tərzi-ifadə 2021
tərzi-tələffüz 2021
OBASTAN VİKİ
Təfəkkür
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Təfəkkür Universiteti
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. “Təfəkkür” Universiteti haqqında Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Təfəkkür fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
Tənqidi təfəkkür
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s. Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Tərzi Əfşar

Təfəkkür Universiteti (Bakı)
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. “Təfəkkür” Universiteti haqqında Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Vampir həyat tərzi
Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da, bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir. Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.
Üç tərzi siyasət
"Üç tərzi siyasət" (türk. Üç Tarz-ı Siyâset) — türk millətçiliyinin ideoloqlarından olmuş Yusif Akçura tərəfindən yazılmış məqalə. "Üç tərzi siyasət" Yusif Akçura 1904-cü ildə Qahirədə "Türk" adlı qəzetdə qələmə aldığı məqalədir. Daha sonra kitab olaraq nəşr edilmişdir. Yusif Akçura Osmanlı dövlətinin təməl dövlət siyasəti olaraq Osmanlıçılıq, Panislamizm, Türkçülük olmaqla 3 siyasəti müqayisə edərək incələmişdir. Yusif Akçura "Üç tərzi siyasət" əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib: Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək Yusif Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi. Yusif Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır.
Sağlam həyat tərzi
Sağlam həyat tərzi — insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzi. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik (məşq, idman və s.), psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir . Həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir — gənclikdə formalaşmış vərdişlər çox vaxt yetkinlik dövründə də davam edir. Ümumdünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər vaxtından əvvəl ölüm hallarının 70%-nə səbəb olur, buna görə də sağlam həyat tərzinin mühüm hissəsi olan sağlamlığın təşviqi vacibdir və ÜST tibbi yardım göstərməklə yanaşı, ilk növbədə sağlam həyat tərzinin təbliğinə və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına yönəlmiş ilkin səhiyyə xidmətlərinin tətbiqinə inanır. Sağlam həyat tərzi üçün ən vacib məqamlar aşağıdakılardır: siqaretdən imtina; alkoqol və hər cür narkotiklərdən imtina; balanslaşdırılmış qidalanma; fiziki aktivlik, azhərəkətli (oturaq) həyat tərzindən imtina. Qeyri-sağlam həyat tərzi və eyni zamanda qeyri-infeksion xəstəliklərin riskini artıran amillərə daxildir: düzgün qidalanmamaq, oturaq həyat tərzi (fiziki fəaliyyətin aşağı səviyyədə olma), siqaret çəkmə, alkoqoldan sui-istifadə, kofeinin həddindən artıq istehlakı (qəhvə, çay, enerji içkiləri), nizamsız yuxu rejimi, həmçinin stresslə mübarizəyə uyğunlaşa bilməmək. Tədqiqatlar göstərir ki, sağlam həyat tərzi orta ömür müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Almaniyada aparılan bir araşdırma göstərir ki, sağlam həyat tərzi 40 ildən sonra gözlənilən ömür uzunluğunun 13–17 il artması ilə əlaqələndirilir. ABŞ -da aparılan bir araşdırma 50 ildən sonra gözlənilən ömür uzunluğunun 12–14 il artdığını göstərir . Siqaret çəkmənin nəticəsi orta hesabla 10 il ömrünün azalmasıdır.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həm də gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. == Maddi-texniki bazası == Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. == Beynəlxalq əlaqələri == "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. == Bağlanması == 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. == İstinadlar == == Mənbə == “Təfəkkür” Universiteti haqqında == Xarici keçidlər == Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.

Digər lüğətlərdə