Tahir Mirkişili

Tahir Famil oğlu Mirkişili (7 iyun 1977, Həmzəli, Qubadlı rayonu) — azərbaycanlı iqtisadçı, siyasətçi, Azərbaycan Milli Məclisinin V, VIVII çağırış deputatı.

Tahir Mirkişili
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi42 saylı Sumqayıt II
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1977(1977-06-07) (47 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir.

Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı "Ümumrespublika İqtisadiyyat Olimpiadasında" 1-ci yeri tutmuşdur.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi almışdır. 2004–2008-ci illərdə müxtəlif ölkələrdə İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramlar bitirmişdir.

2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi almışdır. 1 kitabın[1] və 10-dan çox elmi məqalənin müəllifidir[2]. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir.

2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin "Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət" ixtisası üzrə xüsusi proqramını bitirmişdir.

İngilis, rus və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri, Kibertəhlükəsizlik və sairə bu kimi layihələr).[3][4][5]

1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya İqtisadiyyatı" fənni üzrə müəllim, 1999–2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İnnovasiyalar üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.[6]

2012-ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]

2015-ci ildə 42-ci Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olmuşdur. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.[8][9]

ATƏT Parlament Assambleyasının 2017-ci ildə qəbul etdiyi "Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu" qətnamə layihəsinin müəllifidir.

2020-ci ildə 42-ci Sumqayıt 2-ci seçki dairəsindən yenidən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin rəhbəri və Enerji Təhlükəsizliyi komitəsinin sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[10]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[11]

  1. Tahir Mirkişili — "Azərbaycanın xarici ticarət siyasəti: reallıqlar və perspektivlər", Bakı 2004 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  2. "– "Keçid iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri"". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  3. Azərbaycanda e-imza infrastrukturu təqdim olunub. Arxivləşdirilib 2015-03-19 at the Wayback Machine, rabita.az
  4. Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin təqdimatı keçirilmişdir. Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine, azerbaijan-news.az
  5. "Ultra" şirkətinin rəhbəri: "Elektron hökumət alternativ hökumət deyil" [ölü keçid], ANSPress
  6. – Azərbaycan iqtisadi inkişaf nazirinin yeni müşaviri nazirlikdə yeni elektron xidmətlərin tətbiqini sürətləndirəcək Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine, Trend
  7. – Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-12-03 at the Wayback Machine, president.az
  8. "42 saylı Sumqayıt ikinci seçki dairəsi". meclis.gov.az. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
  9. "The Delegation of Azerbaijan to the OSCE PA". oscepa.org. 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
  10. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  11. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.