təhvilvermə
təxəllüslü
OBASTAN VİKİ
Təxəllüs
Təxəllüs (ərəbcədən tərcüməsi, təxmis edilmiş, yəni götürülmüş ad) - adətən şairlərin, yazıçıların, rəssamların və digər şəxslərin işlətdikləri obrazlı ləqəb, ad. Hazırda internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısaca, niklərə rast gəlmək olur. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini gizli saxlamaq funksiyası daşımışdır. Vurğun — Səməd, şair Elçibəy — Əbülfəz, siyasətçi Mayıl — Hüseyn, şair Sani — Süleyman, yazıçı Rövşən — Ramiz, şair Sərraf — Şiruyə, şair Sultan - Hakim, jurnalist Aqil — İman, şair Ləqəb Aydın Paşayev, "Azərbaycan təxəllüslərinin izahlı sözlüyü", Bakı, "Elm və təhsil", 2014.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Əli (təxəllüs)
Əli — Dünyada daha çox işlədilən kişi adı və təxəllüs.[mənbə göstərin] Əli — Məhəmmədin əmisioğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Əli Bayramov Əli Bayramov (inqilabçı) — Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz Əli Bayramov (sahibkar) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bozan Əli Əsədov — Azərbaycan Respublikası onuncu baş naziri Əli Məmmədov Əli Məmmədov — Kaskadyor. Trük quruluşçusu. Aktyor. Döyüş səhnələrinin quruluşçusu. Filmlərdə iştirak edən. Əli Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Göyçəli (təxəllüs)
Göyçəli — təxəllüs. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü. Niftalı Göyçəli — Azərbaycan şairi, yazıçı. Muxayıl Göyçəli — şair. Aşıq Hacı Göyçəli — aşıq. Aşıq Bəhmən Göyçəli — ustad aşıq, şair. Məcnun Göyçəli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həsən Göyçəli — şair.
Hüsnü təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir == Haqqında == Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş. Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. == Həmçinin bax == Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika == Mənbə == "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya).
Hüsni təxəllüs

Təxəllüsü "Mixaylo" (2008)
Təxəllüsü "Mixaylo" (film, 2008)
Təxəllüsü Mixaylo — "Salnamə" sənədli filmlər studiyası tərəfindən istehsal olunan rejissor Tahir Əliyevin eyni adlı filmi. Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı ilə bağlı faktlardan və əvvəllər məlum olmayan hadisələr əsasında qurulmuşdur. Filmdə qəhrəmanın keçdiyi şərəfli döyüş yolu bir daha vərəqlənir. Film Mehdi Hüseynzadənin 90 illiyinə həsr edilib. Mehdinin 10 nəfərə yaxın partizan yoldaşı lentə alınıb. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak etdiyi vaxt sevdiyi qız Anjelika indi də sağdır. Sloveniyalı bu qızın əsl adı Anjelidir. O, filmdə ilk dəfə Azərbaycan tamaşaçısına təqdim olunur. Çəkilişlər üç aya yaxın müddətdə davam edib. 2010-cu ildə film Sloveniyada nümayiş etdirilib.

Digər lüğətlərdə