SƏS-KÜY Birdən koridorda səs-küy qopdu (M.S.Ordubadi); ÇIĞIR-BAĞIR [Maral:] Səs-küy salan mənəm, ya özüdü? Çığır-bağırdan qulaq tutulur ki.. (S.Rəhman); QALMAQAL Dışarıda isə qalmaqal qopmuşdu (M.Hüseyn); QARAQIŞQIRIQ Bağırdım səsim gəldi; –Nə qaraqışqırıq salmısan? (R.Rza); QARĞAŞA (dan.) Ondan sonra mənim qarğaşam daha da çoxaldı (B.Bayramov); VƏLVƏLƏ O gecəki vəlvələdən ancaq bunu görə bildim (A.Şaiq); VUR-ÇATLASIN Mən iclasa gedirəm, vur-çatlasın, qalmaqal.. (X.Rza); HAYKÜY (bax).