sığmazlıq
sığorta
OBASTAN VİKİ
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Sığnaq (Gürcüstan)
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. == Tarix == Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sığnaq bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
Sığnaq qəzası
Sığnaq qəzası (rus. Сигнахский уезд; gürc. სიღნაღის მაზრა siğnağis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sığnaq şəhəri idi. == Tarix == 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22 aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26 dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi. == Əhali == Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14 aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.

Digər lüğətlərdə

кресс монументали́ст отбо́йщик постула́т проститу́тка вя́щий генерализова́ться ежедне́вно загово́рщицки зимова́ние небо с овчи́нку показалось самопозна́ние створа́живать куплет оратай пестер knighthood locked neuropathology voluptuous вспучиться жалейка квартальный опубликовать разводка