TAĞLI
TAXÇA
OBASTAN VİKİ
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir
Tahir — ad.
Tahir Abasov
Tahir Abdullayev
Tahir Abdullayev (memar) — Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). Tahir Abdullayev (riyaziyyatçı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev (idmançı) — qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü.
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. == Həyatı == Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 1927 – 30 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur. Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var. Rauf Atakişiyevin qardaşıdır.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. === Təhsili === 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Tahir Bayramov
Tahir Bayramov (1965, Şişqaya, Basarkeçər rayonu – 26 dekabr 1993, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tahir Bayramov 1965-ci ildə Еrmənistan SSR Basarkeçər rayonunun Şişqaya kəndində dоğulmuşdur. 1988-ci ildə Göyçə mahalından deportasita olunmuş və Bakı şəhərində məskunlaşmışdır. Bakı şəhər Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. 26 dekabr 1993-cü ildə Kiçik çavuş Tahir Bayramov Füzuli rayonunda döyüş zamanı şəhid olmuşdur. Abşeron rayonunun Mehdiabad qəsəbəsində atasının yanında dəfn olunmuşdur.
Tahir Bağırov
Tahir Bağırov (kino sənətçisi)
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. == Həyatı == Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Tahir Cəfərov
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. == Həyatı == 1948-ci ildə Bakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir. Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.
Tahir Gözəl
Tahir Gözəl (1972, Maku, Qərbi Azərbaycan ostanı) — "Qarabağ" futbol klubunun prezidenti. == Həyatı == Tahir Gözəl 1972-ci ildə Makuda anadan olmuşdur. İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" futbol klubunun vitse-prezidentidir.
Tahir Hüseynov
Tahir İsmayıl оğlu Hüseynоv (1 yanvar 1930, Qaçağan – 8 may 1993, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990). == Həyatı == Tahir İsmayıl-oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Jurnalistika ixtisası üzrə bitirib. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verərək dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür. 1953-cü ildən başlayaraq T.Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956–1963-cü illərdə Tiflisdə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır. Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur.
Tahir Həsənov
Tahir Həsənov (23 fevral 1970, Bakı – 2 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır. Subay idi. == Döyüşlərdə iştirakı == Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.
Tahir Kazımov
Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir. == Həyatı və təhsili == Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1981-1986 - Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986-1993 - Gəncə şəhər prokurorunun köməkçisi. 1993-1994 - Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994-1995 - Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995-1998 - Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini.
Tahir Kərimli
Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri. == Həyatı == Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir. Evlidir, dörd övladı vardır. == İctimai-siyasi fəaliyyəti == Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
Tahir Kərimov
Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011). == Həyatı == Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. 1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
Tahir Mansurov
Tayır Aymuhamed oğlu Mansurov (qaz. Тайыр Аймұхамедұлы Мансұров; 1 yanvar 1948, Sərkənd, Yeddisu vilayəti[d]) — Avrasiya İqtisadi Komissiyasının Enerji və İnfrastruktur Şurasının üzvü (2014–2015), EurAsEC Baş katibi (2007–2014), Qazaxıstan Respublikasının Şimali Qazaxıstan Vilayətinin Bələdiyyə Başçısı (2003–2007), Qazaxıstanın Azərbaycandakı səfiri Rusiya (1994–2002), 12-ci çağırış Qazaxıstan Ali Sovetinin Millət vəkili (1990–1994), SSRİ Ali Sovetinin Respublika Şurasının üzvü (1991). == Bioqrafiyası == 1 yanvar 1948-ci ildə Taldı-Kurqan vilayətinin Sərkənd şəhərində anadan olub. 1971-ci ildə V. İ. Lenin Qazaxıstan Politexnik İnstitutunu bitirib, inşaat mühəndisi dərəcəsi ilə, 1978-ci ildə — Sov. İKP Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbi (HPS). İqtisad elmləri doktoru, siyasi elmlər doktoru. Karyerasına 1964-cü ildə Kazaxtransstroy trestinin inşaat şöbəsində betonçu olaraq başlamışdır; 1965–1972-ci illər arasında Alma-Ata Şəhər İcraiyyə Komitəsinin UKS-də mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1972–1973-cü illərdə — Almaatsentrostroy Tikinti İdarəsinin baş mühəndisi. 1973–1979-cu illərdə — Alma-Ata şəhər komitəsinin, sonra LKSMK regional komitəsinin katibi. 1979–1986-cı illərdə — Alma-Ata Regional Partiya Komitəsinin təlimatçısı, rəhbər müavini, Tikinti şöbəsinin müdiri.
Tahir Mirkişili
Tahir Famil oğlu Mirkişili (7 iyun 1977, Həmzəli, Qubadlı rayonu) — azərbaycanlı iqtisadçı, siyasətçi, Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir. == Həyatı == Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı "Ümumrespublika İqtisadiyyat Olimpiadasında" 1-ci yeri tutmuşdur.
Tahir Misirxanov
Tahir İman oğlu Misirxanov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin iştirakçısı. == Həyatı == Tahir Misirxanov 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub. == Ailəsi == Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Hal-hazırda Azərbaycan ordusunun giziri kimi ön xəttdə xidmət edir. Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Misirxanov 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı 11 erməni tankını məhv etmişdir. == Mükafatları == Tahir Misirxanv, Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Tahir Musalov
Tahir Əhmədoviç Musalov (rus. Тагир Ахмедович Мусалов; 9 fevral 1994) - Azərbaycan əsilli Rusiyalı futbolçu. Mahaçqala FK-un heyətində çıxış edən hücumçudur. == Həyatı == Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Məhəmməd Musalovda onun kimi futbolçudur.
Tahir Məlik
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq" ordeni və "Özbəkistan xalq yazıçısı" fəxri adının sahibi. == Tərcümeyi-halı == 1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda fəaliyyət göstərmişdir. İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur. == Fəaliyyəti == Tahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir. Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir.
Tahir Əlizadə
Tahir Əlizadə (alim)
Tahir Əmiraslanov
Tahir Əmiraslanov (14 mart 1958, Qovlar, Tovuz rayonu) — Əməkdar mədəniyyət işçisi (21. aprel 2016), Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru (1991–2022), "Kulina" jurnalının baş redaktoru. == Həyatı == Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975–1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir. 1976–1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978–1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü. Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Abdullah ibn Tahir
Abdullah ibn Tahir (ərəb. عبد الله بن طاهر الخراساني‎; təq. 798, Nişapur – noyabr 844, Nişapur) — Tahirilər sülaləsindən Xorasan hakimi, sərkərdə. == Həyatı == Abdullah ibn Tahir bin Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu. Abdullah Zülyəmineyn ləqəbi ilə tanınırdı. Bağdadın valisi olmuşdu. == Abdulla və Babək == Minorski Babəkin Abbasi sərkərdəsi Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunu tamamilə darmadağın etməsindən bəhs edilir.
Abid Tahirli
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir. Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir. 1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Aşağı Tahir (Baymak)
Aşağı Tahir (başq. Түбәнге Таһир, rus. Нижнетагирово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 93 km, kənd sovetliyindən (Teməs): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 108 km. Kənd Samkara çayının sağ sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Hüseyn Kunabay - başqırd şairi, BMSSR Yazıçılar Birliyinin üzvü.
Baba Tahir Üryan
Baba Tahir Üryan (fars. بابا طاهر‎ — Bâbâ Tâher, d. təxminən 1000 — ö. 1055) — İranlı sufi şair. == Həyatı == Həyatı haqqında yetərli bilgi yoxdur. Qaynaqlarda ona bəzən Həmədani, bəzən də Lori nisbəsi verilməsi onun Həmədanla Loristan arasında bir yerdə doğulmuş ola biləcəyi ehtimalını xatirə gətirməkdədir. Bu iki yer arasındakı Xürrəmabadda onun adını daşıyan bir məhəllə vardır. Baba Tahirin müəmma janrında yazdığı bir qitəsindən faydalanılaraq 938-ci ildə doulğduğu irəli sürülməkdədir. Bu tarix, Rzaqulu xan Hidayətin onun ölüm tarixi olaraq verdiyi 1010-cu il tarixi ilə bağdaşa bilməkdədir . Ravəndinin "Rahatüś-śudur" adlı əsərindəki bir qeydə görə isə Səlcuqlu sultanı Toğrul bəy 1055-ci ildə doğru Həmədana gəldiyində, o sırada burada şöhrət tapmış üç şeyxdən biri olan Baba Tahir Üryanı ziyarət etmişdi.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989-1990, 2001-2002, 2005-2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990-1992-ci illərdə Neftçi PFK (Bakı), 1992-1995-ci illərdə Saxalin FK (Saxalin), 1995-1999-cı illərdə Viləş FK (Masallı), 1999-2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004-2005-ci illərdə “Şəmkir” FK (Şəmkir), 2007-2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə “B” kateqoriyalı məşqçi lisenziyanın sahibidir.
Emil Tahirov
Tahirov Emil Vahid oğlu — aktyor. == Həyatı == Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor kimi çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Onun yaratdığı: Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar aktyorun yaradıcılıq palitrasının nümunələrindəndir. KVN teatrında da çalışan aktyor məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib. Çox təəssüf ki, istedadlı aktyorun həyatı faciə olmuşdur. Emil təklik və dərdə dözməyərək həddən artıq alkoqol qəbul edirmiş və bu da onda serroz xəstəliyi yaratmışdır. Həyatda problemlər yaşayan aktyor işindən ayrılmış və tənhalığa çəkilmişdir. Ömrünün son vaxtlarında hamı tərəfindən unudulmuş, itkin düşmüşdür.
Feyziyev Sadiq Tahir oğlu
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Firdovsi Tahirov
Firdovsi Balaxan oğlu Tahirov (18 fevral 1997; Dico, Lerik, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firdovsi Tahirov 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Firdovsi Tahirov 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət elədi. Azərbaycan Ordusunun əsgəri olan Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub.
II Abdullah ibn Tahir
II Abdullah ibn Tahir Xorasani ya da Tahir bin 'Abdullah (?-862) — Tahirilər sülaləsindən, 845-ci ildən 862-ci ilədək Xorasanın valisi. Atası Abdullah, Oğuzları tutmaq üçün onu şimal çöllərinə göndərdi. Atası öldükdən sonra o vali oldu. 862-ci ildə öldü və ölməzdən öncə vəsiyyəti isə oğlu Məhəmmədi vali olaraq onu bacarıqlı olacağını söylədi və bu xəlifə tərəfindən təsdiqləndi. == Mənbə == Bosvort, C. E. "The Tahirids and Saffarids." The Cambridge History of Iran Volume 4: From the Arab Invasion to the Saljuqs. R. N. Frye. London, UK: Cambridge University Press, 1975.
Kərim Tahirov
Kərim Məhəmməd oğlu Tahirov (12 noyabr 1951, Ağcabədi rayonu) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor. == Həyatı == Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır. 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.
Kərim Tahirzadə Behzad
Kərim Tahirzadə Behzad (1888-1963) - Təbrizdə Məşrutə hərəkatının fəal iştirakçılarından biri, mühəndis və memar. O, İctimaiyyun-Amiyyun (İran Sosial-Demokrat Partiyası) təşkilatının üzvü idi. İstanbul və Berlində memarlıq sahəsində təhsil almışdır. Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur. == Əsərləri == Kərim Tahirzadə Behzad, Azərbaycan dər Ninzəte Azərbaycan, Tehran (tarixsiz). == Mənbə == "Kərim Tahirzadə Behzad". Dövrün memarlığı. 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2012. Eta, Əli.
Qazızadə Mehmed Tahir Əfəndi
Qazızadə Mehmed Tahir Əfəndi (1747, Tokat – 1838, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1747-ci ildə Tokatda dünyaya gəlmişdir. Atası Qazı Ömər Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gəlmiş, burada dövrün önəmli alimlərindən dərslər almışdır. 1782-ci ildə müdərrislik dərəcəsi alaraq bir çox mədrəsələrdə fəaliyyət göstərdi. Ardından Anadolu və Rumelinin bir çox əyalətində qazı olaraq xidmət göstərdi. Rumeli başqazısı Osmanpaşazadə İzzət bəyin xidmətində qaldı və bu müddət ərzində Yenişəhər qazısı kimi fəaliyyət göstərdi. Bir müddət dövlət vəzifəsindən uzaq qalsa da, çox keçmədən Məkkə qazısı, 1818-ci ildə isə İstanbul qazısı olaraq təyin edildi. 1824-cü ildə Anadolu başqazılığı, 26 noyabr 1825-ci ildə isə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə yüksəlməyində Sultan Mahmudun yeniçəri ocağını ləğv etmə planlarının mühüm rolu vardı.
Ramiz Tahirov (general)
Ramiz Firudin oğlu Tahirov (16 aprel 1966, Orconikidze) — Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant. == Həyatı == Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. 1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib. 1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24. iyun 2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Rasim Tahirbekov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rasim Tahirbəyov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rəşid Tahirov
Rəşid Loğman oğlu Tahirov (31 oktyabr 1989; Qaradağlı, Beyləqan rayonu, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Tahirov 31 oktyabr 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəşid Tahirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşid Tahirov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin artilleriya atəşi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] == Həyatı == 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Ailəsi == Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Sultan Tahir Cəlayır
Sultan Tahir Cəlayır ibn Sultan Əhməd ibn Sultan Hüseyn ibn Şeyx Üveys Cəlairi (?-?) — Əlincə qalası nın hakimi. == Həyatı == Cəlairi hökmdarı Sultan Əhməd [1382–1410, fasilələrlə]Əmir Teymurun ilk yürüşü dövründə (1386) Cəlairilərin xəzinəsini, öz ailəsini, oğlu Tahiri 300-ə qədər döyüşçü ilə Əlincə qalasında yerləşdirib Bağdada çəkilmişdi. Sultan Tahir 14 ilə yaxın qalanın müdafiəsinə başçılıq etmiş, son nəticə də Şəki və gürcü qoşun hissələrinin köməyi ilə mühasirədən çıxmış və xəzinəni götürüb yaxın adamları ilə birlikdə Bağdada getmişdir. == Ədəbiyyat == Piriyev V. Z., Teymurun və Toxtamışın Azərbaycana yürüşləri və işğalçıla raqarşı mübarizə, Azərb. EA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1983, № 1.

Digər lüğətlərdə