Pinus tabuliformis
Çin qırmızı şamı (lat. Pinus tabuliformis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Çin qırmızı şamı ağacdır, 25 m-ə qədər hündürlüyə çata bilir, çətiri geniş-dir, yastıdır, dirək gövdəsi çox qısadır, yoğundur (80 sm). Gövdəsinin qabığı tünd-boz rəngli, qırışlı, şırımlıdır, qırmızımtıl lövhəciklərlə qoparaq tökülür. Yoğun budaqların qabığı qırmızıdır, cavan zoğlar zəif narıncı, sarımtıl və ya açıq-bozumtul sarı rənglidir, əvvəlcə qrovla örtülüdür, sonra isə açıq-qəhvəyi çılpaqdır. Tumurcuqları uzunsov, itiuclu, (8–11 mm uzunluğunda), açıq-qəhvəyi rəngli, qatransız və ya zəif qatranlıdır. Pulcuqları sıxdır, qısılmışdır, qatransız və ya az qatranlıdır, ensizdir, kənarlardan saçaqlıdır. İynəyarpaqları düz və ya bir-birindən aralanandır, dəstələrdə əksərən 2, bəzi hallarda isə 2-3 ədəd zoğların ucunda olur, bərkdirlər. İynələrin uuzunluğu 10-15 sm, nazikdir, itidir, kənarı narın dişlidir, əksər hallarda boz-yaşıl, boz-mavi rənglidir, ağızcıq xəttləri hər 2 tərəfdə vardır, boruları 2 dəstəli, qatran kanalı kənarlarda və ya arada (ortada) epidermisdə yerləşir, konusvarıdır, itiucludur. Qını 6 mm uzunluqdadır, tökülmür.