tünd
tüpürmək
OBASTAN VİKİ
Tüpürcək
Tüpürcək və ya ağız suyu ― tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir. Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır. İnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.
Tüpürcək vəziləri
Tüpürcək vəziləri (lat. glandulae salivariae) — ağız boşluğunda tüpürcək ifraz edən vəzilər. İnsanlarda dilin, damağın, yanaqların və dodaqların selikli qişasında çoxsaylı kiçik tüpürcək vəziləri ilə yanaşı, 4 cüt iri tüpürcək vəziləri var: parotid, alt çənəaltı, dilaltı və boru. == Ümumi funksiyaları == ekzokrin - zülalın və tüpürcəyin selikli komponentlərinin ifrazı; endokrin - hormonabənzər maddələrin ifrazı; filtrasiya - qan plazmasının maye komponentlərinin kapilyarlardan tüpürcəyə filtrasiyası; ifrazat - metabolik son məhsulların sərbəst buraxılması. Tüpürcək vəzilərinin ən çox yayılmış xəstəlikləri sialadenit, sialolitiaz, parotitdir .
Tüpürcəkqabı
Tükürcəkqabı (ing. spitton) - Əsasən tütün istifadəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş və ictimai məkanlarda XIX-XX əsr müddətində mövcud olmuş əşya. Tüpürkcəkqaplarından istifadə Amerika Birləşmiş Ştatları başda olmaqla Şimali Amerikada və Böyük Britaniya başda olmaqla Avropada geniş yayılmışdır. XIX əsrdə insanların yerə və küçəyə tüpürməkləri ədəbsizlik sayıldığından xüsusi qablardan istifadə olunmuşdur. XX əsrin ortalarından etibarın tüpürcəkqablardan istifadə unudulmuşdur.

Digər lüğətlərdə