SÜRÜŞMƏ

Ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin (yaxud torpağın bir hissəsinin) yamac boyu aşağı sürüşərək yerini dəyişməsi. S. ən çox suyadavamlı süxur qatları ilə suyu tez keçirən süxur qatları üst-üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması S. əmələ gətirir. S. abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində aktivləşir. S. əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında S.-lər Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır.
SÜNİ GÖL, NOHUR
ŞEH
OBASTAN VİKİ
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə gərginliyi
Sürüşmə gərginliyi və ya kəsmə gərginliyi: Ümumi simvol: τ BS-də vahidi: paskal Digər kəmiyyətlərdən alınması: τ =F/A Kəsmə gərginliyi (çox vaxt τ ( yunanca : tau ) ilə işarələnir) material kəsiyi ilə paralel gərginliyin tərkib hissəsidir. O, materialın kəsişməsinə paralel qüvvə vektorunun komponenti olan kəsmə qüvvəsindən yaranır. Normal gərginlik, əksinə, təsir etdiyi materialın kəsişməsinə perpendikulyar olan qüvvə vektor komponentindən yaranır. Orta kəsmə gərginliyini τ və ya vahid sahəyə düşən qüvvəni hesablamaq üçün düstur: τ =F/A burada: F = tətbiq olunan qüvvə;A = en kəsiyi sahəsi. İştirak edilən sahə, tətbiq olunan qüvvə vektoruna paralel olan maddi üzə, yəni qüvvəyə perpendikulyar səthin normal vektoru ilə uyğun gəlir.
Sürüşmə (film, 1991)
Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
2019 Abankayda torpaq sürüşməsi
2019 Abankayda torpaq sürüşməsi — 27 yanvar 2019-cu ildə Perunun Abankay şəhərində baş vermiş torpaq sürüşməsi. Hadisə nəticəsində toy mərasimi keçirilən otelin bir hissəsinin çökməsi zamanı ən azı 15 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdır. 100 nəfərin iştirak etdiyi "Alhambra" mehmanxanasında baş verən torpaq sürüşməsi otelin yıxılmasına səbəb olmuşdur. Torpaq sürüşməsi günün əvvəlində baş verən aramsız yağışların nəticəsində baş vermişdir.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. Kişi — Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı — əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl — sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Torpaq sürüşməsi
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Kolka–Karmadon buz və qaya sürüşməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər. 20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Şovidə torpaq sürüşməsi
Şovidə torpaq sürüşməsi (gürc. შოვის ტრაგედია) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən olan Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yerləşən Şovi kurort qəsəbəsində 2023-cü ilin 3 avqust tarixində, yerli vaxtla saat 16:00-da baş vemriş torpaq sürüşməsi. Kurort qəsəbəsində insanların çox olduğu vaxtda baş verən sürüşmə nəticəsində 33 nəfər həlak olub. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva adlı Gürcüstan azərbaycanlısı, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var. Torpaq sürüşməsinin Şovi qəsəbəsinin şimal hissəsində yerləşən Sunset Shovi otel kompleksinin ərazisinsdən başladığı bildirilir. 2023-cü ilin 3 avqust tarixində baş vermiş torpaq sürüşməsi nəticəsində ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.
Freyd sürüşməsi
Freyd sürüşməsi və ya parapraksis — psixoanalizdə şüursuz itaətkar bir arzunun və ya daxili düşüncə qatarının müdaxiləsi nəticəsində meydana gələn nitq, yaddaş və ya fiziki fəaliyyətdə səhv. Klassik nümunələrə dil sürüşmələrini aid edilir, lakin psixoanalitik nəzəriyyə eyni zamanda yanlış oxunuşları, səhv eşitmələri, səhv yazıları, müvəqqəti unutmaları və obyektlərin səhv salınması və itirilməsini əhatə edir. == Tədqiqi == 1979-cu ildə aparılan bir tədqiqatda hər iki stimulla əlaqəli mənalı spunerizmlərə malik sözlərin siyahısını oxumaq üçün seksuallıq və ya elektrik şoku ilə əlaqəli bir stimulla hazırlanmış kişi test iştirakçılarının iştirakı ilə Freyd sürüşmələri araşdırılmışdır. Hazırlanmış iştirakçılar xüsusi stimulla əlaqəli daha yüksək spunerizmlərə sahib idilər. == Alternativ izahatlar == Psixoanalitik nəzəriyyəçilərdən fərqli olaraq, koqnitiv psixoloqlar deyirlər ki, linqvistik sürüşmələr qrammatik istehsalda ardıcıllıq münaqişəsini təmsil edə bilər. Bu baxış bucağından sürüşmələr müxtəlif formalarda – diqqətsizlik, natamam duyğu məlumatları və ya qeyri-kafi biliklər ala bilən koqnitiv spesifikasiyadan qaynaqlana bilər. İkincisi, onlar əvvəlki istifadə, son aktivləşdirmə və ya emosional dəyişiklik və ya vəziyyətə çağırış şərtləri ilə güclü şəkildə əsaslandırılmış bəzi yerli uyğun cavab modelinin mövcudluğu ilə bağlı ola bilər. Bəzi cümlələr sadəcə olaraq banallaşma prosesinə həssasdır: arxaik və ya qeyri-adi ifadələrin daha çox istifadə olunan formalarla əvəzlənməsi. Başqa sözlə, səhvlər güclü vərdişlərin dəyişdirilməsi ilə bağlı idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bloom, J. (2007, October).

Digər lüğətlərdə