taqqıltılı
tala
OBASTAN VİKİ
Mixail Tal
Mixail Tal (latış. Mihails Tāls‎; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[…], Riqa – 27 iyun 1992 və ya 28 iyun 1992, Moskva) — SSRİ və Latviyalı qrosmeyster, şahmat üzrə səkkizinci dünya çempionu. == Şahmat karyerası və dünya çempionluğu == Mixail Tal 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarırdı. Birinci sinfə gəldikdən iki gün sonra onu üçüncü sinfə keçirirlər. 1952-ci ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə, Talı qəbul etmirlər, çünki hələ 16 yaşı tamam olmamışdı. Uşaq yaşlarında o, musiqiyə, riyaziyyata və futbola daha çox maraq göstərirdi. Bu yaşlarında atası onu şahmatla tanış edir.
İsrail Tal
İsrail Tal (ivr. ‏ישראל טל‏‎; 13 sentyabr 1924, Maxanayim[d], İsrail şimal dairəsi – 8 sentyabr 2010, Rexovot, Mərkəz dairəsi), həmçinin Talik (ivr. ‏טליק‏‎) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin generalı. O, tank müharibəsi ilə bağlı olan biliyinə və Merkava tankının istehsalındakı iştirakına görə tanınır. == Həyatı == İsrail Tal 13 sentyabr 1924-cü il tarixində, Fələstin mandatının Maxanayim kibbutzunda anadan olmuşdur. Onun ana tərəfi əslən 1777-ci ildə Safed və Tiberiyaya köçmüş hasidist yəhudilərindəndir. O, beş yaşından Safeddə yaşamış və 1929-cu il Safed qiyamına şahid olmuşdur. Tal hərbi karyerasına Böyük Britaniya Silahlı Qüvvələrinin Yəhudi briqadasında başlamışdır. O, İkinci Dünya müharibəsi zamanı İtaliyada manqa komandiri kimi xidmət göstərmişdir. O, daha sonra Birinci Ərəb-İsrail müharibəsi zamanı kiçik piyada zabiti kimi, Sinay muharibəsi zamanı briqada komandiri, Altı günlük müharibə zamanı Sinay yarımadasında zirehli diviziya komandiri, Yom Kippur müharibəsi zamanı isə cənub cəbhəsinin komandiri kimi xidmət göstərmişdir.
Tal Kuskarı (Əbyəlil)
Tal Kuskarı (başq. Тал Ҡусҡары) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tal Kuskarı kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Qusev): 22 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 62 km. == Məşhur şəxsləri == Sariya Mirjanova (24 dekabr 1924 — 25 noyabr 2000) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Abdal bəy Talış
Abdal bəy Talış (XV əsr – XVI əsr) — daha çox Dədə bəy Talış adı ilə bilinir. == Həyatı == Talış kökənli Qızılbaş əmiridir. Səfəvi hakimiyyətinin qurulmasında mühüm rollardan birini oynamışdır. Ölüm tarixi dəqiq olaraq bilinmir. Mənbələrdə haqqında ən son məlumata 1513-cü il hadisələrindən danışılarkən rast gəlinir. Sultanəlinin ölümündən sonra o, kiçik qardaşı, Səfəvi ordeninin sonuncu və təyin olunmuş başçısı İsmayılla birlikdə Lahicana getdi və orada Ağqoyunlu hökmdarlarının təqiblərindən sığındı. Abdal bəy Lahicanda yerləşən on üç yaşlı İsmayılın üsyanında, Şirvanda və Əlvənd Ağqoyunluya qarşı döyüşlərində iştirak etmişdir. O, 907/1501-ci ildə I İsmayıl Təbrizdə taxta çıxanda və bununla da Səfəvilər sülaləsinin əsasını qoyanda orada idi. Mənbələr Abdal bəyin tutduğu vəzifə və funksiyaları dəqiq müəyyən etmir, onun təyinat və vəzifədən azad olunma tarixləri dəqiq məlum deyil. İsmayılın Mahmudabaddakı qış evində ilk hökumət təyinatlarından sonra (906/1500) Abdal bəy əmir əl-Ömərətin qərargahında Hüseyn bəy Lalın ortağı idi.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Achillea talagonica
Achillea talagonica (lat. Achillea talagonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Adıyaman (Talin)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Adıyaman (Talın)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Agelescape talyshica
Agelescape talyshica — Çala hörümçəkləri sinfinə, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı. == Qısa məlumat == Orta ölçülü hörümçək. Erkəklərin uzunluğu 8,5 mm təşkil. Baş-gövdəsinin uzunluğu 3,75 mm (eni 2,55 mm) olur. Baş-gövdə hissəsi sarı olur və boz naxışlarlar əhatələnir. Ayaqları isə sarıdır. Agelescape talyshica növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Kоpоnеn (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape caucasica, Agelescape dunini və Agelescape levyi Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape talyshica növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir. Növ öz adını yayıldığı coğrafi məkandan götürmüşdür == İstinadlar == == Mənbə == "Agelescape dunini" (ingilis).
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alekseyevka (Talbazı)
Alekseyevka (başq. Алексеевка, rus. Алексеевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Alone (Modern Talking albomu)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Amazon Tall Tower Observatory
Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi. Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir. Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır. Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir. Hündürlüyü 325 metrdir.
America (Modern Talking albomu)
America (azərb. Amerika‎) - 2001-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Anderson Taliska
Anderson Taliska və ya Taliska (1 fevral 1994, Feyra-de-Santana, Braziliya) — Dûrî el-Muhtarifin es-Suudî təmsilçilərindən olan "Əl-Nəsr" klubunun hücumçusudur. Bəzən yarımmüdafiəçi kimi də çıxış edir.
Arif Hüseynov. Taleyimin cizgiləri (film, 2015)
Asif Talıblı
Asif Arif oğlu Talıblı (26 aprel 1993, Zəhmətabad, Biləsuvar rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. == Hərbi xidməti == Asif Talıblı 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Avtandil Talıbov
Avtandil Hüseynəli oğlu Talıbov (26 dekabr 1946, Siyaqut, Noraşen rayonu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Korroziya inhibitorları və konservasiya materialları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, dossent. == Ümumi məlumatlar == Avtandil Hüseynəli oğlu Talıbov 26 dekabr 1946-cı ildə Naxçıvan MR Şərur rayonu Siyagut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onbirillik təhsilini 1964-cü ildə Şərur rayonu Siyaqut kəndində başa çatdırdıqdan sonra həmin il V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsinə daxil olmuş və ali təhsilini 1969-cu ildə bitirərək orta məktəbdə kimya-biologiya müəllimi ixtisasına yiyələnmişdir. О, 1982-ci ildə Azərbaycan Neft və Kimya (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) insititunda «Оlefinlərin tetraflüorborat nitroniumla nitrolaşması» namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. A.H.Talıbov 1986-cı ildən АМЕА NKPİ-də işləyir. Elə həmin ildə SSRİ Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə A.H.Talıbova “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi (indiki dosent) və «böyük elmi işçi » elmi rütbəsinə layiq görülmüşdür. 2013-ci ildə Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki Dissertasiya Şurasında “Bəzi nitro-,və amin tərkibli birləşmələrin sintezi və onların istifadə yolları” mövzusunda “Üzvi kimya” və “Neft Kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Olefinlərin, doymamış mürəkkəb efirlərinin tetraflüor-borat nitroniumla (ion birləşməsi) nitrolaşması ilə tsiklik nitro, nitro flüor və nitro spirt saxlayan mürəkkəb efirlərin, nitro qrupuna malik olana ltıhalqalı 1.3-dioksalan, beşhalqalı dioksan tetraflüor boratların sintez edilmiş, antimikrob xassələrinin təqiqi, bitki yağı və naften tərki-bli neft turşulardan onların amidlərinin, imidazolin birləş-mələrinin sintezi, sintez edilmiş birləşmələrin konservasiya mayesi, korroziya inhibitorları reagentləri kimi tədqiqilir, həmcinin yağ turşularının triqliseridlərindən hidroliz prosesi ilə bioyanacağın, sellülozadan isə 5-hidroksimetil furanalın sintezi sahəsində geniş elmi tədqi-qat işləri aparılmışdır. == Elmi tədqiqatları == İşlədiyi dövrdə 172-dən çox elmi əsərləri dərc olunmuşdur.
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Aynur Talıbova
Aynur Talıbova (1976, Mingəçevir) — azərbaycanlı televiziya və radio aparıcısı, vloger. == Həyatı == 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Türkiyədə jurnalistika üzrə təhsil almışdır. Həyatının 10 ili İstanbulda keçmişdir. Azərbaycana döndükdən sonra ANS-də çalışmağa başlayır. Daha sonra Xəzər TV-də işləmişdir. "Qrin kard" qazandıqdan sonra ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Simran Baxşıyevlə ailə qurub. Uğur adlı oğlu 2013-cü ildə anadan olub. Hazırda ABŞ-də yaşayır.
Azərbaycan talismanları
Azərbaycan talismanları və ya maskotları (ing. Azerbaijani mascots) müxtəlif tədbirlərdə istifadə edilir.
Ağevlər (Talış)
Ağevlər (fars. اق اولر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (50 ailə).
Bahar Talıbova
Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı. == Həyatı == Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir. "Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi", – deyən Bahar xanım Talıbova öz zəhməti ilə zirvələrə ucalmış, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır. == Təltifləri == Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi.
Bala Məhəllə-ye Çubar (Talış)
Bala Məhəllə-ye Çubar (fars. بالامحله چوبر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 500 nəfər yaşayır (117 ailə).
Baxşı Həyəti (Talış)
Baxşı Həyəti (fars. بخش حياطي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (14 ailə).

Digər lüğətlərdə