Bəzən bu kəlmənin mənşəyini su və vermək sözləri ilə əlaqələndirməyə üstünlük veririk, amma mənbələrdə söz suvğar kimi qeydə alınıb. -ğar şəkilçisi adlardan feil düzəldib (indi qabğar kəlməsində qalır): közğər (göstər), çinğar (həqiqət axtarıb tapmaq), qutğar (xilas etmək), otqar(otarmaq) və s. Deməli, suvarmaq kəlməsi suvğar sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)