Yorğanı sırıyırlar, sırımaq “sarımaq” (bərkitmək) sözü ilə qohumdur. Bir şeyi bir adama sırıyırıq. Bu da bərkitmək (ilişdirmək) deməkdir. Bəzi türk dillərində стягивать sözünü sıxmaq kimi tərcümə edirlər. Türkmən dilində стегать kəlməsi sıqtır sözü ilə tərcümə olunub. Sırışkak isə “цепляющийся” mənasındadır. Deməli, yorğanı sırımaq məhz “sıxmaq (bərkitmək)” deməkdir. Sırımaq sözünün məcazi mənası da var, o da “ilişdirmək” anlamına uyğun gəlir. Sırımaq “связывать” mənasında işlədilmiş sıq sözü ilə də qohum ola bilər. Sap (нить) sözü də həmin sıq kəlməsi ilə bağlıdır. Deməli, sırımaq “sapla, iplə bərkitmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)