TAĞ

TAĞ I is. [ ər. ] Bostan bitkilərinin gövdəsi. Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldır, yaşıl (Aşıq Ələsgər).

TAĞ II is. [ ər. ] Qaşın əyrisi. Bəstə boyu, ağ əndamı, gül üzü; Baxdıqca qaşının tağı şirindir (Aşıq Ələsgər).

TAĞ III is. Bəzi binaların yarımdairə şəklində olan damı. Körpünün aşağısında sudan qalxan enli kərpic tağların içində otaqlar da var (İ.Şıxlı).

TAĞ IV is. Saçın iki hissəyə ayrılan yeri. Tavuz lələyidir saçının tağı; Xoruz pipiyindən aldır dodağı (Şəhriyar).

TAB
TAXTA

Значение слова в других словарях