Təkəli (Dərəçiçək)
Təkəli — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd
.
Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində
yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Təkərli kimi də göstərilir.
Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi əsasında
yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz
qoyulmuşdur.
Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543
nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır.