaycan gəmisi
Azərbaycan — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Azərbaycan" gəmisinə həsr olunmuşdur.
Bandırma gəmisi
Bandırma gəmisi Mustafa Kamal Atatürkü 9. Ordu Müfəttişi olaraq qurmayları ilə birlikdə İstanbuldan Samsuna gətirən gəmidir. == Gəminin tarixi == Gəmi 1878-ci ildə Şotlandiya 'nın Qlazqo şəhərində Mac. Intyre Paisley — Huston və Cardett tersanedə 21 ədəd 279 ədəd gross tonnaj ilə tikilmişdir. Gəminin ilk sahibi Dussey və Robinson gəmi 5 il Torocaderto adı altında qaçdı . 1883-ci ildə Yunanıstan 'dakı H. Psicha Preus Firmasına satıldı. Kymi adını alaraq, gəminin Londonda qeydiyyatı Piraeus Limanına aparıldı. 1890-cı ildə H. Psicha Preusvə başqa Yunanıstan şirkəti, Cap. Şirkətə satılan Andereadis , 12 dekabr 1891-ci ildə təsadüfən batmışdı, eyni ilində, Mişa Rama Derasimo şirkətinin adı İstanbul Limanında qeydiyyatdan keçmiş olan İstanbulun adı və adı . 1894-ci ildə o zamanki Deniz Yolları işlətməsi mənasını verən İdarə-i Mahsusa " ya nəql edilmiş və Türk bayrağı çəkilərək, adı Panderma olaraq dəyişdirilmişdir.
Biql gəmisi
Biql gəmisi – Çarlz Darvinin təkamül nəzəriyyəsini yaratmasına təməl olan araşdırma gəzintisinə çıxdığı ingilis Krallıq donanması gəmisi. Adını bir it cinsindən alan bu gəmi 10 toplu bir müharibə gəmisidir. 11 may 1820-ci il tarixində Temza çayındakı Vulviç limanında istehsalı başa çatdıralaraq ingilis Krallıq Dəniz Qüvvələrində xidmətə başlamışdır. Daha sonralar bir araşdırma gəmisi olaraq həvalə edilən gəmi ikincisində Çarlz Darvinin də olduğu üç araşdırma gəzintisində istifadə edilmişdir. Gəmi Çarlz Darvinin qatılmış olduğu ikinci gəzinti sayəsində dünya dənizçilik tarixinin ən məşhur dəniz vasitələrindən biri halına gəlmişdir. Çarlz Darvinin qatıldığı 24 oktyabr 1831-ci il tarixində başlayan ikinci elmi araşdırma gəzintisi Plimut limanından başlamış, Cənubi Amerikadakı araşdırmaların ardından Yeni Zelandiya üzərindən İngiltərə qayıdılması surəti ilə 2 oktyabr 1836 tarixində tamamlanmışdır. Odlu Torpağın cənubundakı Biql boğazı adını bu gəmidən almışdır.
Buxar gəmisi
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. == Xüsusi çəkisinə görə uçan gəmilərin təsnifatı == Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Helikopter gəmisi
Helikopter daşıyıcısı və ya Helikopter gəmisi əməliyyat baxımından vertolyotdan istifadə edən bir təyyarədaşıyıcı növüdür. Helikopter daşıyıcılarında gəminin çox hissəsini əhatə edən və gəminin uzununa uzanmış olan uçuş göyərtəsi mövcud olur. Bu gəmilərə misal olaraq Britaniya Kral Donanmasının HMS Ocean, Sovet Donanmasının Moskva sinfi və ya Çin Hərbi Dəniz Qüvvələrindin Tip 0891A gəmilərini vermək mümkündür. Bu gəmilərdə adətən təyyarələrin saxlanması üçün anqarlar da mövcud olur. XXI əsrdə sırf helikopter daşımaq üçün nəzərdə tutulmuş olan helikopter daşıyıcılarından danışmaq çətindir. Harrier və F-35 kimi şaquli qalxan və enən STOVL təyyarələrinin yaranması təsnifatı daha da çətinləşdirmişdir. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrindəki Wasp sinifli gəmilər altı-səkkiz Harrier və 20-dən çox helikopter daşıya bilər. Müasir dövrdə yalnız təyyarə daşıya bilməyən kiçik helikopter daşıyıcıları və köhnə helikopter daşıyıcıları əsl helikopter daşıyıcıları sayıla bilərlər. Bir çox hallarda, şaquli qalxma və şaquli enmə həyata keçirdə bilən STOVL təyyarələrini daxilində yerləşdirən gəmilər "yüngül təyyarə daşıyıcıları" kimi təsnif edilirlər. Wasp sinfi kimi gəmilər həmçinin dəniz piyadaları kimi qoşun növləri ilə desant əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malikdirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mirnı gəmisi
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Müşayiət gəmisi
Müşayiət gəmisi və ya müşayiət aviadaşıyıcısı, Bu, II Dünya Müharibəsi zamanı Kral Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Yapon İmperator Donanması və Yaponiya İmperator Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən kiçik və yavaş tipli təyyarə gəmisi idi. Onlar adətən daha böyük donanma gəmilərinin uzunluğunun yarısı uzunluğunda olan və subasımının üçdə bir həcmində, daha yavaş sürətə, daha az təyyarə daşıma qabiliyyətinə və daha yüngül silah və zirehlərə malik idilər. Müşayiət gəmiləri daha ucuz idi, çünki onlar əsasən kommersiya gəmisinin gövdəsi üzərində inşa olunurdular və istənilən vaxt tez bir zamanda tikilə bilərdilər. Donanma gəmilərinin sayca az olması şəraitində onlara müvəqqəti olaraq çoxlu sayda vəzifələr verilirdi və bu da onların üstünlüyü idi. Bununla belə, mühafizənin olmaması müşayiət gəmilərini həssas vəziyyətə salırdı və bəziləri məhz buna görə batırılmışdır. Yüngül təyyarədaşıyıcılar bir çox cəhətlərinə görə müşayiət gəmilərinə oxşar bir konsepsiya idi, lakin donanma gəmiləri ilə birlikdə xidmət etmək üçün lazım olan daha yüksək sürətə sahib idilər. Müşayiət gəmiləri donanma gəmiləri, döyüş gəmiləri və kreyserlərdən ibarət olan əsas qüvvələr ilə ayaqlaşa bilməyəcək qədər yavaş idilər. Bunun əvəzinə, konvoyları müşayiət etmək və onları düşmən sualtı qayıqlarının və təyyarələrinin törədə biləcəyi təhdidlərdən mühafizə etmək üçün istifadə olunurdular. Materik Avropası və Sakit Okean adalarına edilən hücumlarda müşayiət gəmiləri amfibiya əməliyyatları zamanı quru qüvvələrinə yaxın hava dəstəyi verirdilər. Müşayiət gəmiləri, donanma gəmilərinə əlavə təyyarələrin daşınması və bütün hərbi xidmətlərin çatdırılma məntəqələrinə çatması üçün bərə təyyarələrinin daşınması kimi müxtəlif missiyalarda da istifadə edilmişdirlər.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı.
Vandal gəmisi
Vandal — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Vandal" gəmisinə həsr olunmuşdur.
Vostok gəmisi
Vostok — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Faddey Bellinshauzenin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi ilk dəfə Sankt-Peterburqda 1818-ci ildə istifadəyə verilmişdir. 19 iyul 1819-cu ildə "Vostok" gəmisi II ranq gəmi kapitanı Faddey Bellinshauzenın və Mirnı gəmisinda isə Mixail Lazarevin rəhbərliyi ilə Kronştatdan dövrü düyna antarktik ekspedisiyasına yollanırlar. Onlar artıq 28 yanvar 1820-ci ildə Antarktida sahillərinə çatırlar. Sidneydə təmirdən sonra Sakit okeanın tropik hissəsində bir qədər üzdükdən sonra 12 noyabr tarixində kurs yenidən Antarktidaya götürülür. 22 yanvar 1821-ci ildə gəmilər 69° 53' c.e və 92° 19' q.u çatır. 5 avqusta çətin səyahətdən sonra gəmilər Kronşatata qayıdır. 751 gün ərzində 49723 mil (92300 km) məsafə qət edir. Bu ekspedisiyanın əhəmiyyəti atlıncı materikin kəşfi olmuşdur. Üstəlik 29 ada kəşf olunuş və çətin okeanoloji işlər görülmüşdür.
Xəstəxana gəmisi
Xəstəxana gəmisi — Əsasən hərbi məqsədlər üçün istifadə olunan və daxilində müxtəlif növ tibbi xidmətlərin göstərildiyi gəmi növü. Xəstəxana gəmiləri döyüş bölgələrinə yaxın sularda hərəkət etməklə yaralanmış şəxslərə mobil tibbi yardımlar göstərilməsi üçün istifadə olunur. Xəstəxana gəmilərinə atəş açmaq və ya onları qəsdən batırmağa cəht göstərmək hərbi cinayət sayılır. Haqqa müavilələrində xəstəxana gəmiləri ilə bağlı bir necə müddəalar mövcuddur.
Xətt gəmisi
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. Смит П. Ч. Закат владыки морей.
Yanğınsöndürmə gəmisi
Yanğınsöndürmə gəmisi (ing. Fireboat) - Sahil ərazilərinə yaxın yerlərdə və ya dəniz, okean sualarında baş vermiş yanğınların söndürülməsində istifadə olunan gəmi növü.
Titanik gəmisi
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Nuhun gəmisi
Nuhun gəmisi (ivr. ‏תיבת נח‏‎; ibranicə: Tevat Noaḥ ) — Yaradılış kitabındakı tufan hekayəsindəki gəmi. Bu gəmi vasitəsilə Tanrı Nuhu, onun ailəsini və bütün dünya heyvanlarını qlobal daşqından xilas edir. Yaradılış kitabındakı hekayə Mesopotamiyada yaranan əvvəlki tufan miflərinə əsaslanır və Quranda müxtəlif dəyişikliklərlə təkrarlanır, burada gəmi Safinat Nūḥ (ərəb. سَفِينَةُ نُوحٍ‎) v' və əl-fulk (ərəb: الفُلْك) kimi görünür. İosif Flavi kimi erkən xristian və yəhudi yazıçıları Nuhun gəmisinin mövcud olduğuna inanırdılar, baxmayaraq ki , Nuhun gəmisi üçün ən azı Yevsevi dövründən (təxminən 275-339) uğursuz axtarışlar aparılmışdır. Gəmiyə inananlar müasir dövrdə də onu axtarmağa davam edirlər, lakin Gəminin mövcudluğuna dair hələ ki, heç bir elmi dəlil tapılmamışdır və həmçinin qlobal daşqına dair da elmi dəlillər mövcud deyil. Bibliyada təsvir edilən gəmi və təbii fəlakət fiziki imkansızlıqlardan və qeyri-adi anaxronizmlərdən asılı olmuşdur Bəzi tədqiqatçılar hesab edirlər ki, Yaxın Şərqdə real daşqın hadisəsi potensial olaraq şifahi və sonradan yazılmış hekayələrdən ilhamlanmışdır: Fars körfəzindəki daşqın və ya 7500 il əvvəl Qara dəniz daşqını belə bir tarixi namizəd kimi irəli sürülüb.
Qamışlar gəmisi
Qamışlar gəmisi ( ivr. ‏תבת גמא‏‎, tebat qome) — Bilbiyada "Çıxış" kitabında Musanın tapılması kimi tanınan epizodda körpə Musanı daşıyan qab. Üç aylıq körpə Musanın olduğu gəmi Misirin hər bir ibrani oğlan uşağı boğmaq mandatından qorumaq üçün çayın (ehtimal olunur ki, bu, Nil çayıdır) kənarında qamışların içinə yerləşdirilmişdi və orada Fironun qızı tərəfindən aşkar edilmişdir.